Görüşə hazırlıq gedir...
10.01.2024 [10:35]
Rusiya Prezidenti Türkiyəyə səfər edəcək
Nardar BAYRAMLI
Bu ilin əvvəllərində Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri nəzərdə tutulur. Səfərlə bağlı Vladimir Putin hələ ötən ay keçirdiyi illik mətbuat konfransında bildirmişdi. Putin demişdi ki, bir müddət əvvəl Türkiyəyə səfəri planlaşdırılmışdı: “Prezident Ərdoğanın qrafiki ilə əlaqədar səfər baş tutmadı. Ümid edirəm ki, gələn ilin əvvəllərində Türkiyəyə səfərimi həyata keçirə biləcəyəm”. Artıq səfərlə bağlı praktiki addımlar atılmaqdadır. Ötən gün Türkiyə Prezidenti Administrasiyası Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüşə hazırlıq getdiyi barədə məlumat açıqlayıb. Qeyd olunub ki, iki ölkə liderinin görüşünün detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır: “Görüş gündəmdədir, diplomatik kanallarla müvafiq işlər aparılır. Hələlik konkret bir razılıq yoxdur”.
Xatırladaq ki, sonuncu səfər Türkiyə Prezidenti Ərdoğan tərəfindən ötən ilin sentyabrında gerçəkləşmişdi. Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mühüm məsələlər müzakirə olunmuşdu. Bu görüşdə Rusiya Prezidenti bildirmişdi ki, “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi ilə Türkiyə nüvə dövlətləri sırasına daxil olub. Putin əlavə edib ki, Rusiya bundan sonra da Türkiyəni qazla təmin etmək və Türkiyə vasitəsilə üçüncü ölkələrə qaz ixrac etmək niyyətindədir: “Ümid edirəm ki, biz yaxın vaxtlarda “qaz hab”ının yaradılması ilə bağlı danışıqları yekunlaşdıracağıq. Bu, regionda energetika sahəsindəki vəziyyəti daha da stabilləşdirəcək, balanslaşdıracaq. Mənə elə gəlir ki, bu, Türkiyənin kənd təsərrüfatının xeyrinə olacaq. Türkiyə istehsalçılarının kənd təsərrüfatı məhsullarının Rusiya bazarına ixracını genişləndirmişik. İxracat çox yaxşı həcmdədir”. “Taxıl sazişi”nin uzadılmasına gəlincə, V.Putun Qərbin onları aldatdığını, verilən vədlərin yerinə yetirilməsindən sonra məsələyə baxılacağını qeyd etmişdi.
Ümumiyyətlə, dünyada baş verən mürəkkəb proseslər fonunda Rusiya-Türkiyə yaxınlaşması bölgənin xeyrinədir. Bu baxımdan, Putinin Türkiyəyə gözlənilən səfəri zamanı mühüm məsələlərin müzakirəsi gözlənilir.
Məlumdur ki, Qərb ölkələri Ukrayna problemi ilə əlaqədar Rusiyaya ağır sanksiyalar tətbiq edib. Digər tərəfdən, Rusiya ilə iqtisadi əlaqələri davam etdirən ölkələrə də sanksiyalara qoşulmaq üçün təzyiqlər edilir. Regionun, bütövlükdə, dünyanın ən güclü dövlətlərindən biri olan Türkiyə öz milli maraqlarına uyğun siyasət yeridir. Bu da xüsusilə, ABŞ-da qıcıqla qarşılanır. Belə ki, ABŞ Rusiya ilə iqtisadi əlaqələrdən çəkinmək, sanksiyalara qoşulmaq üçün Türkiyəyə müəyyən təzyiqlər göstərir. Lakin nəzərə almaq lazımdır ki, hər bir dövlətin öz maraqları var. Müstəqil dövlətlər məhz öz milli maraqlarına uyğun siyasət yürüdürlər. Türkiyə də məhz belə dövlətlərdəndir. Əgər rəsmi Ankara ABŞ-ın istəyinə uyğun siyasət yürüdərsə, bu, Türkiyənin iqtisadiyyatına çox ciddi mənfi təsir gösətərəcək. Ona görə də, Türkiyə dövlət maraqları naminə öz siyasətində israrlıdır. Artıq bir müddətdir ki, ABŞ Türkiyəyə iqtisadi təzyiqlər edir.
Rusiya ilə Ukrayna arasında məlum münaqişə başlayanadək Avropanın enerji təchizatı böyük dərəcədə şimal qonşumuzdan reallaşdırılan ixrac hesabına təmin olunurdu. Sonu görünməyən gərginliklər, o cümlədən də qarşılıqlı sanksiyalar fonunda fərqli mənzərə yaranıb. Gündəlik 5 milyon barel neft ixracatı həyata keçirən Rusiya bu həcmin 70 faizini ABŞ və Avropa bazarlarına ünvanlayırdı. Avropanın neftə olan tələbatının ödənilməsində şimal qonşumuz 25 faiz paya malik idi. Rusiya Avropa üçün həm də ənənəvi olaraq optimal qaz təchizatı mənbəyi sayılırdı. Bu kimi reallıqlar fonunda Rusiya qazının Türkiyə üzərindən Avropaya ötürülməsi perspektivi mövcuddur. Bu ölkə əlverişli coğrafi mövqeyi ilə Avropa ilə Rusiyanın qonşuluğunda yerləşir. Hazır nəql infrastrukturuna malik olması Türkiyəyə əlavə şans qazandırır. Qardaş ölkə böyük həcmlərdə Rusiya qazını Avropa bazarlarına daşımaq üçün şaxələndirilmiş nəql marşrutlarına malikdir. Bu marşrutlar “Türk axını”, TANAP və TAP-dır. Bu layihə Türkiyəni Avrasiyada qaz habına çevirir. Beləliklə, Rusiya və Türkiyəni Akkuyu AES-in tikintisindən tutmuş qaz qovşağı layihəsinə qədər bir çox layihələr birləşdirməyə davam edir. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır.
Nəzərə almaq lazımdır ki, Türkiyə indiyədək Rusiya-Ukrayna münaqişəsində sırf barışdırıcı mövqedən çıxış edib. Qardaş ölkənin və onun liderinin bu mövqeyi qlobal miqyasda, BMT səviyyəsində yüksək dəyərləndirilir. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm Kreml, həm də Kiyevlə təmasdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin lideri ilə danışıqlar aparır. Türkiyə böyük dövlətdir və bölgədə baş verən proseslərə təsir imkanları var. Son illər Türkiyə regional güc kimi özünü təsdiq edib. Yaxın Şərq böhranı ilə bağlı rəsmi Ankaranın oynadığı rol beynəlxalq birliyə çox yaxşı məlumdur. Hazırda isə Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsi üçün Türkiyənin böyük fəallığı göz önündədir. Qeyd etdiyimiz kimi, Türkiyənin təşəbbüslərinə müharibənin tərəfi olan hər iki ölkə etimad göstərir. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya Ukraynaya fəal dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir, eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb. “Taxıl dəhlizi” haqqında sazişin imzalanmasında da Ankanın rolu xüsusi qeyd edilməlidir.
Hər iki ölkə Cənubi Qafqaz, eləcə də Suriya məsələsində də fəal müzakirələr aparır ki, bu da bölgədə sülh və təhlükəsizliyin təmin olunması baxımından faydalıdır. Bütün bunların fonunda Rusiya Prezidenti Putinin Türkiyəyə gözlənilən səfəri böyük əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxAsiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15

