Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Naxçıvanda vergi daxilolmaları 3,9 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,9 faiz artıb

11.03.2026 [16:14]

Cari ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 34,8 milyon manata yaxın vergi daxil olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 faiz və ya 1,3 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 25,5 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 3,7 milyon manat və ya 16,9 faiz artıb.

Ödənilən vergilərin 73,4 faizi qeyri-dövlət sektorunun, 26,6 faizi isə dövlət sektorunun payına düşüb. Bundan başqa, 2026-cı ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 676,8 min manata yaxın olub.

Paylaş:
Baxılıb: 275 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31