Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyə Yunanıstana nota verib

Türkiyə Yunanıstana nota verib

14.11.2025 [15:37]

Yunanıstan Hərbi Hava Qüvvələrinin sosial media səhifəsində Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi- nəqliyyat təyyarəsinin fotosunun “Günün fotosu” başlığı ilə paylaşılması Ankarada sərt qınağa səbəb olub.

AZƏRTAC xəbər verir ki, mübahisəli nəşrə cavab olaraq, Ankara Afinaya etiraz notası göndərib və həmin foto dərhal silinib. Onun yerinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına ünvanlanan başsağlığı mesajı yerləşdirilib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik Yunanıstan hakimiyyətini sərt tənqid edib.

Siyasətçi vurğulayıb ki, həlak olan əsgərlərin xatirəsinə hörmətsizlik humanizm prinsiplərinə və hərbi məsələlərə yanaşmalara etinasızlığın göstəricisidir.

Lakin Ömər Çelik Yunanıstan tərəfinin mübahisəli nəşri tez bir zamanda silməsini “düzgün yanaşma” adlandırıb.

“Zəlzələlər və təbii fəlakətlər zamanı ölkələrimiz bir-birinə kömək əli uzadır. Bu, düzgün yanaşmadır”, - deyən hakim partiyanın nümayəndəsi qalmaqalda iştirak edən bütün şəxslərin müəyyən ediləcəyinə və cəzalandırılacağına ümid etdiyini bildirib.

Paylaş:
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30