Dünya Azərbaycana dəstək verir
11.03.2026 [08:11]
Xəbər verildiyi kimi, martın 5-də səhər saatlarında İran ərazisindən Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana dron hücumu baş verib. Nəticədə Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binası zədələnib. Dronlardan biri Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Naxçıvana edilən dron hücumu zamanı 4 nəfər xəsarət alıb.
Azərbaycanın Naxçıvana edilən dron hücumu ilə bağlı mövqeyi kifayət qədər sərt oldu. Eyni zamanda, dünya dövlətləri və beynəlxalq təşkilatlar da bu hücumu qətiyyətlə pisləyərək ölkəmizə dəstək verirlər. Respublikamızla dərin həmrəylik ifadə olunur ki, bu da son illərdə Azərbaycanın beynəlxalq səviyyədə aratan nüfuzunun göstəricisidir. Respublikamız xoş mərama əsaslanan siyasət həyata keçirir, hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşır, daim yeni həmrəylik təşəbbüsləri irəli sürür ki, bütün bunlar da dünyada böyük təqdirlə qarşılanır.
Azərbaycan xoş mərama əsaslanan missiyasına sadiqdir
Azərbaycan xoş mərama, beynəlxalq hüquqa və qonşuluq prinsipinə əsaslanan missiyasını İran müharibəsi ilə əlaqədar da davam etdirir. İlk növbədə onu vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev ölkə ərazisindən qonşu dövlətlərə hücum məqsədilə plasdarm kimi istifadə edilməsinə yol verilməyəcəyini qəti şəkildə bəyan edib. Bu, Azərbaycanın prinsipial mövqeyinin ali səviyyədə təsdiqidir. Bu mövqeyə sadiq qalan Azərbaycan eyni zamanda İranda qalan xarici ölkə vətəndaşlarının təxliyyəsinə hərtərəfli dəstək göstərir. Fevralın 28-i saat 8:00-dan martın 10-u saat 10:00-dək İrandan Azərbaycana 69 ölkədən ümumilikdə 2 min 097 nəfər təxliyə olunub. Təxliyə olunanların 365 nəfəri Azərbaycan vətəndaşıdır. Eyni zamanda Çindən 620, Rusiyadan 292, Tacikistandan 174, Pakistandan 137, Omandan 57, İtaliyadan 44, İndoneziyadan 32, İrandan 29, İspaniyadan 26, Səudiyyə Ərəbistanından 18, Yaponiyadan 17, Fransa və Almaniyadan hərəsindən 16, Gürcüstandan 13, Özbəkistan, Macarıstan və Polşadan hərəsindən 12, Meksikadan 11, Nigeriya, Belarus, Bolqarıstan və Konqo Demokratikdən hərəsindən 10, Böyük Britaniyadan 9, Braziliya, Qazaxıstan və Kanadadan hərəsindən 8, BƏƏ, Slovakiya, Belçika və Rumıniyadan hərəsindən 6, Serbiya, İsveçrə, Çexiya, Əfqanıstan və Avstriyadan hərəsindən 5, İordaniya, Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt və Bəhreyndən hərəsindən 4, Qətər, Filippin, Xorvatiya və Finlandiyadan 3, Nepal, Livan, Hindistan, Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr, ABŞ və Sloveniyadan hərəsindən 2, Tunis, Cənubi Afrika, Maldiv Adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Avstraliya və Belizdən hərəsindən 1 vətəndaş Azərbaycana təxliyə olunublar. Təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir.
Türkdilli ölkələrin Azərbaycanla həmrəyliyi
Azərbaycan Türkdilli ölkələr arasında həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verir. Bu gün artıq beynəlxalq təsisat kimi formalaşan Türk Dövlətləri Təşkilatının (TDT) əsası məhz Naxçıvanda qoyulub. Prezident İlham Əliyev Türkdilli ölkələri vahid ailə kimi səciyyələndirib və bildirib ki, bizi başqa yerdə gözləmirlər.
Belə münasibətin qarşılığı olaraq Tür?dilli ölkələr martın 5-də Naxçıvana edilən dron hücumu kəskin şəkildə qınamaqla Azərbaycanın yanında olduqlarını təsdiqləyirlər. Hadisə ilə bağlı ilk zənglər, əlbəttə ki, qardaş Türkiyə rəsmilərindən gəlib və bu gün də gəlməkdədir. Türkiyə və Azərbaycan arasında münasibətlər dostluğun, qardaşlığın zirvəsidir. Dünyada bu dostluğa xələl gətirə biləcək hansısa bir qüvvə yoxdur. Hər iki dövlət, hər iki xalq həm şad, həm də kədərli günlərdə bir yerdədirlər. Martın 5-də Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefon açaraq Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.
Azərbaycana dəstək mesajları Türkiyənin digər yüksəksəviyyəli rəsmilərindən də gəlib. Martın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti, regionda artan eskalasiya və bunun regional sabitliyə mümkün təsirləri müzakirə olunub. İki qardaş ölkə nazirlərinin görüşündə İran İslam Respublikasının ərazisindən Türkiyənin ərazisini hədəf alan raket buraxılışı və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumu qətiyyətlə pislənilib.
Naxçıvana edilən dron hücumu ilə əlaqədar Azərbaycana həmrəylik jestləri həmçinin Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın və TDT-da yer alan digər ölkələrin dövlət başçılarından, xarici işlər nazirlərindən gəlib. Türk Dövlətləri Təşkilatı Naxçıvana məlum dron hücumu ilə bağlı bəyanat yayıb. Baş katib Kubanıçbek Ömüralıyevin imzası ilə yayımlanan bəyanatda bu hücumlar kəskin şəkildə qınanılıb. Baş katib bu cür hərəkətlərin təkrarlanmasının qarşısının alınmasının vacibliyini vurğulayaraq, regional vəziyyətin daha da pisləşməsinin və bölgədə gərginliyin artması ehtimalının qarşısını almaq məqsədilə təmkinli olmağa çağırış edib. K.Ömüralıyev, həmçinin TDT Katibliyinin Azərbaycan Hökuməti və qardaş Azərbaycan xalqı ilə tam həmrəyliyini bir daha vurğulayıb.
Eyni zamanda, martın 7-də İstanbulda çağrılan Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının yaydığı bəyanatda Azərbaycana dəstək ifadə olunub. Nazirlər İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikası və mülki obyektlər daxil olmaqla Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumları qətiyyətlə pisləyiblər.
Nazirlər regional vəziyyəti daha da ağırlaşdıran və gərginlik coğrafiyasını genişləndirmə riskini daşıyan bu kimi məsuliyyətsiz hərəkətlərin təkrarlanmamasına dair çağırış ediblər.
Nazirlər bu çərçivədə Türkiyə və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə güclü dəstəklərini ifadə edib, hər iki ölkənin xalqları və hökumətləri ilə tam həmrəy olduqlarını bir daha təsdiqləyiblər.
50-dən çox ölkədən gələn dəstək
Bu günlərdə müxtəlif ölkələrin rəhbərləri və rəsmiləri, həmçinin beynəlxalq təsisatlar Azərbaycan ərazisinin dron hücumuna məruz qalmasını pisləyən bəyanatlar yayıb, müxtəlif səviyyələrdə ölkəmizə dəstək və həmrəylik nümayiş etdiriblər. Bu sırada Albaniya, Almaniya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Bosniya və Herseqovina, Çexiya, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İordaniya, İspaniya, İsrail, İsveç, Qətər, bütövlükdə, 50-dən çox ölkə və 8 beynəlxalq təşkilat yer alır.
Həmçinin ABŞ Dövlət Departamenti də Azərbaycana qarşı Naxçıvan Beynəlxalq Hava Limanını və uşaq məktəbini hədəf alan, günahsız mülki şəxslərin xəsarət almasına və vacib mülki infrastruktura ziyan vurmasına səbəb olan dron hücumunu qətiyyətlə pisləyən bəyanat yayıb. “ABŞ bu təhdidlərə qarşı Azərbaycanla tam həmrəydir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə edilən hücumlar qəbuledilməzdir və ABŞ-ın həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə qarşılanacaq”, - deyə sənəddə vurğulanır.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də Naxçıvanda həyata keçirilən dron hücumunu pisləyib. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld özünün “X” sosial media hesabında yazıb: “Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir”.
Bundan başqa, BMT, Avropa İttifaqı, Avropa Şurası, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, GUAM və digər beynəlxalq təşkilatlar da Naxçıvana edilən dron hücumunu pisləyiblər. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “X” sosial şəbəkə hesabında dron hücumu ilə bağlı edilən bəyanatda deyilir: “Baş Katiblik mülki infrastruktura endirilən zərbələri və dinc sakinlərin həyatı üçün təhlükə yaradılmasını pisləyir. Bu, Azərbaycanın suverenliyini pozur, onun təhlükəsizliyinə və sabitliyinə təhlükə yaradır. Baş Katiblik Azərbaycanla tam həmrəyliyini təsdiqləyir, suverenliyin, təhlükəsizliyin və sabitliyin qorunması məsələsində onun yanındadır”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
31 Mart 21:50
YAP xəbərləri
31 Mart 21:32
Dünya
31 Mart 21:18
YAP xəbərləri
31 Mart 20:43
Dünya
31 Mart 20:32
Dünya
31 Mart 20:11
Dünya
31 Mart 19:51
Dünya
31 Mart 19:15
Dünya
31 Mart 18:57
YAP xəbərləri
31 Mart 18:41
YAP xəbərləri
31 Mart 18:35
Sosial
31 Mart 18:24
Sosial
31 Mart 18:23
Sosial
31 Mart 18:23
Sosial
31 Mart 18:22
Dünya
31 Mart 18:15
Dünya
31 Mart 18:06
Mədəniyyət
31 Mart 18:05
İdman
31 Mart 18:03
YAP xəbərləri
31 Mart 18:01
YAP xəbərləri
31 Mart 17:49
YAP xəbərləri
31 Mart 17:25
Dünya
31 Mart 17:23
YAP xəbərləri
31 Mart 17:01
Dünya
31 Mart 16:42
YAP xəbərləri
31 Mart 16:41
YAP xəbərləri
31 Mart 16:39
YAP xəbərləri
31 Mart 16:39
Elanlar
31 Mart 16:32
Dünya
31 Mart 16:12
Siyasət
31 Mart 16:12
YAP xəbərləri
31 Mart 16:05
YAP xəbərləri
31 Mart 16:00
Sosial
31 Mart 15:13
Dünya
31 Mart 15:11
Sosial
31 Mart 14:49
YAP xəbərləri
31 Mart 14:24
Sosial
31 Mart 14:16
İqtisadiyyat
31 Mart 14:08
İqtisadiyyat
31 Mart 14:07
YAP xəbərləri
31 Mart 14:04
YAP xəbərləri
31 Mart 13:46
Gündəm
31 Mart 13:31
Gündəm
31 Mart 13:20
Gündəm
31 Mart 13:12
Gündəm
31 Mart 13:09
Xəbər lenti
31 Mart 12:33
Sosial
31 Mart 12:32
İdman
31 Mart 12:32
İqtisadiyyat
31 Mart 12:31
İqtisadiyyat
31 Mart 12:31
YAP xəbərləri
31 Mart 12:25
Hadisə
31 Mart 12:22
YAP xəbərləri
31 Mart 12:20
YAP xəbərləri
31 Mart 12:00
Dünya
31 Mart 11:46
Dünya
31 Mart 11:19
Dünya
31 Mart 10:56
Sosial
31 Mart 10:52
Dünya
31 Mart 10:21
YAP xəbərləri
31 Mart 10:17
YAP xəbərləri
31 Mart 10:06
Dünya
31 Mart 09:42
Siyasət
31 Mart 09:31
Dünya
31 Mart 09:17
Gündəm
31 Mart 09:16
Dünya
31 Mart 08:50
Gündəm
31 Mart 08:34
Gündəm
31 Mart 08:33
Dünya
31 Mart 08:29

