Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dövlət qeydiyyatına alınan qiymətli kağızların məbləği açıqlanıb

Dövlət qeydiyyatına alınan qiymətli kağızların məbləği açıqlanıb

14.11.2025 [21:10]

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 10 milyard 650 milyon manat dəyərində dövlət istiqrazları,

2 milyard 352,5 milyon manat dəyərində Mərkəzi Bankın notları, 1 milyard 181,8 milyon manat dəyərində səhmlər, 1 milyard 173,2 milyon manat dəyərində korporativ istiqrazları dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda 3 milyard 131,9 milyon manatlıq dövlət istiqrazları, 1 milyard 200,8 milyon manatlıq korporativ istiqrazları, 1 milyard 169,2 milyon manatlıq Mərkəzi Bankın notları və 192 milyon manatlıq səhmlər yerləşdirilib.

2025-ci ilin yanvar-sentyabr aylarında nominal dəyəri 4 milyard 344,4 milyon manat olan dövlət istiqrazları, 860,7 milyon manatlıq korporativ istiqrazları, 93,9 milyon manatlıq səhmlər və 43,2 milyon manatlıq Mərkəzi Bankın notları tədavüldə olub.

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30