Qlobal iqtisadi böhranın Azərbaycanda təsiri
21.04.2026 [10:17]
Ölkəmizin güclü maliyyə potensialı qarşıya qoyulan hədəflərə çatmağa möhkəm zəmin yaradır
Hazırda dünya iqtisadiyatı çətin və mürəkkəb proseslərdən keçməkdədir. Əksər ölkələrdə iqtisadi artım templəri aşağı düşməkdə, inflyasiya artmaqda, qlobal tələb və təklif arasında pozulmalar nəticəsində maliyyə sistemlərində qeyri-müəyyənliklər artmaqdadır. Xüsusilə də, cari ilin fevral ayının sonundan etibarən Yaxın Şərqdə münaqişənin alovlanması, ardınca Hörmüz boğazında hərəkətin məhdudlaşdırılması və enerji infrastrukturuna yönəlmiş qarşılıqlı hücumlar nəticəsində enerji daşıyıcılarının qiyməti yüksəlib, maliyyə bazarlarında volatillik artıb. Bu faktor istehsal xərclərinin və inflyasiyanın artması ilə yanaşı, enerji çatışmazlığı, inflyasiya proseslərinə cavab olaraq monetar sərtləşmələr fonunda qlobal iqtisadi artımı daha da zəiflədir. Müxtəlif regionlarda istehsal və ixrac edilən gübrələrin təchizatında yaranan problemlər, həmçinin mexanizasiya xərcinin artması ərzaq məhsullarında qiymət artımlarına gətirib çıxara bilər.
Bu günlərdə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər nüfuzlu institutların açıqlanan hesabatlarından da göründüyü kimi qlobal fəallıq azalamaqla, bütün ölkələrin inkişaf proqnozları azalır. Mövcud reallıqlar çərçivəsində inkişaf etməkdə olan ölkələrdə ümumi dövlət borcunun səviyyəsinin və borca xidmətlə bağlı xərclərin artması isə fiskal məkanın daralmasına səbəb olur.
Cənubi Qafqazda iqtisadi cəhətdən tam müstəqil dövlət
Azərbaycanda yürüdülən düzgün iqtisadi siyasət sayəsində respublikamız regionun lider ölkəsi kimi öz güclü inkişaf arxitekturasını möhkəmləndirməkdədir. Bu gün Cənubi Qafqazda Azərbaycan iqtisadi cəhətdən tamamilə müstəqil dövlətdir və heç bir xarici maliyyə dəstəyindən, beynəlxalq dotasiyadan və ya kreditdən asılı deyil, digər ölkələrdən fərqli olaraq maliyyə-fiskal-büdcə resursları xarici borcdan deyil, birbaşa yığım potensialından formalaşır. Ölkəmizdə təmin edilmiş makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığı təkcə son bir ildə strateji yığım rezervlərinin təxminən 12 milyrad dollar artmasına səbəb olub, valyuta ehtiyatlarımız 85 milyard dollara yüksəlib. Təkcə bu iqtisadi faktor Azərbaycanın güclü maliyyə dayanıqlılığını əks etdirir və qlobal təhdidləri minimuma endirir.
Azərbaycanın xalis maliyyə aktivlərinin həcmi ümumi daxili məhsulu (ÜDM) ötməklə güclü maliyyə təhlükəsizliyi yastığı təminatı yaradır. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrin böyük əksəriyyətində strateji valyuta ehtiyatlarının həcmi ÜDM-nin 30-40 faizini təşkil edir.
Ölkəmizin beynəlxalq reytinqi yüksəlib
Azərbaycanın əlverişli maliyyə vəziyyəti nüfuzlu beynəlxalq iqtisadi institutların reytinq hesabatlarında da müsbət dəyərləndirilir. Cənab Prezidentin də vurğuladığı kimi iki aparıcı reytinq şirkəti - “Moody’s” və “Fitch” ölkəmizin reytinq investisiya səviyyəsini yeniləyərək proqnozu sabitdən müsbətə doğru yeniləyib. Belə ki, “Standart & Poor’s” və “Moodys” reytinq agentlikləri Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investitorlarının daim diqqət mərkəzindədir.
Bu günlərdə beynəlxalq institutlar tərəfindən açıqlanan qlobal hesabatda Azərbaycanın güclü iqtisadi-maliyyə mövqeyini əks etdirən göstəricilər bir daha ölkəmizin qlobal şoklara qarşı güclü immunitetini təsdiqləyir. Beynəlxalq Valyuta Fondu tərəfindən 2026-cı ilin aprel ayında dərc olunmuş “World Economic Outlook” hesabatında qlobal iqtisadi artım proqnozunun 0,3 faiz bəndi aşağıya doğru revisiya edilməsi, eləcə də, neft ixrac edən ölkələr üzrə iqtisadi artım proqnozunun 2,6 faiz - bəndi azaldılması dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin və risk amillərinin artdığını bir daha təsdiqləyir.
Qeyri-neft iqtisadiyyatına əsaslanan milli inkişaf
Mövcud qlobal çağırışlar fonunda, enerji bazarlarında müşahidə olunan kəskin qiymət volatilliyi və geoiqtisadi gərginliklər beynəlxalq iqtisadi mühitə təsirsiz ötüşməyib. Qlobal iqtisadi qeyri-müəyyənliklərin və enerji bazarlarında dalğalanmaların gücləndiyi şəraitdə Azərbaycan iqtisadiyyatında 2026-cı ilin birinci rübü ÜDM-də cüzi - 0,3 faiz azalma qeydə alınsa da, bu dinamika daha çox qlobal enerji bazarlarında qiymət dəyişkənliyi və əsasən, neft hasilatının 3,4 faiz azalması hesabına baş verib. Mövcud makroiqtisadi şərait fonunda, cari ilin birinci rübündə qeyri-neft-qaz sektorunda ÜDM-in artım tempi davam edib, iqtisadi fəallığın əsasən daxili tələbin genişlənməsi, investisiya axınlarının sabitliyi, xidmət sektorunun dinamik inkişafı, sənayedə yüksək artım templəri hesabına formalaşdığı müşahidə olunub. Müvafiq dövr üzrə qeyri-neft-qaz sənayesində 7,0 faiz, informasiya və rabitə sektorunda 9,2 faiz, ticarət sahəsində isə 3,7 faiz artım qeydə alınıb. 2026-cı ilin ilk rübü ərzində adambaşına düşən gəlirlər 6,6% artıb. Bu dövr ərzində ümumi istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 4,6 faiz artıb.
Bundan əlavə, nəqliyyat və turizm kimi sektorlarda müşahidə olunan müvəqqəti zəifləmə daha çox qlobal xarici siyasətdə baş verən dəyişikliklər, geosiyasi amillər və beynəlxalq logistika sahəsində yaranan çətinliklərlə əlaqədardır. Bununla belə, yaxın dövrdə iri infrastruktur layihələrinin yenidən aktivləşdirilməsi və dövlət investisiyalarının artırılması bu sahələrdə canlanmanın təmin edilməsində əsas amillərdən biri kimi çıxış edəcək.
2030-cu ilin inkişaf ssenariləri
Bütün bu tədbirlər kompleks şəkildə ölkədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, biznes mühitinin daha da təkmilləşdirilməsinə, dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsinə münbit şərait yaradır. Bununla yanaşı, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanır ki, bu çərçivədə müəyyən olunacaq hədəflər iqtisadi artımın keyfiyyətcə yeni mərhələyə keçidinin təmin olunmasına xidmət edəcək.
Əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-2030-cu illər üçün 65 dollar olacağı fərz edilib. Proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 139 milyard manat təşkil edəcəyi, 2030-cu ildə isə 166,9 milyard manata qədər artacağı gözlənilir. ÜDM-də qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 71,5 fazidən 2027-ci ildə 78 faizə, 2030-cu ildə isə 81,8 faizə çatacağı fərz edilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,2 faiz olacağı proqnozlaşdırılır. 2030-cu ildə qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2027-ci ilin göstəricisi ilə müqayisədə 8,1 faiz-bənd artaraq 69,1 faiz, mütləq ifadədə isə 18,8 faiz artaraq 28,4 milyard manat təşkil edəcək. Eyni zamanda, dövlət büdcəsinin neft-qaz gəlirləri 2027-ci illə müqayisədə 17 faiz azalaraq dövrün sonunda 12,7 milyard manata qədər aşağı düşəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

