Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödəniləcək

Bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödəniləcək

04.03.2026 [14:44]

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödəniləcək.

Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, martın 6-da nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişinə isə artıq başlanıb.

Xalqımızın əziz bayramları olan Novruz və Ramazan bayramları ərəfəsində ölkəmizin digər bölgələri üzrə pensiyaların və güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin pensiyalarının ödənişi planlaşdırılır.

Eyni zamanda, mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla, Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 276 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31