Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İqtisadiyyat nazirinin müavini Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

İqtisadiyyat nazirinin müavini Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

11.03.2026 [16:52]

Martın 13-də iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xankəndidə vətəndaşlarla görüşəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş saat 12:00-dan etibarən Xankəndi şəhəri, Üzeyir Hacıbəyli küçəsi 2 ünvanında, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında keçiriləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Paylaş:
Baxılıb: 274 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31