Buqələmunluq və riyakarlıq birləşəndə...
02.03.2023 [11:18]
Mübariz ABDULLAYEV
Bu günlərdə İranda yaşayan bir qrup erməni İsfahanın Vank kilsəsində etiraz aksiyası keçirib. Təxminən 1000 iştirakçının toplaşdığı aksiyada ermənilər Xankəndi-Laçın yolunun azərbaycanlı ekofəallar tərəfindən nəzarətə götürülməsinə etirazlarını bildiriblər. Kilsədə düzənlənən aksiyada səsləndirilən şüarlara diqqət çəkək: “Mühasirəni götürün”, “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”, “Bakı hökumətinin Qafqazda ekspansionist siyasətinə yox!”, “120 min insan mühasirədə” və “NATO-Turan dəhlizinə yox!”.
İranın və Ermənistanın siyasi hakimiyyətlərinin oxşar mahiyyəti
İranda mühafizəkar, qapalı bir mühitin hökm sürdüyü hər kəsə bəllidir. Ölkədə keçirilən aksiyalara sərt polis müdaxilələri edilir, minlərlə etirazçı həbsə alınıb, hətta onların bir çoxuna edam hökmü verilib. Ermənilərin kilsədə siyasi məzmunlu şüarlar səsləndirmələrinə isə hakimiyyət və güc strukturları tərəfindən hər hansı bir maneçilik törədilməyib. Elə səsləndirilən şüarların məzmunu da onların İran isteblişmentinin mətbəxinin məhsulu olduğunu söyləməyə əsas verir. Şüarlarda İran, Ermənistan hakimiyyətlərinin gündəliklərində duran məsələlərin yer alması suallar yaratmaya bilməz.
Mühafizəkar və riyakar rejimlərin mahiyyəti eyni olduğu kimi, onların qarşılarına qoyduqları məqsədlər də oxşardır. Buna görə də belə rejimlər bir-biri ilə asanlıqla dil tapır və zaman-zaman ortaq məxrəcə gəlirlər. Bunu biz İranın və Ermənistanın timsalında da izləyə bilərik. Bu iki ölkənin siyasi hakimiyyətləri Azərbaycana və bütöv Turan birliyinə qarşı yönəlmiş koordinasiyalı davranışları ilə diqqət çəkirlər. Paralellər aparsaq, görərik ki, bu iki ölkəni ayıran cəhətlər kifayət qədər çoxdur. Ancaq hər hansı bir tarixi bağlılıqları olmayan, milli-mənəvi dəyərləri, inancları ilə əks qütblərdə dayanan İran və Ermənistan bir-birinə təəssübkeşlik nümayiş etdirirlər. İran Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə həm iqtisadi-hərbi, həm də siyasi cəhətdən güclü dəstək verib. Bu ölkə üç onillik ərzində dalan vəziyyətdə qalan Ermənistan üçün sözün əsl mənasında nəfəslik rolunu oynayıb. Narkotrafik, işğal altına alınmış ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyət, hərbi texnika ilə yardım, erməni hərbiçilərə təlimlər keçilməsi, humanitar dəstək, investisiya qoyuluşu İranla işğalçı Ermənistan arasında qurulan çirkin işbirliyinin tam olmayan siyahısını təşkil edir.
Postmüharibə dövründə bu işbirliyi bir qədər də genişlənib. Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük müharibənin nəticələrini bütün dünya qəbul edib. Bunu regionda bu və ya digər formada həzm edə bilməyən yalnız iki dövlətin adını çəkə bilərik: İranın və Ermənistanın. Hər iki ölkənin siyasi rəhbərliyi postmüharibə dövrünün reallıqlarına şübhəli yanaşma ortaya qoyur, sülhyaratma prosesi ilə ziddiyyət təşkil edən iddialar səsləndirir və davranışlar nümayiş etdirirlər. İranın və Ermənistanın “həmrəyliyi” o həddə çatıb ki, onların hər ikisi üçtərəfli Bəyanatın müddəalarının pozulmasına da çağırışlar etməyə özlərində cəsarət tapırlar. Bu gün bütün region dövlətlərinin, bütövlükdə, Avrasiyanın maraq dairəsində olan Zəngəzur dəhlizinin yaradılmasına müqavimət göstərən yenə də İran və Ermənistandır. Bir qədər bundan əvvəl İrəvanla Tehranın “qardaşlaşdığı” bəyan edildi. Bu “qardaşlığın” da süni mahiyyəti ortadadır. Axı kiçik əyalət şəhəri olan İrəvanla meqapolis sayılan Tehranın bir-biri ilə ayaqlaşmasını heç təsəvvür etmək belə mümkün deyil. Və yaxud götürək İranın Qafanda tələm-tələsik konsulluq açmasını. Burada da hansısa bir obyektiv zərurət axtarmağına dəyməz.
Beləliklə, deyə bilərik ki, İranı və Ermənistanı ortaq məxrəcə gətirən obyektiv amillər ümumiyyətlə, yoxdur. Burada söhbət ancaq məhdud siyasi niyyətdən, hər iki rejimin Azərbaycana və Türkiyəyə, bütün Turan birliyinə yönələn qərəzçiliyindən gedə bilər. İranda “Bakı hökumətinin Qafqazda ekspansionist siyasətinə yox!” və “NATO-Turan dəhlizinə yox!” şüarlarının səsləndirilməsini heç bir halda təsadüfi saymaq mümkün deyil. İran və Ermənistan qonşuluqda güclü Azərbaycanın olmasını arzulamırlar. Ərazi bütövlüyünü təmin edən Azərbaycan məqsədlərinə doğru inamlı addımlar atır. Cənubi Qafqazın lider dövləti məhz Azərbaycandır. Bütün bunlar isə Ermənistanı və İranı əndişələndirir. Həmçinin zaman Turan birliyinin formalaşmasını reallığa çevirib. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, zamanında məkrli güc mərkəzləri məqsədli şəkildə tarixi Türk corafiyasını parçalayıblar. İran da bu məkirli qüvvələrin sırasında yer alıb. İndi yeni reallıqlar fonunda geriyə qayıdış baş verir. Türkiyə, Azərbaycan, Mərkəzi Asiyadakı Türkdilli ölkələr birləşmək niyyətlərini ifadə ediblər və Türk Dövlətləri Təşkilatı formalaşıb. Zəngəzur dəhlizinin açılması ilə tarixin səhv və hiyləgər oyunlarına son qoyulacaq. Bu artıq dönməz, hər ötən gün zəruriliyi daha qabarıq şəkildə özünü büruzə verən bir gerçəklikdir. İran və Ermənistan rəhbərliyini hürküdən digər mühüm səbəb də elə budur. Əks halda bu ölkələr nə üçün onların özü üçün də iqtisadi baxımdan faydalı olan Zəngəzur dəhlizinin açılmasına “yox” desinlər? İranın qısqanclığı o həddə çatıb ki, bu ölkənin siyasi hakimiyyəti hətta “Azərbaycan dövləti” ifadəsini işlətməkdən belə çəkinir və “Bakı hökuməti” ifadəsini işlətməyə üstünlük verir.
Hər rəngə asanlıqla uyğunlaşan ermənilər
Erməni xisləti hər kəsə bəllidir. Onlar cildlərini tez dəyişməyi, mühitə uyğunlaşmağı yaxşı bacarırlar. Bir çox hallarda onlar yazıqlanırlar, özlərini məzlum qiyafəsində təqdim edirlər. Bununla da ermənilər dünyadakı müxtəlif fondlardan və ölkələrdən böyük həcmlərdə ianələr almağa, həyatlarını təmin etməyə nail olurlar. Məhz bu yazıqlanmağın sayəsində Ermənistana ABŞ-dan, Avropa ölkələrindən yardımlar, qrantlar gəlir. Digər hallarda ermənilər asanlıqla vandala, qaniçənə, heç kəsə aman verməyənə, uşaq qatilinə çevrilirlər. İşğal illərində şəhər və kəndlərimizin ermənilər tərəfindən dağıdılması, sərvətlərimizin talanması, tarixi-mədəni irsimizin mənimsənilməsi, 1992-ci ildə törədilən Xocalı faciəsi buna misaldır.
İranda kilsədə təşkil olunan aksiyada da erməni buqələmunluğunun izləri aydın şəkildə nəzərə çarpır. “Qoca qitə”də özlərini avropalılara yamaq edən ermənilər indi utanıb-çəkinmədən “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deyirlər. Ancaq İran erməni buqələmunluğuna aldanmamalıdır. Erməni xislətini bütün cəhətləri ilə ortaya qoyan ən son nümunəni xatırlayaq: Rusiyanın da əli daim Ermənistanın üstündə olub - şimal qonşumuz haylar üçün dövlət qurub, sonra da bu dövləti onilliklər boyunca ayaqda saxlayıb. Bəs hay tayfasının varisləri nə etdilər - Rusiyaya qarşı açıq-aşkar xəyanət yolu tutdular. Ermənilərin İranla işbirliyi, qardaşlığı da saxta mahiyyət kəsb edir. Zaman gələcək, onlar İrana da arxa çevirəcəklər.
NATO-ya diş qıcayan İran Aİ missiyasına göz yumur
Proseslərdə İran rejiminin riyakarlığı da göz önündədir. Mollakratiyanın kollektiv Qərblə münasibətlərində ziddiyyətlərin pik həddədək yüksəldiyi hər kəsə bəllidir. Cənub qonşumuz artıq uzun illərdir ki, ABŞ başda olmaqla Qərb koalisiyasının sanksiyaları altındadır. Əsasən ABŞ-ın ssenariləri əsasında reallaşdırlan bu sanksiyalar müxtəlif səbəblərlə əlaqələndirilir. Zaman-zaman maraqlı dairələr tərəfindən İranda insan haqlarının ifadə azadlığının məhdudlaşdırıldığı gündəmə gətirilir. İddia olunur ki, guya sanksiyalar bu məhdudiyyətlərdən geri dönməni təmin etmək üçün məcburi qaydada əl atılan bir vasitədir. İran, həmçinin uzun müddətdir ki, nüvə fəaliyyətinə görə Qərbdən gələn genişmiqyaslı sanksiyalarla üzləşib. İranın Rusiyaya müxtəlif növ silahlar tədarük etməsi də kollektiv Qərbin bu ölkəyə qəzəbini artırıb. Elə bu günlərdə Qərbdən İrana qarşı yeni sanksiyalar paketi elan olundu və qadağaların əhatə dairəsi daha da genişləndirildi.
Bu kimi səbəblərə görədir ki, İranda kollektiv Qərbə qarşı nifrət təbliğ olunur. Mollakratiya düşmən saydığı ayrı-ayrı ölkələri “şeytan yuvası” adlandırır. İndi təzadlı mənzərə yaranıb. İranın qardaş sandığı Ermənistan bu ölkənin sərhədlərinin yaxınlığına Avropa İttifaqının missiyasının ayaq açmasına nail olub. 200 nəfərdən ibarət həmin missiyanın tərkibinə Avropa ölkələrinin güc strukturlarının təmsilçiləri də daxil ediliblər. Missiya üzvlərinin Azərbaycan və İran sərhədlərində kəşfiyyat məlumatları toplayacaqları heç kimdə şübhə doğurmur. Bəs sərhədlərin toxunulmazlığını “qırmızı xətt” adlandıran, kollektiv Qərbi özünə düşmən sanan İran nə üçün susur? İsfahanda ermənilərin keçirdikləri aksiyada NATO əleyhinə şüar səsləndirilməsi ilə İranın Aİ missiyasının onun sərhədləri yaxınlığına gəlməsinə göz yumması arasında hansısa bir məntiqi bağlılıq tapmaq mümkündürmü? Əsla! Bu artıq mollakratiyanın riyakarlığıdır.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52

