İranın yeganə çıxış yolu...
15.12.2022 [10:37]
Rejim ya xalqı edam etməli, ya da xalqa azadlıq verməlidir
Mübariz FEYİZLİ
Dünya tarixindən xalqlara, cəmiyyətlərə yabançı olan liderlərin kultlarının və siyasi rejimlərin gec-tez süquta uğramalarına dair çoxsaylı nümunələr gətirmək mümkündür. İndi İran oxşar proseslərin astanasındadır. Bu ölkədə imam Xomeyninin əsasını qoyduğu rejimin qondarma dəyərlər əsasında formalaşdırıldığı və hər hansı bir ictimai dayağının olmadığı hər kəsə bəlli idi. Mollakratiya öz mövcudluğunu sırf süni təbliğat və sərt qadağalar hesabına qoruyurdu. Rejim siyasi ömrünü nə vaxtadək uzada biləcəkdi? Əslində, İran cəmiyyətindən verilən siqnallardan hakimiyyətin ömrünün süni nəfəslə uzadılmasının mümkün olmayacağı sezilirdi. İnsanlar ayağa qalxmaq, etirazlarını açıq şəkildə bildirmələri üçün tarixi şərait gözləyirdilər.
İnqilaba uzanan yol
Belə məqam yetişib.13 sentyabr 2022-ci il İranın tarixində yeni bir səhifənin açıldığı gün kimi qalacaq. Həmin tarixdə İranın əxlaq polisi hicab qaydalarını pozma ittihamı ilə gənc Məhsa Əminini həbsə aldı. Əxlaq polisi indiyədək sayı bilinməyən belə həbslər həyata keçirmişdi. 22 yaşlı gəncin həbsi də heç nə ilə diqqəti çəkməyəcəkdi. Ancaq bu həbs İranın molla rejimi üçün bir əcəl həbsinə çevrildi. Məhsa Əmini həbsə alınandan üç gün sonra dünyasını dəyişdi. Hakimiyyət ciddi-cəhdlə təkzib etsə də, cəmiyyət “gənc qadının fiziki zorakılığın qurbanına çevrildiyi” qənaəti ilə etirazlara başladı. Artıq iki aydır ki, davam edən etirazlar səngimək bilmir.
Ötən müddətdə etirazların əhatə dairəsi genişlənərək bütün ölkəni əhatə edib. Bu gün, demək olar ki, İranın bütün əyalətləri, iri şəhərləri, təhsil müəssisələri, hətta məktəblər belə iğtişaşlar meydanına çevrilib. Rejimin gah bu, gah da digər məkanlarda repressiyalar tətbiq etməsi, hətta silahları işə salması nəticə vermir. Rejim iğtişaş ocaqlarından birini söndürür, bir ünvanda mitinqləri dağıdır, kimləri isə həbsə alır, sonradan məlum olur ki, yeni ünvanlarda yeni etiraz dalğaları daha izdihamlı şəkildə baş qaldırıb.
Əsas məqam isə etirazların məzmununun dəyişməsidir. Bəli, başlanğıcda bu etirazlar İranda qadın hüquqlarının pozulmasına, hicab qadağalarına qarşı baş qaldırmışdı. Ancaq günlər ötdükcə İran ictimaiyyətinin tələbləri dəyişdi. İndi İran rejiminin özü çox cəhdlər göstərir ki, insanları etirazların məhz hicab qadağalarına görə baş qaldırdığına inandıra bilsin. Görünən isə odur ki, qadın hüquqları mövzusu ölkə üçün daha keçmişdir. İki aydır ki, iranlı qadınlar etirazlarını başıaçıq şəkildə edirlər, onların əksəriyyəti baş örtüklərini tonqallara artaraq yandırıblar. İran rejiminin qorxulu röyaları gerçəkləşməkdədir. Etirazlarda qadın hüquqları, baş örtükləri ilə bağlı şüarlar rejim əleyhinə çağırışlarla əvəzlənib. Mollakratiyanın müəyyən islahatlar vəd etməsi, hətta prokurorluqdan əxlaq polisinin ləğvi anonsunun gəlməsi də etirazların səngiməsi üçün kifayət etmir. Hazırda İranın meydanları, əsasən, rejim əleyhinə yönəlmiş siyasi şüarlarla çalxalanır. Etirazlar dalğası, həmçinin Cənubi Azərbaycanı da bürüyüb. Şərqi Azərbaycan əyalətində bir qrup azərbaycanlı milli-mədəni fəal “21 Azər” (12 dekabr) münasibətilə divarlara milli şüarlar yazıblar. Fəallar 1945-ci ildə Cənubi Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü ilə bağlı, əsasən, aşağıdakı şüarları divarlara yazmaqla milli hərəkatın tələblərini gündəmə gətiriblər: “21 Azər”, “Milli Hökumət”, “Pişəvəri”, “Azadlıq, Ədalət, Milli Hökumət” və s. Təbriz şəhərində Güney Azərbaycan Milli Hökumətinin ildönümü qeyd olunub.
Bu, bütün parametrləri, bütün mahiyyəti etibarı ilə rejimin getməsinin birmənalı şəkildə tələb kimi qarşıya qoyulduğu siyasi inqilabdır. Mollakratiyanın mənəvi liderlərinin portretlərinin cırılması, yandırılması artıq Xomeyni kultunun dağılmasından xəbər verir. Bütün bunlar rejimin ideoloji əsaslarının sarsılması anlamına gəlir. İdeoloji əsaslar yoxdursa, fiziki varlığın qalması da absurddur. Beləliklə, İranda siyasi rejimin devrilməsinin bir an məsələsinə çevrildiyi fikrini qətiyyətlə ifadə edə bilərik.
Rejim repressiyalara güc verir
Mollakratiyanın ölkəni bürüyən etirazlardan inqilab qoxusunu kəsməyə yönəlik cəhdlərinin iflasa uğradığını qeyd etdik. Eyni zamanda rejimin ideoloqlarının iğtişaşlara görə xarici qüvvələrin bostanına daş atmaları taktikası da bir işə yaramır. Bu, mollakratiyanın ənənəvi özünümüdafiə texnologiyası idi. Onlar rejimin yarıtmaz idarəçiliyini, ölkədəki bütün çatışmazlıqları məhz xarici qüvvələrin, İranı istəməyən mərkəzlərin və ölkələrin ayağına yazırdılar. İndi dünyanın dəyişməsi fonunda bu texnologiya da bir işə yaramır.
Belə görünür ki, rejim üçün seçim imkanları məhduddur: Ya siyasi səhnəni tərk edərək xalqa tam azadlıq verməli, ya da bütün xalqı edam cəzasına məhkum etməlidir. Siyasi ömrünü uzatmağa çalışan mollakratiya ikinci yolu tutub. Belə ki, islahatlar vədinin səmərə verməməsi fonunda rejim repressiyaları daha da sərtləşdirir. Hakimiyyət məhz edamlarla, fəalların zindanlara atılması ilə etirazçıların gözlərinin odunu almağa çalışır. Bu gün İranda asayiş keşikçilərinin zərurət olmadığı halda belə insanlara qarşı odlu silah tətbiq etmələri adi hala çevrilib. Onlar əmindirlər ki, belə qəddar fəaliyyətlərinə asanlıqla haqq qazandıra biləcəklər...
“Human Rights Activists News Agency”nin məlumatında bildirilir ki, indiyədək etirazlarda öldürülənlərin sayı 490 nəfərə çatıb. Bunlardan 68-i uşaqdır. O cümlədən 18 262 nəfər həbs edilib ki, bunlardan da 3788-nin şəxsiyyəti və saxlanma yeri müəyyənləşdirilib. Həbs olunanların 626-sı tələbədir. Bildirilir ki, son günlərədək ölkə üzrə 1175 aksiya keçirilib. Etiraz aksiyaları 161 şəhər və 144 universiteti əhatə edib. İran İnsan Haqları Təşkilatı 1 nəfərin edam edildiyini və 2 nəfərin edam qabağı təkadamlıq kameraya köçürüldüyünü bildirib.
İsrailin “Mako” informasiya saytı xəbər verir ki, “Black Reward” haker qrupunun “Fars” xəbər agentliyinə hücumu zamanı ələ keçirdiyi məlumatlara əsasən, İran ordusunun 115 əsgəri ölkədə davam edən etirazlar zamanı həbs edilib.
İran dünyadan təcrid olunur
Ölkədə baş verənlər fonunda İranın dünyadan təcrid olunması da diqqət çəkir. Avstriyada, Almaniyada, Parisdə və Londonda molla rejiminin əleyhinə aksiyalar keçirilib. BMT İnsan Haqları üzrə Ali Komissarlığı İranda edamların dayandırılmasına çağırış edib. Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaların əhatə dairəsi genişlənir. Sanksiyaların tətbiqi istiqamətində ilk addımı ABŞ atıb. İran, həmçinin Avropa İttifaqının hədəfindədir. Avropa İttifaqı İrana qarşı sanksiyaları mərhələlərlə reallaşdırır. Bundan əvvəl Aİ İranda etirazların yatırılmasına görə 11 şəxs və 4 təşkilata qarşı sanksiya tətbiq etmişdi. Xüsusilə də, İranın əxlaq polisi Aİ-nin sanksiyalarına məruz qalıb. Aİ-nin cənub qonşumuza qarşı hazırladığı yeni sanksiyalar paketinin əhatə dairəsi isə daha genişdir. İrana qarşı sanksiyalar həm Aİ tərəfindən, həm də ayrı-ayrı ölkələr tərəfindən fərdi qaydada hazırlanıb. Verilən məlumatlarda Avropa İttifaqının İranın Rusiyaya PUA verməkdə şübhəli bilinən dörd şirkətini “qara siyahı”ya saldığı qeyd edilib. Yeni sanksiyalar İranda etiraz aksiyalarının yatırılmasında iştirak etdiyinə görə 21 fiziki və hüquqi şəxsə şamil ediləcək, daha 10 nəfər Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı məhdudiyyətlərə məruz qalacaq. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən bildirilib ki, İranda sentyabr ayında başlayan kütləvi nümayişlərdən sonra Almaniyaya gələrək sığınacaq istəyən İran vətəndaşlarının sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə iki dəfə çoxdur.
Belə bir vəziyyətdə ənənəvi tərəfdaşları da İranla dialoqu azaldıblar. Son vaxtlarda İranın xarici ticarətində əsasən, Rusiya və Ermənistanla əlaqələrdə stabil artım müşahidə edilir. Bu ilin yanvar-oktyabr aylarında Rusiya ilə İran arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollardan çox olub. Bu barədə Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Vladimir İvin bildirib. Onun sözlərinə görə, 2022-ci ilin ötən on ayında iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ilin uyğun dövrü ilə müqayisədə artıb. V.İvin vurğulayıb ki, Rusiyadan İrana ixracatın həcmi 27 faiz, İrandan idxalat isə 10 faiz artıb.
Artan beynəlxalq təcid fonunda İranın güvəndiyi azsaylı ölkələr sırasında digər bir dalan ölkə olan Ermənistan da yer alır. Son dövrlərdə molla rejimi forpost Ermənistanla siyasi-diplomatik təmasları artırıb. Eyni zamanda mahiyyət etibarı ilə bir-birinə yaxın olan bu iki ölkə iqtisadi əlaqələrini də genişləndirməyə səy göstərirlər. Hazırda İran və Ermənistan bir-biri üçün nəfəslik rolunu oynayırlar. İran Ermənistana qaz ixracını artırmaq niyyətindədir. Ölkənin neft nazirinin qaz məsələləri üzrə müavini Məcid Çəgni bildirib ki, hazırda İran Ermənistana gündəlik bir milyon kubmetr qaz ixrac edir. Bu həcm yeni memorandum əsasında iki dəfə artırılacaq.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

