Qazaxıstan yeni dəyişikliklər mərhələsində
23.11.2022 [10:28]
Prezident seçkisi xalqın hökumətə etimadını dəqiqləşdirdi
Qazaxıstanda keçirilən prezident seçkisinin ilkin nəticələri bəlli olub. Belə ki, ilkin nəticəyə əsasən hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev 81,31 faizi səs toplayıb. Qazaxıstan KİV-lərinin yaydığı məlumata görə, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov bildirib. Onun sözlərinə görə, səsvermədə iştirak edən 6 546 392 seçici Kasım-Jomart Tokayevə səs verib.
Xatırladaq ki, prezidentlik uğrunda yarışan digər namizədlərə - Karakat Abdenə 206 206 (2,6 faiz), Nurlana Auesbayevaya 176 116 (2,22 faiz), Jiqulu Dayrabayeva 271 641 (3,42 faiz) və Saltanat Tursınbekoya isə 168 731 (2,12 faiz) seçici səs verib. Səsvermədə iştirak edən seçicilərin 5,8 faizi, yaxud 460 484-ü bütün namizədlərin əleyhinə səs verib. Ümumilikdə ölkə üzrə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərib. Bu seçki məntəqələrində Qazaxıstanın 15 regionunda yerləşən seçicilər öz münasibətlərini açıqlayıblar.
Qeyd edək ki, Prezident Kasım-Jomart Tokayev seçkisonrası bəyanatında bildirib ki, Qazaxıstan siyasi quruluşun yeni formasına keçir, konstitusiya islahatı ardıcıl və aydın şəkildə aparılacaq. Kasım-Jomart Tokayev ölkə iqtisadiyyatında köklü dəyişikliklərin olacağını da açıqlayıb: “Biz vətəndaşların rifahını yaxşılaşdıracağıq”.
Onun sözlərinə görə, bütün bu məqsədləri həyata keçirmək üçün birlik lazımdır: “Ona görə də hamınızı birliyə səsləyirəm”.
Növbədənkənar prezident seçkisi yeni dəyişikliklərin anonsudur
Prezident Tokayevin bəhs etdiyi yeni siyasi quruluşa keçid və konstitusiya islahatları Qazaxıstan üçün yeni imkanlar yaradır. Belə ki, bu ilin yanvar ayında baş verən hadisələrdən sonra ölkədə mühüm dəyişikliklərin zəruri olduğu meydana çıxmışdı. Bu səbəbdən də iyun ayında keçirilən referendumla mövcud konstitusiyaya əlavə və dəyişiklik edilmişdi. Nəticədə, sonuncu dəfə 1995-ci ildə qəbul edilmiş mövcud konstitusiyanın 33 əsas maddəsinin dəyişdirilməsi və bununla da cari il yanvar ayının əvvəlində kütləvi hadisələrdən sonra ölkədə inzibati sistemin yenidən qurulması ilə bağlı hədəf müəyyənləşdirilmişdi. Dəyişikliklərə əsasən, Qazaxıstanda parlamentin və yerli nümayəndəlik orqanlarının rolu əhəmiyyətli dərəcədə gücləndirilib, Konstitusiya Məhkəməsi yaradılıb.
Həmin dövrdə də bildirilmişdi ki, bu referendum ölkədə olan narahat ictimai-siyasi vəziyyəti sabitləşdirmək baxımından əhəmiyyət daşıyır. Konstitusiyaya dəyişiklik həm də yanvar hadisələrindən sonra Qazaxıstanda demokratikləşmə ilə bağlı proqnozların tərkib hissəsi kimi dəyərləndirilmişdi.
Eyni zamanda Tokayevin Konstitusiya dəyişikliyinin ardından növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı qərarı da mövcud hakimiyyətin xalqdan etimad və dəstək almasını şərtləndirib. Xatırladaq ki, 2019-cu ildə keçirilən sayca 9-cu prezident seçkisində qələbə qazanan Tokayevin hələ 2 illik prezidentlik müddəti vardı. Bununla belə, qarşıdakı dövrdə Qazaxıstanın yeni inkişaf mərhələsinə qədəm qoyması üçün xalqın dövlət başçısına etimadı mühüm şərt idi. İndiki halda mövcud dəyişikliklər Qazaxıstanın beynəlxalq arenada tutduğu mövqenin də güclənəcəyini deməyə əsas verir. Belə ki, yeni hökumətin istər Qərb dünyası, istərsə də Türk dövlətləri ilə əlaqələri günü-gündən güclənməkdədir. Bu isə Qazaxıstanın yeni dünya nizamında özü üçün mühüm yer müəyyənləşdirməsini şərtləndirir. Yeni şərtlər isə yeni dəyişiklikləri zəruri edir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28

