Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fələstin: Qəzzada sülhməramlılar yalnız BMT-yə tabe olmalıdır

Fələstin: Qəzzada sülhməramlılar yalnız BMT-yə tabe olmalıdır

17.11.2025 [11:20]

Fələstin qrupları, o cümlədən HƏMAS, Qəzza zolağında sülhməramlı qüvvələrin yalnız BMT-yə tabe olmalı olduğunu bildirir. Əks halda, onlar işğalçı qüvvələrə çevrilə bilərlər. AZƏRTAC xəbər verir ki, bu barədə müvafiq bəyanat HƏMAS-ın teleqram kanalında dərc olunub.

“Biz inanırıq ki, istənilən beynəlxalq qüvvələr BMT-yə tam tabe olmalı və yalnız Qəzzada Fələstinin dövlət qurumları ilə koordinasiyada fəaliyyət göstərməlidir”, - deyə bəyanatda deyilir.

Fraksiyaların nümayəndələri, həmçinin Qəzzada fəaliyyət göstərən silahlı qrupların tərksilah edilməsinə və anklavda xarici hərbi bazaların yaradılmasına qarşı çıxıblar. HƏMAS və müttəfiqlərinin iddiasına görə, bu addımlar Qəzza zolağının “suverenliyinin birbaşa pozulması” kimi qiymətləndiriləcək.

Qeyd edək ki, noyabrın 17-də BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ilə bağlı ABŞ-ın hazırladığı qətnamə layihəsinə səs verəcək.

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30