/ / Torpaq sürüşməsi nəticəsində avtomobil yolu bağlanan Qonaqkəndə 12 tondan çox ərzaq və gündəlik tələbat məhsulları çatdırılıb
Torpaq sürüşməsi nəticəsində avtomobil yolu bağlanan Qonaqkəndə 12 tondan çox ərzaq və gündəlik tələbat məhsulları çatdırılıb
16.04.2026 [14:15]
Qubada torpaq sürüşməsi nəticəsində nəqliyyat əlaqəsi kəsilən Qonaqkənd qəsəbəsinə 12 tondan artıq ərzaq və gündəlik tələbat məhsulları çatdırılıb.
Quba Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, intensiv yağışlar səbəbindən Quba rayonunun Qonaqkənd kəndi istiqamətində baş vermiş torpaq sürüşməsi nəticəsində rayon mərkəzi ilə bir neçə kəndi birləşdirən avtomobil yolu sıradan çıxıb və hazırda aidiyyəti qurumlar tərəfindən alternativ yolun tikintisi istiqamətində tədbirlər görülür. Bununla əlaqədar icra hakimiyyətinin təşkilatçılığı ilə ərzaq və gündəlik tələbat məhsulları xüsusi təyinatlı avtomobillərə yüklənərək mürəkkəb relyefli ərazilərdən keçməklə Qonaqkəndə çatdırılıb.
“Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov və digər aidiyyatı dövlət qurumlarının nümayəndələri ərzağın və gündəlik tələbat məhsullarının birbaşa sakinlərə çatdırılmasında iştirak ediblər. Qəsəbə sakinləri ilə görüş zamanı onların gündəlik qayğıları dinlənilib. Qəsəbədəki sahə xəstəxanasında tibbi xidmətin mövcud vəziyyəti öyrənilərək, insanların sağlamlığının daha yaxşı qorunması üçün əlavə tədbirlərin görülməsinin vacibliyi qeyd edilib. Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən zəruri tibbi ləvazimat və preparatlar sahə xəstəxanasına çatdırılıb. Sakinlər görüş zamanı görülən işlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər”, - deyə rayon icra hakimiyyətinin açıqlamasında qeyd olunub.
Hazırda Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci kilometrliyində, torpaq sürüşməsindən sonra yol bağlanan ərazidə yeni alternativ yolun tikintisi davam edir.
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34

