Azərbaycan regionda sülhə və sabitliyə töhfə verən ölkədir
27.04.2026 [12:09]
Cari ilin aprel ayının 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə keçirilən görüş və ardınca verilən birgə mətbuat bəyanatları mühüm siyasi hadisə kimi yadda qaldı. Bu səfər Ukrayna prezidentinin son illərdə Azərbaycana ilk rəsmi gəlişi olmaqla yanaşı, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Görüş zamanı dövlət başçıları həm ikitərəfli əlaqələrin hazırkı vəziyyətini, həm də regional və beynəlxalq məsələləri geniş şəkildə müzakirə etdilər.
Möhtərəm Prezident cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq prinsiplərinə əsaslanır. Bu iki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir və bu səfər həmin dialoqu daha da gücləndirəcək.
Bəyanat zamanı cənab Prezident xüsusilə iqtisadi və enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə də toxundu. O qeyd etdi ki, Azərbaycanın enerji şirkətləri uzun illərdir Ukrayna bazarında uğurla fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə birgə layihələrin, investisiyaların və yeni təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Azərbaycanın qlobal enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayan Dövlət başcısı, Ukrayna ilə enerji sahəsində əməkdaşlığın təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün strateji önəm daşıdığını bildirdi.
Ölkə rəhbərinin bəyanatında diqqət çəkən əsas məqamlardan biri də hərbi-texniki və müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri oldu. O bildirdi ki, həm Azərbaycan, həm də Ukrayna son illərdə öz hərbi sənaye komplekslərini inkişaf etdirən ölkələrdir və bu istiqamətdə birgə istehsal, təcrübə mübadiləsi və texnoloji əməkdaşlıq üçün ciddi imkanlar mövcuddur. Cənab Prezident bu sahədə əməkdaşlığın hər iki dövlətin təhlükəsizliyinə və müdafiə qabiliyyətinin güclənməsinə xidmət edəcəyini xüsusi vurğuladı
Dövlət başçısı humanitar əlaqələrə də toxunaraq bildirdi ki, Azərbaycan çətin dövrdə Ukrayna xalqına dəstəyini davam etdirir. Xüsusilə, müharibədən zərər çəkmiş uşaqların Azərbaycanda qəbul olunması, onların reabilitasiyası və sosial dəstək proqramlarına cəlb edilməsi dostluq münasibətlərinin humanist tərəfini ortaya qoyur.
Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı mətbuata verilən bəyanat Azərbaycan-Ukrayna münasibətlərində yeni əməkdaşlıq səhifəsinin açıldığını nümayiş etdirdi. Siyasi dəstək, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi, müdafiə sənayesi və humanitar sahələr üzrə səsləndirilən fikirlər göstərdi ki, iki ölkə arasında əlaqələr gələcəkdə daha da dərinləşəcək. Bu bəyanat həm də, Azərbaycanın regionda etibarlı tərəfdaş, sülhə və sabitliyə töhfə verən nüfuzlu dövlət kimi rolunu bir daha təsdiqlədi.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

