Dünyaya ortaq mesaj
11.03.2026 [11:53]
Azərbaycanla Türkiyə sıx təmasdadır
Yaxın Şərq regionunda, xüsusilə İranda baş verən hadisələr Azərbaycanın diqqət mərkəzindədir. Regional hərbi eskalasiya ilə bağlı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, bölgədə və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur. “Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq”, - deyə bəyanatda vurğulanıb.
Prezidentlərin və XİN başçılarının telefon danışıqları...
Mövcud vəziyyət bütün region ölkələri üçün riskləri artırır. Çünki münaqişənin genişlənməsi qonşu ölkələr üçün təhlükələri istisna etmir. Azərbaycan proseslərlə bağlı müxtəlif ölkələrlə, eləcə də qonşu dövlətlərlə sıx təmasdadır. Bu baxımdan, qardaş Türkiyə ilə təmaslar xüsusi vurğulanmalıdır. Əlbəttə, bu da təsadüfi deyil. Çünki Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” prinsipi ilə dünyaya örnək olan, qardaşlıq və birlikdəlik ruhunu əks etdirən, qədim tarixə, dərin köklərə malik ölkələrdir. Bu qardaşlıq münasibətləri iki ölkənin mədəni, tarixi və dil əlaqələrinə əsaslanır. Həmçinin Azərbaycan və Türkiyə geosiyasi baxımdan strateji müttəfiqlər olaraq, regional və qlobal səviyyədə mühüm əhəmiyyət kəsb edirlər. Bu əlaqələr, həmçinin Türk dünyası çərçivəsində birliyin və əməkdaşlığın təmin edilməsi istiqamətində bir model kimi çıxış edir.
Regionun güclü və nüfuzlu dövlətləri olan Azərbaycanla Türkiyə daim müxtəlif səviyyələrdə təmasdadır və ikitərəfli, o cümlədən regional proseslərlə bağlı koordinasiyalı şəkildə əməkdaşlıq edirlər. Bir neçə gün öncə İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının mülki obyeklərinə dron hücumundan sonra Türkiyənin lideri başda olmaqla bir sıra rəsmi şəxslər ölkəmizə dəstəyini ifadə ediblər. Eyni zamanda, martın 9-da Türkiyənin Qaziantep vilayətinin Şahinbey rayonu səmasında NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən ballistik raket zərərsizləşdirilib. Verilən məlumatlara görə, raket İran ərazisindən atılıb.
Hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev həmin gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib. Rəcəb Tayyib Ərdoğan telefon zənginə və mövqeyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Bundan əlavə, Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasından sonra keçirilən brifinqdə bildirib ki, Türkiyə qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəydir: “Bölgəmizdə sülh və sabitliyi pozacaq hər hansı bir ssenariyə qarşıyıq. Heç kim səhv hesablar etməsin. Qardaşı qardaşa qarşı qoyacaq tələyə düşməməliyik”.
Eyni zamanda, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub. Telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik ətrafında fikir mübadiləsi aparılıb, hərbi eskalasiya fonunda son hadisələrin yaratdığı risklər və onların regional sabitliyə təsirləri müzakirə edilib. C.Bayramov Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib. Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi qeyd edilərək, gərginliyin azaldılması və dialoq mühitinin təşviqi istiqamətində mümkün addımlar barədə fikir mübadiləsi aparılıb. Qarşıdurma zamanı qonşu ölkələrə qarşı hücumların və suveren dövlətlərin ərazi bütövlüyünə yönəlmiş hər hansı addımların qəbuledilməz olduğu xüsusi vurğulanıb.
Telefon söhbətində, həmçinin Azərbaycan-Türkiyə strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin hazırkı mürəkkəb geosiyasi şəraitdə böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib, bu çərçivədə iki ölkə arasında qarşılıqlı məsləhətləşmələrin və regional məsələlər üzrə koordinasiyanın davam etdirilməsinin vacibliyi bildirilib.
İki qardaş ölkə hər zaman bir-birinin yanındadır
Xatırladaq ki, 1990-cı illərin sonlarından başlayaraq, xüsusən də müstəqilliyin ilk illərində Türkiyə Azərbaycana siyasi və diplomatik dəstək göstərib, həmçinin iqtisadi inkişaf sahəsində bir çox layihələrdə iştirak edib. Türkiyə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyini, xüsusilə keçmiş Qarabağ münaqişəsi zamanı açıq şəkildə nümayiş etdirib. İki ölkə arasında ticarət əlaqələri, enerji və nəqliyyat sahələrində əməkdaşlıq da kifayət qədər genişdir. 2000-ci illərdə, xüsusilə enerji və infrastruktur layihələri ölkəmizin iqtisadi inkişafını dəstəkləmək və Türkiyə ilə əlaqələri daha da möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edib. Azərbaycan enerji ixracatı sahəsində Türkiyə vasitəsilə Avropaya açılan yeni yollar əldə edib, bu da hər iki ölkə üçün strateji baxımdan əhəmiyyətli olub.
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanı siyasi və diplomatik baxımdan dəstəkləməsi, bu əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxarıb. Bu əməkdaşlıq yalnız iqtisadi və hərbi sahələrdə deyil, mədəniyyət və təhsil sahələrində də inkişaf etməkdədir. Türkiyənin Azərbaycanda həyata keçirdiyi bir çox təhsil və mədəniyyət proqramları, iki xalq arasında daha da yaxınlaşmağa səbəb olub. Bu sahələrdəki fəaliyyətlər həm də gələcək nəsillər üçün təməl yaradaraq iki ölkə arasında mədəni inteqrasiyanı artırıb.
Azərbaycan da hər zaman Türkiyənin çətin günlərində onun yanında olub. Güclü zəlzələdən sonra dövlətimiz tərəfindən Kahramanmaraşda şəhərciyin inşa edilməsi bunun göstəricisidir.
Hərbi və təhlükəsizlik sahələrində əlaqələr genişlənir
Ölkələrimizin hərbi sahədəki əməkdaşlığı da hər zaman böyük önəm daşıyıb. Türkiyə ilə Azərbaycanın hərbi və təhlükəsizlik sahəsindəki əməkdaşlığı bölgənin sabitliyi, təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərir və bu əməkdaşlıq da həm regional, həm də qlobal səviyyədə birgə təhlükəsizlik təşəbbüslərinə rəhbərlik edir. Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsi prosesində Türkiyənin siyasi dəstəyi də ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsinə səbəb olub. Həmçinin bu baxımdan ölkələrimiz arasında birgə hərbi təlimlərin keçirilməsi, silah tədarükü və müdafiə sənayesi sahəsindəki layihələr mühüm əhəmiyyət kəsb edir. 2021-ci ilin iyun ayında Şuşa şəhərində imzalanmış Müttəfiqlik Bəyannaməsi isə münaibətlərimizin zirvəsini təşkil edir. Bu sənədə əsasən, zərurət yarandıqda tərəflər bir birinə hərbi dəstək verəcəklər.
Azərbaycanın müdafiə qabiliyyətinin artırılması istiqamətində Türkiyənin verdiyi dəstək, xüsusilə hərbi təlimlərlə davam edir. Azərbaycanın müxtəlif bölgələrində keçirilən hərbi təlimlərdə Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri birgə iştirak edərək hərbi hazırlıq səviyyələrini artırıb, regional təhlükəsizliyi təmin etmək üçün güclü təməl yaradıb. Bu təlimlər, həmçinin NATO ilə əməkdaşlıq çərçivəsindəki əlaqələri gücləndirir və qardaş ölkələrimizin beynəlxalq təhlükəsizlik məsələlərindəki həmrəyliklərini daha da möhkəmləndirir.
Bütövlükdə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Türk dünyası daxilində ölkələrimiz arasında artan əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün Türk dünyasının birliyini və inkişafını dəstəkləyir. Hər iki ölkə regional təhlükəsizlik məsələlərində də ortaq maraqlara malikdir. Yəni, Cənubi Qafqazda yaranmış yeni reallıqlar, o cümlədən Yaxın Şərqdə artan gərginlik iki qardaş ölkənin diqqət mərkəzindədir. Dövlətlərimiz regionumuzda sülhün və sabitliyin təmin olunması üçün birgə diplomatik fəaliyyət həyata keçirirlər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 Mart 21:32
Dünya
31 Mart 21:18
YAP xəbərləri
31 Mart 20:43
Dünya
31 Mart 20:32
Dünya
31 Mart 20:11
Dünya
31 Mart 19:51
Dünya
31 Mart 19:15
Dünya
31 Mart 18:57
YAP xəbərləri
31 Mart 18:41
YAP xəbərləri
31 Mart 18:35
Sosial
31 Mart 18:24
Sosial
31 Mart 18:23
Sosial
31 Mart 18:23
Sosial
31 Mart 18:22
Dünya
31 Mart 18:15
Dünya
31 Mart 18:06
Mədəniyyət
31 Mart 18:05
İdman
31 Mart 18:03
YAP xəbərləri
31 Mart 18:01
YAP xəbərləri
31 Mart 17:49
YAP xəbərləri
31 Mart 17:25
Dünya
31 Mart 17:23
YAP xəbərləri
31 Mart 17:01
Dünya
31 Mart 16:42
YAP xəbərləri
31 Mart 16:41
YAP xəbərləri
31 Mart 16:39
YAP xəbərləri
31 Mart 16:39
Elanlar
31 Mart 16:32
Dünya
31 Mart 16:12
Siyasət
31 Mart 16:12
YAP xəbərləri
31 Mart 16:05
YAP xəbərləri
31 Mart 16:00
Sosial
31 Mart 15:13
Dünya
31 Mart 15:11
Sosial
31 Mart 14:49
YAP xəbərləri
31 Mart 14:24
Sosial
31 Mart 14:16
İqtisadiyyat
31 Mart 14:08
İqtisadiyyat
31 Mart 14:07
YAP xəbərləri
31 Mart 14:04
YAP xəbərləri
31 Mart 13:46
Gündəm
31 Mart 13:31
Gündəm
31 Mart 13:20
Gündəm
31 Mart 13:12
Gündəm
31 Mart 13:09
Xəbər lenti
31 Mart 12:33
Sosial
31 Mart 12:32
İdman
31 Mart 12:32
İqtisadiyyat
31 Mart 12:31
İqtisadiyyat
31 Mart 12:31
YAP xəbərləri
31 Mart 12:25
Hadisə
31 Mart 12:22
YAP xəbərləri
31 Mart 12:20
YAP xəbərləri
31 Mart 12:00
Dünya
31 Mart 11:46
Dünya
31 Mart 11:19
Dünya
31 Mart 10:56
Sosial
31 Mart 10:52
Dünya
31 Mart 10:21
YAP xəbərləri
31 Mart 10:17
YAP xəbərləri
31 Mart 10:06
Dünya
31 Mart 09:42
Siyasət
31 Mart 09:31
Dünya
31 Mart 09:17
Gündəm
31 Mart 09:16
Dünya
31 Mart 08:50
Gündəm
31 Mart 08:34
Gündəm
31 Mart 08:33
Dünya
31 Mart 08:29
Dünya
30 Mart 23:15

