2023-cü il planı...
30.12.2022 [10:05]
Azərbaycan növbəti mərhələdə hansı prioritetlərə hədəflənir?
Ermənistanın qeyri-konstruktiv mövqeyi Azərbaycanla münasibətlərin normallaşmasının, başqa sözlə sülh prosesinin 2022-ci ildə baş tutmasına imkan vermədi. Bu isə ümumilikdə Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitlik arxitekturasının formalaşmasına zidd mövqe kimi dəyərləndirilməlidir. Hər zamankı kimi sülhə üstünlük verən Azərbaycan isə öz mövqeyində qətidir. Belə ki, son dövrlərdə ortaya çıxan bəzi problemlərin həllinin də 2023-cü ilə qalması qarşıdan gələn ilin həlledici olacağını deməyə əsas verir.
2022-ci ildə mövqelər bəlli oldu...
Azərbaycan ilk növbədə Ermənistanın 10 noyabr üçtərəfli razılaşması ilə üzərinə götürdüyü öhd?liklərini yerinə yetirməsinə nail olacaq. Təbii ki, bunun üçün real zəmin də formalaşdırılıb - 2022-ci ildə bu istiqamətdə mövqelər tam şəkildə bəlli oldu. Məsələn;
- Azərbaycan qəti şəkildə bildirdi ki, Qarabağda yaşayan ermənilərin taleyi, onların vəziyyəti ilə bağlı məsələləri heç bir ölkə ilə danışmaq fikrində deyil - Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan qanunları çərçivəsində yaşayacaqlar;
- Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərlə söhbət aparacaq - amma bu separatçı rejim və ya xarici emissarlar olmayacaq. Dolayısı ilə, Azərbaycan qəti şəkildə bildirdi ki, regiona fərqli maraqların maşası kimi göndərilən Vardanyanla və onun timsalında separstçı rejimlə heç nə müzakirə etməyəcək;
- Dekabrın 12-dən başlayan etiraz aksiyası ilə Azərbaycan cəmiyyəti sərvətlərinin talan olunmasına göz yummayacağını ortaya qoydu. Bu, həm də Xankəndinin Azərbaycan torpağı olması faktının növbəti sübutu idi. Yəni, Azərbaycan öz torpağında, öz sərvətləri üzərində nəzarətini gücləndirmək niyyətində ciddidir.
Vardanyan Qarabağı tərk edəcək...
Bu xüsusda, ilk növbədə 2022-ci ilin son rübündə Qarabağda peyda olan Vardanyanla bağlı məsələ öz həllini tapmalıdır və çox güman ki, gələn il tapacaq da. Çünki bu ilin sonunda Azərbaycan Vardanyanla bağlı qəti fikrini ortaya qoydu:
- Vardanyan rus xalqının milyonlarını oğurlayan cinayətkardır;
- Qarabağa aydın gündəliklə göndərilib;
- Nəhayət, Qarabağı ən tez müddətdə tərk etməlidir.
Ən maraqlı detal isə sonuncu tezisin Azərbaycanın XİN rəhbərinin rusiyalı həmkarı ilə görüşündə səslənməsi idi. Belə ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bildirdi ki, Vardanyan Qarabağdan nə qədər tez getsə, hamı üçün bir o qədər yaxşıdır. XİN başçısı bildirib ki, milyarder Ruben Vardanyanın fəaliyyəti cinayətkar və avantürist xarakter daşıyır: “O, regionu nə qədər tez tərk etsə, hamı üçün bir o qədər yaxşı olar. Çünki bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Belə ki, o, yerli əhalinin reinteqrasiya prosesinə mane olur”.
Bəli, Vardanyanın son “çırpınışları”, müharibə ritorikasına “dönüş” etmək niyyəti regiondakı sabit nizamlanma prosesi ilə tərs mütənasiblik təşkil edir. Bu səbəbdən də, Ermənistan, o cümlədən separatçı rejimə havadarlıq etməyə çalışan xarici qüvvələr reallığı nə qədər tez anlasalar, bir o qədər yaxşı olar - Vardanyanın Qarabağdan gedişi ən çox Qarabağda yaşayan ermənilərin xeyrinə olacaq və inteqrasiya prosesini sürətləndirəcək...
Laçın yolundan qeyri-qanuni vasitələr üçün istifadənin qarşısı alındı
12 dekabrdan başlayan ekofəalların Şuşa-Xankəndi yolundakı etirazları inkar edilməz bir faktı daha da önə çıxardı - sülhməramlı kontingentin yerləşdiyi ərazilər Azərbaycan torpaqlarıdır və həmin torpaqlara Azərbaycan nəzarət edir. Bu fakt ekofəalların aksiyasında növbəti dəfə sübut olundu. Belə ki, Azərbaycanın Qarabağdakı mədən-yataqlarında monitorinq aparmaq istəyinin qarşısının separatçılar tərəfindən təxribatla alınması cəhdi yenidən üçtərəfli bəyanatı aktuallaşdırdı. Belə ki,
- Proseslər Azərbaycan dövlətinin Xankəndi əməliyyatına qeyri-hərbi yolla start verdiyini bir daha təsdiqləyir;
- Üçtərəfli bəyanata əsasən Azərbaycan torpaqlarında yerləşdirilən Rusiya sülhməramlılarına onların yeganə vəzifəsinin razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək olduğu “xatırladıldı”;
- Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Xankəndi və ətraf bölgədə olan rus sülhməramlıları ermənilərlə deyil, məhz rəsmi Bakı ilə ortaq hərəkət etməyə borclu olduğunu dərk etdi.
Beləliklə, Laçın yoluna nəzarət mexanizmi işə düşdü və artıq separatçıların bu yoldan istifadədə qeyri-qanuni hərəkətlərinə yol verilmir. Bu isə özlüyündə 2023-cü ildə məsələnin daha ciddi bir müstəviyə inteqrasiya edəcəyini deməyə əsas verir.
Silahlıların çıxarılması - Antiterror əməliyyatı qaçılmazdır...
Və son olaraq, erməni silahlılarının Azərbaycan torpaqlarını tərk etməsi məsələsi... Bu məsələ də üçtərəfli razılaşmanın ən mühüm bəndlərindəndir. Vətən müharibəsindən sonrakı dövrdə bu silahlı dəstələrin bir hissəsi zərərsizləşdirilsə də, tör-töküntüləri hələ də Qarabağda qalmaqdadır. Nəzərə alsaq ki, dünyanın əksər dövlətləri sərhədləri çərçivəsində təhlükəsizliklə bağlı antiterror əməliyyatları keçirirlər, Azərbaycanın da bu müstəsna hüququndan istifadə etməsi istisna oluna bilməz. Bu isə antiterror əməliyyatlarını aktuallaşdırır ki, Azərbaycan hazırda bu addımı atmaq üçün gözəl zəmin yaradıb, infrastruktur formalaşdırıb. Artıq regionda Azərbaycanın xüsusi təyinatlıları, komanda qüvvələri fəaliyyət göstərir, mövqelərimiz möhkəmləndirilib. Mühüm strateji yüksəkliklər isə Azərbaycan hərbçilərinin nəzarətindədir. Azərbaycanın əsas məqsədi bu əməliyyata zərurət yaranacağı halda onu effektiv şəkildə həyata keçirməkdən ibarətdir. Yəni, qısa zamanda, itki vermədən həmin silahlı dəstələr zərərsizləşdiriləcək. Təbii ki, digər məsələ siyasi effekktivlik məsələsidir. Bu məsələ hüquqi cəhətdən də əsaslıdır - ortada üçtərəfli razılaşma mövcuddur. Sadəcə olaraq, hazırda Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar davam edir. Danışıqların əsas predmetlərindən biri isə sərhədlərin delimitasiyası və demarkasiyasıdır. İndiki həssas məqamda proses sürətləndirilməli və müəyyən nəticələr əldə olunmalıdır. Əks halda...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 12:44
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:58
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31

