Zona xülyası...
27.05.2023 [11:25]
İranla Ermənistan arasında birgə iqtisadi zona nəyə “xidmət” edəcək?
Son vaxtlarda İran rejiminin və Ermənistan hakimiyyətinin iki ölkəni bir-birlərinə daha yaxın etmək cəhdlərinin gücləndiyinin şahidi oluruq. İrandan Ermənistana hərtərəfli dəstək mesajları gəlir. Bir qədər bundan əvvəl Ermənistan lideri Nikol Paşinyan İrana səfərə getdi və burada əziz-xələf qonaq kimi qarşılandı. Səfər çərçivəsində yeni sənədlər imzalandı. Ötən ilin ikinci yarısında cənub qonşumuz Qafanda tələm-tələsik konsulluq açdı və tədbirə ölkənin XİN rəhbəri Hüseyn Əmir Abdullahian da qatıldı. N.Paşinyanın həyat yoldaşı Anna Akopyan xüsusi qonaq qismində İrana dəvət olundu və onun üçün məscidlərdə gəzintilər təşkil olundu. İran-Ermənistan “qardaşlığına” aid faktları özündə birləşdirən siyahı çox uzundur. İki ölkə arasındakı münasibətlərdə yeni bir səhifənin açılmsı da gündəmə gəlib.
Gömülmüş ideyanı dirçəltmək cəhdi
Söhbət İranın Ermənistanla birlikdə azad iqtisadi zona yaratmaq istəyini ifadə etməsindən gedir. Bu barədə erməni mediasında məlumatlar yer alıb. Məlumata görə, buraya İranın şimal-qərbində Şərqi Azərbaycan əyalətindəki “Araz” azad ticarət və sənaye zonası, eləcə də Ermənistanın Mehri şəhəri daxil olacaq. İran Ali Şurasının nümayəndəsi Zöhre Bəhrebar bununla bağlı açıqlamasında bildirib. Bəhrebar deyib ki, layihənin həyata keçirilməsi üçün artıq Ermənistanın İrandakı səfiri Arsen Avaqyanla danışıqlar aparılıb.
Xatırladaq ki, Ermənistanla İran arasında birgə iqtisadi zonanın yaradılması ideyası yeni deyil. Zamanında Ermənistan da belə bir təşəbbüslə çıxış etmişdi. Uzun illər ərzində bununla bağlı intensiv müzakirələr aparıldı. İdeya hətta ərazilərin müəyyənləşdirilməsi səviyyəsinədək inkişaf etdirilmişdi. İlkin olaraq yaradılması təxminən 30 milyon dollar investisiya tələb edən iqtisadi zona Ermənistanın Aqarak şəhərinə yaxın ərazidə yerləşməli idi. Ermənistan hökuməti azad iqtisadi zona ideyasının iqtisadi əsaslarını hətta üzv olduğu Avrasiya İqtisadi Birliyi kontekstində də əsaslandırmağa cəhdlər göstərirdi. Bununla belə, Emənistanın canfəşanlığı bir nəticə vermədi. Belə ki, təşəbbüs Avrasiya İqtisadi Birliyində dəstək qazanmadı. Eləcə də İran Ermənistanın layihənin maliyyə təminatını qonşu ölkənin üzərinə yükləmək istəyini qarşılamadı.
Beləcə, iki ölkə arasında azad iqtisadi zona yaratmaq ideyası gömüldü. İranın köhnə mövzuda yeni müzakirələrə başlaması isə səbəbsiz deyil...
Çirkin işbirliyi
İranın gömülmüş ideyanı dirçəltmək cəhdinin - Emənistanla birgə iqtisadi zona yaratmaq istəyinin arxasında çirkin işbirliyi motivi dayanır. Qeyd edək ki, hər iki ölkənin siyasi hakimiyyətinin mahiyyəti oxşardır. Eyni zamanda, mövcud reallıqlar da iki ölkənin bir-birinə yaxınlaşmasını və çirkin işbirliyi fəaliyyətini həyata keçirmələrini şərtləndirir. İran uzun illərdir ki, ABŞ-ın və Avropa İttifaqının sərt sanksiyaları altındadır. Qərəzli nüvə fəaliyyətinə görə bir neçə mərhələdə tətbiq olunan bu sanksiyalar İranın xarici iqtisadi əlaqələrini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Ölkə enerji resurslarını xarici bazarlara çıxarmaqda böyük çətinliklərlə üzləşir. Bunun nəticəsi olaraq İranın maliyyə imkanları kəskin şəkildə zəifləyib. Ermənistan tərəfindən zamanında irəli sürülən azad iqtisadi zona yaratmaq ideyasının həyata keçməməsinin ən mühüm səbəblərindən birinin də məhz kollektiv Qərbdən İrana gələn sərt sanksiyaların olduğu bildirilir. Sanksiyalar azaldılmayıb, əksinə İranın uranı dərin zənginləşdirməsi fonunda daha da sərtləşdirilib. Belə görünür ki, sanksiyalar məngənəsində boğulan İran bu ideyanı diriltməklə özünə nəfəslik açmaq istəyir.
Ermənistanın vəziyyəti də İranınkından yaxşı deyil. Son 30 ildə apardığı işğalçılıq siyasəti bu ölkəni dalan vəziyyətinə salıb. Ölkə investisiya cəlbediciliyini tamam itirib, bütün regional layihələrdən kənarda qalıb. İran kimi Ermənistan da nəfəslik axtarır. İran Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə həm iqtisadi-hərbi, həm də siyasi cəhətdən güclü dəstək verib. Bu ölkə üç onillik ərzində dalan vəziyyətdə qalan Ermənistan üçün sözün əsl mənasında nəfəslik rolunu oynayıb. İşğal altına alınmış ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyət, hərbi texnika ilə yardım, erməni hərbçilərə təlimlər keçilməsi, humanitar dəstək, investisiya qoyuluşu İranla işğalçı Ermənistan arasında qurulan çirkin işbirliyinin tam olmayan siyahısını təşkil edir. Hazırda İran Ermənistanın xarici ticarət dövriyyəsində üçüncü pillədə dayanır. İki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ildəki 503,2 milyon dollardan 2022-ci ildə təxminən 711 milyon dollaradək yüksəlib. Bu, 2020-ci il ilə müqayisədə təxminən 2 dəfə artım deməkdir. Tərəflər yaxın dövr üçün ticarət dövriyyəsini 1 milyard dollara çatdımağı hədəfləyirlər. Hətta Tehran Ermənistan ilə 3 milyard dollarlıq dövriyyəyə çatmaq niyyətini də bəyan edib. İran Ermənstana gündəlik bir milyon kubmetrdən çox mavi qaz ixrac edir.
İki ölkə arasında ticarət dövriyyəsinin kəskin şəkildə artmasının da pərdəarxası məqamları var. Artıq təsdiq olunmuş həqiqətdir ki, Ermənistan hakimiyyəti qonşu dövlətlərə - Rusiyaya və İrana Qərb tərəfindən tətbiq edilən sanksiyalardan yararlanmağı fürsət kimi dəyərləndirir. Sanksiyalar altına düşən şirkətlər İran və Rusiya ilə əlaqələrini məhz Ermənistan üzərindən qururlar. Xatırladaq ki, Ermənistanın ayrı-ayrı şirkətlərinə belə gizli fəaliyyətə görə sanksiyalar tətbiq edilib.
Narkotrafik bərpa edilir?
İranın Ermənistanla azad iqtisadi zona yaratmaq ideyasının gündəmə daşımasının alt qatında dayanan əsas səbəblərdən birinin isə bu ölkənin ənənəvi narkotrafiki bərpa etmək istəyindən irəli gələ bilər... Xatırladaq ki, 30 illik işğal dövründə Azərbaycanın İranla 132 kilometrlik sərhədi Ermənistanın nəzarətinə keçmişdi. Postmüharibə dövründə sərhədlərin dəyişdirilməsini “qırmızı xətt” sayan mollakratiya dövlət sərhədlərinin işğalçıların nəzarətinə keçməsindən qətiyyən narahatlıq ifadə etmirdi. Sonradan bu susqunluğun hansı məqsədlərdən qaynaqlandığı bəllli oldu. İran Ermənistanla çirkin işbirliyinə girərək Azərbaycanın nəzarətindən kənarda qalan ərazilərdən narkotrafik qismində istifadə edib. “Təqribən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotik vasitələrin daşınması üçün istifadə edib”. Bunu Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında deyib. Prezident vurğulayıb ki, Azərbaycan daha əvvəl Ermənistanın nəzarətində olan İran ilə 130 km-lik dövlət sərhədi üzərində nəzarəti bərpa etdikdən sonra İrandan Azərbaycanın Cəbrayıl rayonu ərazisindən keçməklə Ermənistana, oradan da Avropaya narkotik vasitələrin daşınmasının yolunu kəsdi: “Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.
Ermənistan üzərindən qurulan narkotrafik uzun illər ərzində İranın böyük gəlir mənbəyinə çevrilmişdi. İndi bu trafikin fəaliyyəti bəlli səbəblərdən məhdudlaşıb. 44 günlük müharibənin yaratdığı reallıqlardan sonra narkotrafik üçün ideal məkan sayılan nəzarətsiz zonalar keçmişdə qalıb. Qalib Azərbaycan bərpa etdiyi sərhədlərində ciddi nəzarət həyata keçirir. Belə olan halda mollakratiya keçmiş narkotrafiki bərpa etmək üçün “azad iqtisadi zona” yarlığından istifadə etmək xülyasına düşüb.
Hazırki reallıqlar fonunda bəhs olunan azad iqtisadi zonanın həyata vəsiqə alacağına inam çox azdır. Əsas məsələlərdən biri investisiya qoyuluşu ilə bağlıdır. Qeyd etdiyimiz kimi, İran kəskin maliyyə aclığı yaşayır. Bu ölkə uzun illər ərzində Şimal-Cənub marşrutunun mühüm seqmentinin - Rəşt-Astara dəmir yolu xəttinin inşasını həyata keçirə bilməyib. Ermənistanın da maliyyə durumu İranınkından yaxşı deyil. Belə olan halda yeni azad iqtisadi zonanın yaradılması üçün zəruri olan investisiyanı kim yönəldəcək?
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

