Azərbaycanın təbii qazından faydalanır, amma...
16.01.2024 [12:04]
Yunanıstan XİN başçısının İrəvanda səsləndiriyi fikirlər qəbulolunmazdır
Nardar BAYRAMLI
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 il müddətində təkcə torpaqlarımız işğal edilməyib, eyni zamanda, Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub. Bütövlükdə, 200 ildən artıq müddətdə Azərbaycan xalqına qarşı davam etmiş erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Eyni zamanda, tarixi torpaqlarımız olan indiki Ermənistan ərazisindən azərbaycanlılar tamamilə qovulub, deportasiya edilib.
Bütün bunların fonunda nə qədər paradoksal olsa da, Ermənistan və onun havadarları Azərbaycanı etnik təmizləmədə və “erməni mədəni irsini” məhv etməkdə ittiham etməyə çalışırlar. Belə ki, bugünlərdə Ermənistana səfər etmiş Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis deyib ki, ölkəsi tezliklə “Qarabağdan məcburi köçkünlərin maliyyələşdirilməsi, onların ehtiyaclarının ödənilməsi, xüsusən də mənzillə bağlı problemlərin həlli üçün proqrama dəstək verəcək. Bu, həmçinin Qarabağda xristian və mədəni yerlərin mühafizəsi məsələsi ilə bağlı olacaq”. Yunan nazir bildirib ki, “biz mütləq Qarabağda xristian yerlərinin qorunub saxlanmasının tərəfdarıyıq və istəyirik ki, UNESCO-nun faktaraşdırıcı missiyası bu yerlərin məruz qaldığı və çəkə biləcəyi zərərləri üzə çıxarsın”.
Əlbəttə ki, Yunanıstanın XİN başçısının bu mövqeyi qəbulolunmazdır. Bir neçə gün öncə Qərbi Azərbaycan İcması yunan nazirə cavab vermişdi. Bu ölkənin Ermənistanla isti münasibəti isə yeni məsələ deyil. Azərbaycan-Türkiyə qardaşlığı fonunda Ermənistanla Yunanıstan bizim birliyimizə qarşı ittifaq yaratmaq cəhdləri də məlumdur. Lakin Afina anlamalıdır ki, Azərbaycana qarşı çıxış etmək onun dövlət maraqlarına ziddir. Ən azı ona görə ki, Avropanın təbii qaza olan ehtiyacının böyük hissəsi Azərbaycan tərəfindən ödənilir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın təbii qaza ehtiyacı daha da artıb ki, vəziyyətdən çıxış yolu kimi Azərbaycana ehtiyac duyulur. 2022-ci ilin yayında Azərbaycanla Avropa İttifaqı arasında Bakıda imzalanmış memoranduma əsasən ölkəmizin bu qitəyə təbii qaz ixracı artacaq.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan qazı hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl də Yunanıstana ixrac olunmağa başlayıb. Belə ki, Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazı 2020-ci ilin sonunda Avropaya nəql edilməyə başlamışdı. 2021-ci il yanvarın əvvəlində isə Yunanıstanın milli təbii qaz şirkəti olan DEPA-nın direktoru artıq Azərbaycanın təbii qazını qəbul etdiklərini açıqlamışdı. O bildirmişdi ki, Azərbaycandan Yunanıstana təbii qazın verilməsinə başlanılması yeni dönüş nöqtəsidir. Xatırladaq ki, Trans Adriatik Boru kəməri ümumi layihə dəyəri 40 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin tərkib hissəsidir. TAP-ın kommersiya fəaliyyətinə keçid etməsi ilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10 milyard kubmetr qaz nəqlini nəzərdə tuturdu. TAP-ın istifadəyə verilməsi ilə Bolqarıstanın qaz tələbatının 30 faizi, Yunanistanın qaz tələbatının 20 faizi və İtaliyanın qaza olan tələbatının təxminən 10 faizi təmin edilməsi nəzərdə tutulurdu.
Lakin Cənub Qaz Dəhlizi layihəsinin tam istifadəyə verilməsi və sözügedən memorandumun imzalanmasından sonra Azərbaycan qazının Avropaya nəqlinin əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Təbii ki, bundan Yunanıstan da faydalanacaq. Xatırladaq ki, ötən ay Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərqə Tərəfdaşlığı ölkələrinin XİN başçılarının toplantısı çərçivəsində yunan həmkarı Yorqos Qerapetritislə görüşmüşdü. Görüşdə tərəflər Azərbaycan Yunanıstan arasında ikitərəfli və çoxtərəfli platformalarda mövcud əməkdaşlıq, o cümlədən gələcək perspektivlər, bölgədəki son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər ikitərəfli münasibətlərin daha da inkişafına önəm verdikləri, bundan sonra da bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə münasibətləri inkişaf etdirməyin və xalqlarımızın mənafelərinə uyğun əməkdaşlığı genişləndirməyin vacibliyi qeyd olunub. Qarşılıqlı səfərlərin, müxtəlif platformalar çərçivəsində artan təmasların ölkələrimiz arasında siyasi dialoqun gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Tərəflər həmçinin Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı və strateji tərəfdaşı olduğunu bir daha təsdiqləyərək Cənub Qaz Dəhlizi, Trans-Adriatik boru kəməri, eləcə də Yunanıstan Bolqarıstan Qaz İnterkonnektoru müstəsna əhəmiyyətini vurğulayıblar. Bu xüsusda, iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığın regionun inkişafına və sabitliyinə töhfə verəcəyi, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəyinə əminlik ifadə olunub.
Bütün bunların fonunda Yunanıstan XİN başçısının İrəvanda Azərbaycana qarşı qərəzli açıqlamalar verməsi qəbulolunmazdır və ikili standartların təzahürüdür.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

