Orbandan xəbərdarlıq!
02.10.2025 [09:14]
Əgər rus PUA-ları Macarıstanın hava məkanını pozarsa...
Bir müddət bundan əvvəl Rusiyaya məxsus qırıcıların və PUA-ların NATO-nun üvz ölkələri - Polşa, Rumıniya və Estoniyanın hava məkanına müdaxilə etməsi Avropada ciddi narahatlıq və təşviş yaratdı. Bu, bir çox Avropa ölkələrini hərəkətə gətirdi. Polşa və Estoniya NATO-nun rəhbərliyinə alyansın nizamnaməsinin 4-cü maddəsinin işə salınması - kənar təhlükənin qarşısının alınması ilə bağlı toplantının keçirilməsi üçün müraciət etdi. Sözsüz ki, toplantı dərhal baş tutdu. Bundan başqa, həm Baltik dənizində, həm də Polşa-Belarus və Polşa-Ukrayna sərhədində, habelə Baltik regionu ölkələrinin Rusiya ilə sərhəd bölgələrində hava hücumundan müdafiə sistemlərinin aktiv şəkildə işə salınması, xüsusilə də hava məkanının təhlükəsizliyinin təminatı istiqamətində təcili tədbirlərin görülməsinə başlanıldı. Eyni zamanda Avropa ölkələrinin dövlət rəhbərləri son hadisəyə görə Kremlə qarşı kəskin bəyanatlar səsləndirdilər. Artıq bu bəyanatlara Macarıstanın Baş naziri Viktor Orban da qoşulub. Belə ki, V.Orban “Döyüş saatı” podkastında jurnalistin Rusiya PUA-larının Macarıstanın hava məkanını pozacağı təqdirdə Budapeşt tərəfindən hansı addımların atılacağı ilə bağlı suala cavablandırarkən bildirib ki, Macarıstan dərhal həmin PUA-ları vuracaq. Bundan başqa, baş nazir Avropa İttifaqının Rusiyadan hər cəhətdən üstün olduğunu deyib - o, hesab edib ki, qərbi avropalıların Rusiya PUA və təyyarələrinin bir neçə ölkənin hava məkanını pozması ilə bağlı mövqeyi düzgün deyil. “Avropa hər cəhətdən güclüdür, Rusiya isə hərbi, iqtisadi və say baxımından daha zəifdir. Bizə zərər verə bilməzlər. Biz güclü bir cəmiyyət kimi hərəkət etməliyik”.
Orban mövqeyini dəyişib?
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Orbanın iqtisadi məsələlərdə mövqeyi fərqli olsa da, təhlükəsizlik-müdafiə məsələsində eyni mövqedən çıxış edir. “Prinsip etibarı ilə Viktor Orbanın son açıqlamasında ciddi mövqe dəyişikliyi müşahidə olunmur. Orban Avropa İttifaqının Rusiyaya qarşı bir çox sanksiyalarına qarşı çıxıb. Sözsüz ki, o, bunu Macarıstanın iqtisadi maraqları kontekstində edib. Bildiyimiz kimi, Macarıstan enerji cəhətdən Rusiyadan asılıdır. Əgər Macarıstan Qərbin Rusiyaya qarşı siyasi cəbhəsinə qoşularsa, xüsusilə də Aİ-nin bütün sanksiya paketlərini dəstəkləyərsə, bu, ölkə üçün xoş olmayan proseslərə gətirib çıxaracaq. Moskva buna cavab olaraq Macarıstana ixrac etdiyi neftin və qazın qiymətini qaldıracaq, həmçinin digər iqtisadi cəza tədbirlərinə əl atacaq. Belə bir hal Macarıstan iqtisadiyyatına mənfi təsir göstərə bilər. Lakin söhbət Macarıstanın təhlükəsizliyindən, xüsusilə Avropa məkanının kollektiv təhlükəsizliyindən gedirsə, təbii ki, Macarıstan hökumətinin rəhbəri bu məsələdə Avropa ölkələrinin liderləri ilə eyni mövqedən çıxış edəcək. Orban bu müsahibəsindən əvvəl də dəfələrlə bəyan edib ki, əgər Rusiya Avropa İttifaqının hər hansı üzv ölkəsinin təhlükəsizliyini təhdid edərsə, buna cavab olaraq adekvat tədbirlər görülməlidir. Orban heç bir halda Rusiya PUA-larının öz ölkəsinin hava məkanına müdaxiləsinə göz yuma bilməz. Əgər bunu sakit qarşılayarsa, o, faktiki olaraq hədəfdə olacaq - nəinki Avropa İttifaqının özündə, hətta Macarıstanın daxili auditoriyasında da çox kəskin reaksiya ilə üzləşəcək. İqtisadi məsələlərdə fərqli mövqe sərgiləyə bilər, amma təhlükəsizlik-müdafiə məsələsində bu, əsla mümkün deyil. Bu əsnada Orbanın son çıxışını mövqe dəyişikliyi kimi qiymətləndirməməliyik,” - deyə R.Bayramov vurğulayıb.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

