Türkiyə-İsrail yaxınlaşması...
24.09.2022 [11:05]
Regiona yeni siyasi-iqtisadi perspektivlər vəd edir
II Qarabağ müharibəsi regionda yeni siyasi-hərbi, eləcə də iqtisadi reallıqlar yaratmaqla yanaşı, dövlətlərarası münasibətlərdə də yeni trayektoriyalar qurdu. Belə ki, müharibədən sonra Türkiyənin regionda həm siyasi oyunçu kimi, həm də hərbi faktor kimi mövcudluğu daha çox hiss edilməyə başladı. Azərbaycan ilə imzalanan “Şuşa Bəyannaməsi” isə yeni dönəmdə demək olar ki, bütün müstəvilərdə vahid hərəkət prinsipini formalaşdırdı. Bu, Türkiyə üçün də yeni inkişaf mərhələsi demək idi.
Hazırkı siyasi situasiyada Türkiyə regional faktordan qlobal faktora çevrilməkdədir. Və bunun üçün də rəsmi Ankara yerləşdiyi bölgədəki vəziyyətini təhlil edərək bəzi məsələlərə yeni baxış, yeni yanaşma sərgiləmək niyyətini ortaya qoyur. Bunlardan biri də Türkiyə ilə İsrail arasında münasibətlərin yenidən formalaşdırılmasıdır.
Ərdoğan ilə Lapidin görüşü...
Yəhudi Teleqraf Agentliyinin yaydığı məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin 77-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda səfərdə olarkən ABŞ-dakı yəhudi icmasının bir neçə yüksəkvəzifəli üzvünə İsrailə səfər etmək niyyətində olduğunu bildirib. Türkiyə liderinin ehtimal olunan səfərinin tarixi barədə məlumat verilmir. Xatırladaq ki, İsrail Prezidenti İsaak Hersoq bu ilin martında Türkiyəyə səfəri zamanı Ərdoğanı ölkəsinə dəvət etmişdi. Sonradan bu dəvət İsrailin baş naziri tərəfindən də səsləndirilmişdi.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapidlə də görüşüb. Bu barədə isə Türkiyənin “Hürriyyət” qəzeti İsrail tərəfinə istinadən verib. Xəbərdə bildirilir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyası çərçivəsində gəldiyi ABŞ-ın Nyu-York şəhərində dünən İsrailin baş naziri Yair Lapid ilə görüşüb. İsrailin verdiyi açıqlamada bunun Türkiyə prezidenti ilə İsrailin baş naziri arasında 2008-ci ildən bəri ilk görüş olduğu bildirilib. Görüş zamanı Baş nazir Lapid İrit Lillianın yeni səfir təyin edilməsi qərarını dilə gətirib. İsrailin məqsədi Türkiyə ilə əlaqələrini yenidən yüksəltməklə yanaşı, həm də münasibətlərin səviyyəsini yüksəltməkdir.
Görüşlə bağlı İsrail Baş Nazirliyi tərəfindən verilən yazılı açıqlamada, vurğulanıb ki, bu görüş, diplomatik əlaqələrin maksimum səviyyəyə çatdırılmasına yaxından kömək edəcək. İsrail və Türkiyə qarşılıqlı olaraq səfirləri və baş konsullarını təyin edəcək. Yazılı açıqlamada qeyd olunub ki, iki lider terrorizm və ümumilikdə terrorla mübarizə mövzusunda da fikir mübadiləsi aparıb. O cümlədən İsrail və Türkiyə arasında iqtisadiyyat və enerji sahələrində əməkdaşlığı müzakirə ediblər. Baş nazir Lapidin iki ölkə arasında uçuşların bərpasının müsbət hal olduğunu və bu addımın iki ölkə arasında turizmə böyük töhfə verəcəyini ifadə etdiyi də bildirilib.
Bölgədə yeni siyasi konfiqurasiya - Türkiyə - İsrail işbirliyi ...
İsrail və Türkiyə dövlətləri arasındakı münasibətlərin əsası 1949-cu ilin mart ayında qoyulub. Türkiyə İsrailin müstəqilliyini tanıyan ilk müsəlman ölkəsidir. Hər iki ölkə bir-biri ilə hərbi, strateji və diplomatik sahələrdə əməkdaşlığa sahibdir. Dövlətlər arasında münasibətlər 2008-2009-cu illərdə baş vermiş Qəzza müharibəsi və 2010-cu ildə Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücum nəticəsində pisləşdi. 2013-cü ilin mart ayında İsrail hökuməti hücuma görə üzr istəmiş və diplomatik əlaqələrin yenidən bərpa olunması ilə bağlı cəhd etmişdi. ABŞ-ın da bu sahədə olan dəstəyinə baxmayaraq, 2013-cü ilin sonlarına doğru tərəflər arasındakı münasibətlər hələ də gərgin olaraq qalırdı. 2013-cü ilin oktyabrında İranda olan İsrail xüsusi xidmət orqanlarına xidmət edən əməkdaşların aşkara çıxarılmasında Türkiyənin də rolunun olması İsrail və Türkiyə arasındakı əlaqələrə ciddi zərbə vurdu. 2015-ci ilin dekabr ayında Türkiyə və İsrail dövlətləri əlaqələri yenidən bərpa etmək məqsədilə müəyyən danışıqlara cəhd olundu. 27 iyun 2016-cı il tarixində iki dövlət əlaqələrin normallaşdırılması məqsədilə razılığa gəldi. Bu ilin əvvəlindən isə proses daha dinamik hal aldı. Belə ki, iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri, xüsusilə, İsrail prezidentinin uzun fasilədən sonra Türkiyəyə səfəri qarşılıqlı əlaqələrin bərpasına xüsusi töhfə verdi. Səfər çərçivəsində keçirilən görüşlərdə bu tarixi səfər Türkiyə-İsrail münasibətlərində yeni bir dönüş nöqtəsi adlandırılmışdı. İki dövlətin məqsədinin ölkələr arasında ortaq maraqlara əsaslanan siyasi dialoqu canlandırmaq olduğunu bildirən R.T. Ərdoğan Türkiyə-İsrail əlaqələrinin inkişafının və gücləndirilməsinin regional sabitlik və sülh üçün də böyük əhəmiyyət daşıdığını ifadə etmişdi. İsrail Prezidenti isə iki ölkə arasında münasibətlərin son illərdə durğunluq yaşamasından təəssüfləndiyini qeyd edərək, vurğulamışdı ki, İsrail və Türkiyə hamımızın vətən adlandırdığımız bu bölgəyə ciddi təsir edəcək bir çox sahələrdə əməkdaşlıq edə bilər və etməlidir.
İki ölkə arasındakı əlaqələrin yenidən müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi yaradır. İsraildə Türkiyə səfirliyinin yenidən fəaliyyətə başlaması, o cümlədən Türkiyədə İsrailin diplomatik nümayəndəliyinin fəaliyyətinin bərpası çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirəcək. İsrail ilə Türkiyə arasında münasibətlərin inkişafı regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə edə bilər. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə yaxın əməkdaşımız İsrail arasında münasibətlərin inkişafı bölgənin təhlükəsizliyi və inkişafı ilə bağlı yeni mərhələ formalaşdırır. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyur. Nəzərə alınmalıdır ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, iki dövlət arasında əlaqələrin yenidən möhkəmlənməsi Azərbaycan üçün də yeni və mühüm perspektivlər yaradır.
Prezident Ərdoğanın İsrailə mümkün səfəri isə dövlətlər arasındakı münasibətlərin daha da yaxınlaşması ilə yanaşı, regionda yeni siyasi mərhələnin başlanğıcını qoya bilər. Belə ki, bu səfər uzun müddətdir ki, davam edən Yaxın ?ərq probleminin həllində də əsaslı rol oynamaq imkanındadır. Digər tərəfdən, iki dövlət arasındakı maksimum yaxınlaşma bölgənin iqtisadi dividendlərinin də artmasına şərait yarada bilər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12

