Avdiivka dönüşü: Ukrayna niyə geri çəkilir?
21.02.2024 [11:00]
Fevralın 18-də Ukrayna silahlı qüvvələrinin baş komandanı Aleksandr Sırskinin Ukrayna ordusunun Donetsk vilayətinin Avdiivka bölgəsindən geri çəkildiyini elan etməsi Rusiya-Ukrayna cəbhəsində yeni situasiya yaratdı. Bu hadisə müharibənin gedişatında 2023-cü ilin may ayından bəri ən gözlənilməz addım idi. Ukrayna qoşunları ərazidən geri çəkildikdən dərhal sonra Rusiya silahlı qüvvələri şəhəri nəzarətə götürdü. Kiyev rəhbərliyinin bu addımı günlərdir ən müxtəlif platformalarda müzakirə masasından düşmür. Ukrayna ordusu həqiqətənmi geri çəkilir, yoxsa bu, sadəcə, taktiki geriçəkilmədir?
Baş komandan: “Ordu əlindən gələni etdi...”
Yeri gəlmişkən, Avdiivkanın itirilməsi Ukrayna baş komandanı A. Sırskinin rus əsilli olması barədə gəzən söz-söhbəti daha da alovlandırıb.
Məlum olduğu kimi, ötən ilin may ayında gedən ağır döyüşlər zamanı Rusiya silahlı qüvvələri Donetskin şimalında yerləşən strateji əhəmiyyətə malik nəqliyyat mərkəzi Baxmut üzərində nəzarəti ələ keçirmişdi. O zamandan, belə demək olarsa, Avdiivka bu müharibənin yeni dönüşünə çevrildi. Avdiivkadan geri çəkilmələrinin səbəbini izah edən general Sırski bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin ərazidən çıxarılması qoşunların mühasirəyə düşməsinin qarşısını almaq və əsgərlərin həyatını qorumaq məqsədi daşıyır. Sırski müəmmalı tərzdə: “Əsgərlərimiz öz hərbi borcunu ləyaqətlə yerinə yetiriblər və mümkün olan hər şeyi ediblər”, - deyə açıqlama verib. Ukrayna prezidenti Volodimir Zelenski də öz növbəsində ordunun geri çəkilməsini “düzgün qərar” adlandırıb.
Yuxarıda qeyd etdiyimiz kimi, Ukraynanın bu addımı Qərbdə də geniş müzakirə doğurub.
Qərbin saxta Ukrayna sevgisi
CNN telekanalının mövqeyinə görə, Avdiivkanın itirilməsi Ukrayna üçün çox itkidir. “The New York Times” qəzeti isə Ukrayna silahlı qüvvələrinin şəhərdən geri çəkilərkən düşdüyü xaotik vəziyyəti təsvir edib. Rusiya mediasının qəzetə istinadən verdiyi məlumata görə, Ukrayna ordusunun komandirlərindən biri öz əsgərlərinə mühasirədən tez çıxmaq məqsədilə yaralı əsgərləri döyüş bölgəsindən daşımamağı əmr edib.
Ukrayna silahlı qüvvələrinin Avdiivkadan çəkilməsi ABŞ Konqresində təmsil olunan respublikaçıların Ukrayna üçün nəzərdə tutulan yardım paketinin qarşısını aldığı bir vaxtda baş verib. Söhbət 60 milyard dollardan gedir. Doğrudur, bu yaxınlarda Almaniya, Fransa və Böyük Britaniya Kiyevə müvafiq olaraq 7,5 milyard, 3,2 milyard və 3,1 milyard dollar vəd edib. Qeyd olunan rəqəmlər ABŞ-ın təklif etdiyi 60 milyardla müqayisədə xeyli azdır.
Prezident Co Baydenin “Ukraynaya yardım” qanun layihəsi demokratların üstünlük təşkil etdiyi Senatda problemsiz qəbul edilsə də, respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasından keçmir. Respublikaçılar ölkənin sərvətini Ukrayna-Rusiya savaşına xərcləmək istəmirlər. Ekspertlərin fikrincə, ola bilsin ki, yardım paketi sonda təsdiqlənsin, lakin bütün hallarda nəticə budur ki, Qərbin dəstəyi artıq əvvəlki kimi etibarlı deyil. Elə bu səbəbdən də Ukraynanın qonşuları, xüsusilə, Aİ üzvlüyünə iddialı ölkələr Rusiya ilə olduqca ehtiyatlı davranmağa üstünlük verir.
Amerikalı jurnalist: “Sanksiyalar işə yaramır”
Yeri gəlmişkən, fevralın 24-də Ukrayna müharibəsinin ikinci ili tamam olur. Artıq Qərb mediasında da Rusiyaya əvvəlki münasibətin, sərt yanaşmaların müəyyən qədər dəyişdiyini görmək mümkündür. Məsələn, bu yaxınlarda prezident Vladimir Putinlə söhbətləşən amerikalı jurnalist Taker Karlson Rusiyanın paytaxtı Moskvanın ümumi vəziyyəti haqqında videolar çəkib paylaşıb. Jurnalist paytaxtdakı supermarketlərə daxil olaraq dükan-bazarda müxtəlif çeşiddə məhsulların bol olduğunu, oranın iqtisadi sanksiyalar tətbiq edilmiş ölkəyə bənzəmədiyini deyib: “Gördüyünüz kimi, Qərbin sanksiyaları işə yaramır”.
Bundan başqa, Karlsona verdiyi müsahibəsində Rusiya prezidenti Putin bəyan edib ki, Rusiyanın Polşaya və ya üç Baltikyanı dövlətə hücum etmək kimi bir niyyəti də yoxdur. Analitiklərin fikrincə, Qərb siyasi dairələrində Putinin çıxışı uzun-uzadı tənqid olunsa da, Rusiyanın başqa ölkələrə hücumu və ya taktiki nüvə silahından istifadə edəcəyi ehtimalı ilə bağlı çox da narahat deyillər.
Beləliklə, Rusiya-Ukrayna müharibəsi artıq üçüncü ilinə qədəm qoyur. Davam edən bu müharibə nəticəsində Ukrayna özünün bütün iqtisadi, hərbi gücünü və dinc sosial yaşamını itirmək təhlükəsi ilə üz-üzədir. Qərbin yardımları isə, göründüyü kimi, heç də asanlıqla başa gəlmir. Yaxud respublikaçı senatorlardan birinin söylədiyi kimi: “Heç kim Ukraynanın yerinə vuruşmaq istəmir”. Ukrayna qoşunlarının Rus ordusu qarşısında geri çəkilməsi müvəqqətidir, taktikidir, yoxsa həmişəlikdir? Bunu zaman göstərəcək...
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxİdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52

