ABŞ tarixinin ən gərgin siyasi mübarizəsi...
27.02.2024 [10:55]
2024-cü il dünyanın bir çox nöqtələrində seçki ili kimi xarakterizə olunur. Diqqətlə izlənən proseslərdən biri də bu ilin payızında ABŞ prezidentliyi uğrunda gedəcək mübarizədir. Seçkilərdə iştirak edəcək namizədlərin kimliyi hələ tam dəqiqləşməsə də, mübarizənin Demokratlar Partiyasından olan hazırkı prezident Cozef Baydenlə Respublikaçılar Partiyasından olan sabiq prezident Donald Trampın arasında gedəcəyi ehtimalı günü-gündən böyüyür. Hazırki prezidentin namizədliyi məsələsi yaşı ilə bağlı müəmma yaratsa da, Trampın yenidən namizəd olması ehtimalı güclüdür. O baxımdan ki, Respublikaçılar Partiyasında Trampın namizədliyinə qarşı olanlarla yanaşı, onu dəstəkləyənlərin də sayı kifayət qədərdir. Donald Tramp hələ ötən prezident seçkilərindəki məğlubiyyəti ilə barışmayıb - xatırladaq ki, Tramp ötən seçkinin sabahısı günü yenidən ölkə başçısı olmaq iddiasını ortaya qoyub. 82 yaşı olan hazırkı prezident Co Bayden də yenidən namizədliyini irəli sürəcəyini elan edib. Lakin o, belə bir fikir də səsləndirib ki, respublikaçıların namizədi Tramp olmayacağı təqdirdə seçkilərdə iştirak etməyə bilər. Yəni Baydenin namizəd olması daha çox Trampın namizədliyi ilə bağlıdır.
Əslində, son rəy sorğuları Baydenin reytinqinin ötən seçkilərə nisbətdə aşağı düşdüyünü göstərir. Buna səbəb həm yaşının çox olması, həm də xarici və daxili siyasətdəki uğursuzluqları ilə əlaqələndirilir.
Qeyd edək ki, Bayden hakimiyyəti dövründə keçmiş prezident Tramp bir neçə dəfə müxtəlif ittihamlarla məhkəmə qarşısına çıxarılıb. Amma bütün bunlar Trampın Baydenə qarşı sərt mövqeyinə təsir etməyib. Respublikaçı keçmiş prezident çıxışlarında Baydenin siyasətini kəskin tənqid edib, onun ABŞ-ı dağılmaq təhlükəsi ilə üz-üzə qoyduğunu vurğulayıb. Tərəflər arasında əsas ziddiyyətlərdən biri də Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Müharibə Baydenin rəhbərliyi dövründə başlayıb və ABŞ bu müharibədə Ukraynaya ciddi dəstək verir. Tramp isə bu müharibənin başlamasına görə Baydeni ittiham edərək prezident seçiləcəyi təqdirdə ən qısa zamanda onu dayandıracağını söyləyir.
Xüsusi vurğulanmalıdır ki, ABŞ tarixində görünməyən rəqabətə çevrilmiş bu mübarizədə hər bir tərəf maraqlı iddiaları ilə də seçilir. Məsələn, Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə müdafiə xərcləri hədəflərinə çata bilməyən NATO üzvlərini müdafiə etməyəcəyi barədə açıqlamalarını bir neçə dəfə təkrarlayıb. Müttəfiq koalisiyalarının gücləndirilməsini xarici siyasətinin əsas prinsipinə çevirən prezident Co Bayden isə sələfinin yanaşmasını tənqid edib. Trampın məlum çağırışları müttəfiqlər arasında da narahatlığa səbəb olub. Bu baxımdan, NATO-nun baş katibi Yens Stoltenberqin fikirləri maraqlıdır: “Mən gözləyirəm ki, 18 müttəfiq ölkə bu il ÜDM-nin 2 faizini müdafiəyə xərcləyəcək. Bu, yalnız üç müttəfiqin hədəfə çatdığı 2014-cü illə müqayisədə daha bir rekord göstəricidir və altı dəfə artımdır”. Trampın seçki kampaniyasının baş müşaviri Ceyson Miller isə bildirib ki, Tramp “müttəfiqlərimizdən ödəniş tələb edərək, NATO-ya xərclərini artırmalarına nail olub”.
Düzdür, xarici siyasət ənənəvi olaraq ABŞ seçkilərində əsas prioritet kimi qəbul edilməsə də, bu mübarizənin qarşıdakı günlərdə daha geniş spektr alacağı şübhəsizdir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Co Bayden prezident seçkiləri ərəfəsində Respublikaçı rəqibi Donald Trampa getdikcə daha çox hücum etmək xətti seçib. Onun sözlərinə görə, hazırda baş verənlər nəticə etibarı ilə seçkilərdə bu iki nəfərin revanşına işarə edir. Əsas mübarizə prezident Co Bayden və onun sələfi Donald Tramp arasında olacaq. Əsas məsələ iqtisadiyyat və ya xarici siyasət kimi konvensional bir şey deyil, hər iki şəxsin vəzifəyə yararlı olub-olmamasıdır.
Onun sözlərinə görə, qeyri-populyarlıq məsələsində Co Bayden sələfinin ölkə üçün ekzistensial təhlükə olduğunu göstərməyə çalışır: “Bayden Trampı 2021-ci ilin yanvarında üsyana cəhddə və ya çoxsaylı cinayətlərdə ittiham edir. Donald Tramp isə hazırkı prezidentin ABŞ-ın problemləri ilə məşğul olmaq üçün çox yaşlı və zəif olduğunu iddia edir. O, seçki kampaniyası dövründə bu məsələni daha da qabardacaq. Hər iki şəxs digərini ölkənin sonunu gətirən şəxs kimi göstərməyə çalışır. Bu da seçkilərin kifayət qədər gərgin keçəcəyini göstərir”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47

