Monro doktrinasına qayıdış: dünya yenidən bölünür
30.12.2025 [08:57]
Beynəlxalq münasibətlər tarixinə nəzər yetirəndə elə anlayışlarla rastlaşırıq ki, onlar bəlli dövrlərdə köhnəlmiş, hətta iflasa uğramış ideyalar kimi qələmə verilir, lakin qlobal güc balansı dəyişdikcə həmin anlayışlar yeni terminologiya və yeni siyasi pərdələr altında yenidən səhnəyə qayıdır. “Təsir dairələri” anlayışı məhz bu qəbildəndir. Bir vaxtlar beynəlxalq siyasətin əsas təşkilatlandırıcı prinsipi olmuş bu konsepsiya XX əsrin ikinci yarısından etibarən rəsmi diskursdan sıxışdırılıb çıxarılmış, normativ baxımdan arzuolunmaz və təhlükəli sayılmışdır.
İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq hüquq sistemi, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi dövlətlərin suveren bərabərliyini, ərazi bütövlüyünü və daxili işlərə qarışmamaq prinsipini əsas norma kimi təsbit edirdi. Bu çərçivədə “təsir dairələri” anlayışı imperialist keçmişin qalığı, güclü dövlətlərin zəiflər üzərində hegemonluğunu legitimləşdirən mexanizm kimi qiymətləndirilirdi. Daha sonrakı mərhələdə, xüsusilə soyuq müharibənin başa çatmasından sonra liberal dünya nizamı ideyası bu yanaşmanı daha da möhkəmləndirdi. Universal qaydalar, beynəlxalq institutlar, çoxtərəflilik və hüquqa əsaslanan dünya modeli “təsir dairələri”ni arxaik və qəbuledilməz anlayış kimi təqdim edirdi.
Lakin beynəlxalq münasibətlər yalnız normativ sənədlərlə deyil, real güc münasibətləri ilə formalaşır. Zaman keçdikcə məlum oldu ki, liberal dünya nizamı da bərabər hüquqlar üzərində deyil, güc iyerarxiyası üzərində qurulub. Böyük dövlətlər üçün qaydalar çox vaxt şərti xarakter daşıyır, onların pozulması isə “istisna hallar”, “təhlükəsizlik maraqları” və ya “xüsusi məsuliyyət” kimi anlayışlarla əsaslandırılır. Məhz bu məqamda “təsir dairələri” anlayışı rəsmi leksikondan çıxarılsa da, faktiki siyasətdə yaşamağa davam edir.
Bu gün isə vəziyyət keyfiyyətcə fərqli mərhələyə keçib. Qlobal güc balansının dəyişməsi, ABŞ-ın nisbi zəifləməsi, Çinin sürətli yüksəlişi və Rusiyanın öz maraq zonalarını daha sərt şəkildə müdafiə etməsi fonunda “təsir dairələri” anlayışı artıq gizli praktikadan açıq siyasi məntiqə çevrilməkdədir. Böyük güclər universal qaydaların hamı üçün işləmədiyini faktiki etiraf edir, regional prioritetləri ön plana çəkirlər. Bu, beynəlxalq münasibətlərdə prinsipə əsaslanan yanaşmadan marağa əsaslanan yanaşmaya keçidin göstəricisidir.
ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası bu dönüşün bariz nümunəsidir. Sənəddə “təsir dairələri” termini birbaşa işlədilmir, lakin məzmun etibarilə bu məntiq açıq şəkildə hiss olunur. Qərb yarımkürəsinə xüsusi diqqət, geosiyasətdə coğrafiyanın yenidən önə çıxarılması, regional təhlükəsizlik perimetrlərinin vurğulanması onu göstərir ki, Vaşinqton dünyanı artıq vahid qaydalarla idarə olunan sistem kimi deyil, fərqli maraq zonalarına bölünmüş məkan kimi qəbul edir. Bu, Monro doktrinasının müasir şəraitə uyğunlaşdırılmış versiyası təsiri bağışlayır.
Beləliklə, “təsir dairələri” anlayışının geri qayıdışı təsadüfi deyil. Bu, liberal dünya nizamının struktur böhranının və böyük güclər arasında rəqabətin açıq fazaya keçməsinin nəticəsidir. Artıq beynəlxalq münasibətlərdə əsas sual qaydaların nə olduğu deyil, bu qaydaları kimin və harada tətbiq edə bildiyidir. Dünya yenidən güc mərkəzləri ətrafında formalaşır və bu proses bütün riskləri ilə birlikdə beynəlxalq siyasətin yeni reallığına çevrilir.
Prosesin kökləri XIX əsrin əvvəllərinə gedib çıxır. 1823-cü ildə ABŞ prezidenti Ceyms Monro Konqresə müraciətində sonradan “Monro doktrinası” adlandırılacaq prinsipləri irəli sürdü. Formal məntiq sadə idi: Avropa dövlətləri Qərb yarımkürəsinə müdaxilə etməməli, ABŞ isə Avropanın işlərinə qarışmamalıydı. Lakin bu doktrina idealist bərabərlik prinsipi deyil, açıq geosiyasi iddia idi. ABŞ faktiki olaraq Latın Amerikasını özünün müstəsna maraq zonası elan edirdi.
Zamanla bu doktrina daha da sərtləşdi. XX əsrin əvvəllərində Teodor Ruzveltin məşhur “əlavəsi” ilə ABŞ özünü Qərb yarımkürəsinin “beynəlxalq polisi” elan etdi. Bu isə birbaşa müdaxilə hüququnun legitimləşdirilməsi demək idi. Çili, Qvatemala, Nikaraqua və digər ölkələrdə baş verən hadisələr Monro doktrinasının real mahiyyətini açıq göstərdi: suverenlik yalnız güclünün icazə verdiyi həddə mövcud idi.
Eyni dövrdə Avropa da dünyanı təsir dairələrinə bölürdü. 1884-1885-ci illərdə keçirilmiş Berlin konfransı Afrika qitəsinin faktiki olaraq xəritə üzərində bölüşdürülməsinin hüquqi əsasını yaratdı. “Təsir dairəsi” anlayışı ilk dəfə rəsmi sənədlərdə məhz burada təsbit olundu. Dövlətlər bir-birinə xəbər verməklə xalqların taleyini masa arxasında həll edirdilər. Suverenlik anlayışı yalnız Avropa paytaxtları üçün keçərli idi.
İkinci Dünya müharibəsindən sonra bu model formal olaraq rədd edildi. BMT Nizamnaməsi suveren bərabərlik prinsipini təsbit etdi və təsir dairələri anlayışı hüquqi baxımdan “qadağan olunmuş” kateqoriyaya keçdi. Lakin reallıqda dünya yenə də bölünmüşdü. Soyuq müharibə dövründə ABŞ və SSRİ bu bölgünü ideoloji pərdələrlə örtürdü. Varşava Müqaviləsi və NATO faktiki olaraq iki böyük təsir zonasının hərbi ifadəsi idi.
Soyuq müharibənin bitməsiylə “təsir dairələri” anlayışının tarixin zibilliyinə atıldığı elan edildi. 1990-cı illərin liberal qlobalizmi universal qaydalar, açıq bazarlar və sərhədsiz təhlükəsizlik vəd edirdi. Amma bu vədlər uzunömürlü olmadı. NATO-nun genişlənməsi, regional müharibələr, iqtisadi asılılıqlar göstərdi ki, “təsir dairələri” sadəcə adını dəyişib.
İndiki mərhələdə bu anlayış artıq yenidən açıq şəkildə səsləndirilir. ABŞ Qərb yarımkürəsinə xüsusi diqqət ayırdığını bildirir, Çinin Latın Amerikası və Karib hövzəsində artan təsirindən narahatlığını gizlətmir. Çin Asiya-Sakit okean regionunda özünə təhlükəsizlik perimetri qurur. Rusiya isə postsovet məkanında NATO-nun genişlənməsini birbaşa təhlükə kimi qəbul edir. Hər üç halda məntiq eynidir: yaxın coğrafiya həyati maraq zonasıdır.
Odur ki, Ukrayna böhranı təsir dairələri mübahisəsinin konkret toqquşma nöqtəsinə çevrildi. Burada məsələ yalnız Ukraynanın özü yox, ABŞ-ın təsir zonasının Rusiyanın sərhədlərinə qədər genişlənməsi idi. Moskva bunu qəbul etmədi və nəticə silahlı qarşıdurma oldu. ABŞ-ın yeni strategiyası isə dolayısıyla etiraf edir ki, bu qarşıdurma uzun sürə bilməz və müəyyən geosiyasi balans bərpa olunmalıdır.
Ən maraqlısı budur ki, Avropa bu tarixi dönüşdə yenə də passiv tərəf kimi qalır. ABŞ və Rusiya arasında mümkün razılaşmalar Avropanın iştirakı olmadan müzakirə olunur. Avropa təsir dairələrinin subyekti yox, obyekti kimi görünür. Bu, XX əsrin əvvəllərini xatırladan təhlükəli paraleldir. Beləliklə, XXI əsrin geosiyasəti bizi köhnə anlayışlarla üz-üzə qoyur. Təsir dairələri, böyük güclərin razılaşmaları, regional nəzarət zonaları yenidən gündəmdədir. Fərq yalnız ondadır ki, bu dəfə ideoloji pərdələr daha nazikdir və güc faktoru daha açıq oynanır. Nəticə etibarilə dünya “dəyər, prinsiplər əsrindən” bir daha “güc, maraqlar əsrinə” qayıdır. Monro doktrinası tarix kitablarından boy göstərərək yeni formada geri dönür. Universal qaydalar yerini regional razılaşmalara verir. Bu prosesin qalibləri böyük güclər, məğlubları isə seçim imkanı olmayan kiçik və orta dövlətlər ola bilər. Əsas sual isə hələ açıq qalır: bu yeni bölgü müharibəsiz başa çata biləcəkmi, yoxsa tarix ən sərt dərsini bəşəriyyətə bir daha təkrarladacaq?
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

