Berlin “raundu”: sözdə irəliləyiş, reallıqda isə...
16.12.2025 [09:12]
ABŞ-Ukrayna görüşü gələcək üçün nə vəd edir?
Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində gedən danışıqlar prosesinin növbəti raundu keçirilib. Qeyd edək ki, ABŞ-ın vasitəçilik mandatını həyata keçirən qrup dekabrın əvvəlində Moskvada Rusiya rəsmiləri ilə görüşmüşdü. Təxminən beş saat davam edən görüşdə ABŞ-ın Ukrayna üçün sülh planı müzakirə edilmişdi.
Bu görüşün ardından isə növbəti raund Ukrayna tərəfi ilə keçirilməli idi - gözlənilən görüş dekabrın 14-də baş tutub. “Reuters” agentliyinin məlumatına görə, 14 dekabrda Berlində keçirilən Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar da beş saatdan çox davam edib. Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Trampın nümayəndəsi Cared Kuşner iştirak edib. Tərəflər 20 maddəlik sülh planının məzmununu müzakirə ediblər.
Danışıqlardan sonra Stiv Vitkoff əhəmiyyətli irəliləyiş olduğunu bildirib. O, “X” sosial media platformasında yazıb ki, “Nümayəndələr 20 maddəlik sülh planı, iqtisadi məsələlər və digər mövzular üzrə ətraflı müzakirələr aparıblar. Əhəmiyyətli irəliləyiş əldə edilib”.
Vitkoff diplomatik dillə prosesi “irəliləyiş” adlandırsa da, yayılan informasiyalar vəziyyətin daha fərqli olduğunu ortaya qoyur. Xarici xəbər agentlikləri görüşün gərgin keçdiyini yazırlar. Vaşinqton sülh planının layihəsi üzrə güzəştə getmək istəmir - Ukrayna isə ortada olan sülh planı ilə tam razı deyil.
Nümayəndə heyətinin sayı azaldıldı...
Ukrayna prezidentinin görüşün əvvəlində “Telegram” kanalında paylaşdığı şəkildən aydın olub ki, danışıqlarda NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin komandanı, amerikalı general Aleksus Qrinkeviç də iştirak edib. Almaniyanın kansleri Fridrix Merts isə yalnız qısa açılış prosesində iştirak edib - sonra danışıqlar salonunu tərk edib. Ukrayna nümayəndə heyətinə isə Zelenski ilə yanaşı, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Andrey Qnatov təmsil edib. ABŞ nümayəndələri ilə görüşməzdən əvvəl Ukrayna lideri danışıqlar qrupunu genişləndirmək qərarını açıqlayıb. “İqtisadi sektoru İqtisadiyyat Naziri (Aleksey Sobolev) və Ukraynanın Baş Naziri (Yuliya Svırıdenko) təmsil edir - onlar danışıqlar qrupuna qoşulublar. Biz Ukraynayıq”, - deyə Zelenski “Telegram” kanalında yazıb. Lakin Kiyevin danışıqlar qrupu Berlindəki görüşdə tam heyətlə iştirak etməyib.
Kiyev üçün NATO yolu bağlandı...
Amerika və Ukrayna nümayəndə heyətləri beş saatdan çox müzakirə aparıblar. Danışıqların bu mərhələsi çətinlik və razılaşmanın olmaması ilə xarakterizə olunur - “The Wall Street Journal” (WSJ) mənbəyə istinadən xəbər verir ki, ABŞ sülh müqaviləsi layihəsi ilə bağlı Kiyevə güzəşt etməkdən imtina edib. “Reuters” agentliyinin verdiyi məlumata görə, görüş zamanı Zelenski təhlükəsizlik zəmanətləri müqabilində Ukraynanın NATO üzvlüyündən imtina etmək təklifini irəli sürüb. ABŞ-Ukrayna danışıqlarından sonra Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da çıxış edərək Ukraynanın NATO üzvlüyünün artıq müzakirə mövzusu olmadığını təsdiqləyib. Bunun müqabilində o, Kiyev üçün real təhlükəsizlik zəmanətləri tələb edib.
Milada qədər...
Qeyd edək ki, NATO üzvlüyü ilə bağlı məsələ Vaşinqton və Kiyev arasında 30 noyabrda müzakirə edilmişdi. Ukrayna lideri isə münaqişənin həllində ən çətin üç məsələni müəyyən etmişdi: ərazi məsələsi, Rusiya aktivlərindən istifadə və təhlükəsizlik zəmanətləri. Volodimir Zelenski, həmçinin Ukraynada prezident seçkilərinin keçirilməsi qərarını açıqlamışdı. ABŞ Dövlət katibi Marko Rubio isə sülh danışıqlarının son mərhələlərindəki çətinliklərə baxmayaraq, ölkələrin tezliklə razılığa gələcəklərini bildirmişdi. “The Financial Times” qəzetinin xəbər verdiyi kimi, Tramp administrasiyası Miladdan əvvəl Vaşinqtonun təklif etdiyi sülh planına Ukraynanın cavabını gözləyir.
Merts otaqdan çıxarıldı...
Danışıqlarla bağlı əsas reaksiya isə Avropa İttifaqından gözlənilir. Vurğulayaq ki, danışıqlar prosesinin Berlin raundunun yekununda Fransa Prezidenti Emmanuel Makronun və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Berlinə gəlməsinin gözlənildiyi qeyd edilirdi. Xarici nəşrlər bu səfərlərin Kiyev üzərində təzyiqi azaltmaq naminə ediləcəyini yazıb. Bildirilir ki, ABŞ-Ukrayna danışıqlarında vasitəçi kimi çıxış etməyə ümid edən Almaniya kansleri Merts danışıqlar otağından nəzakətlə, lakin qətiyyətlə çıxarılıb.
“Amerika sülh, Avropa isə müharibə istəyir”...
“Bild” nəşrinin yazdığına görə, ABŞ münaqişənin həlli ilə bağlı danışıqlarda güzəştlərə getməsi üçün Ukraynaya təsir göstərir. Qəzet ABŞ-ın bu strategiyasının korrupsiya qalmaqalından sonra Zelenskinin daxili siyasi zəifliyindən irəli gəldiyini bildirir. ABŞ məsələnin həllində Ukraynadan çox maneə kimi məhz Aİ-ni görür. Macarıstanın Baş naziri Viktor Orban “Mandiner” jurnalına verdiyi müsahibədə mövcud vəziyyəti belə qiymətləndirib: “Aİ və Zelenski şərtlər uydururlar: Niyə Ukrayna üçün “son plan”ın layihələrinin sayı gündən-günə artır. Lakin Avropa liderləri bunu dəstəkləyirlər. Nəticədə iki düşərgə yaranıb. “Amerika sülh, Avropa isə müharibə istəyir”.
Avropa “iki od arasında”...
Avropa İttifaqı isə qarşıdakı bir neçə günü “ekzistensial” mərhələ kimi qiymətləndirir. “Politico” nəşrinin yazdığına görə, Brüssel eyni vaxtda iki kritik cəbhədə mübarizə aparır: Ukraynanı ABŞ və Rusiya tərəfindən hazırlanan alçaldıcı sülh sazişindən qorumaq və Kiyevi dəstəkləmək üçün nəzərdə tutulan çoxmilyardlıq kreditin maliyyələşdirilməsi üzrə razılaşmanı xilas etmək.
Aİ rəsmilərindən biri sözügedən nəşrə bildirib ki, bu həftə Avropa daxilində parçalanmanın daha da dərinləşməsi Ukrayna üçün “fəlakətli siqnal” olar. Onun sözlərinə görə, belə bir ssenari yalnız müharibədən əziyyət çəkən Ukrayna üçün deyil, birbaşa Avropanın özü üçün də ağır məğlubiyyət anlamına gəlir. “Ədalətlə demək olar ki, bu halda Avropa da uduzmuş olacaq”, - deyə rəsmi vurğulayıb.
“Politico” qeyd edir ki, qarşıdakı günlər Aİ-nin həm siyasi birliyinin, həm də qlobal güc kimi etibarlılığının sınağına çevrilib. Qərarların gecikməsi və ya fikir ayrılıqlarının dərinləşməsi Brüsselin Ukrayna məsələsində təsir imkanlarını ciddi şəkildə zəiflədə bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

