NATO müttəfiqlərini qoruyacaq?
24.09.2025 [08:53]
Rusiya Polşa və Baltikyanı ölkələrə təhdidləri davam etdirərsə...
Yaxın zamanda Rusiyanın Şərqi Avropa və Baltikyanı ölkələrə qarşı təhdidlərinin artmasının şahidi ola bilərik. Sözsüz ki, bu, hər iki regionda sülh və sabitliyə təhdid yaradır və mövcud sabit vəziyyətin davamlığına şübhələri artırır. Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynanın qərbinə genişmiqyaslı hücumu zamanı bu ölkənin onlarla pilotsuz təyyarəsi Polşanın hava məkanını pozub. Polşa Müdafiə Nazirliyi pilotsuz təyyarələrin vurulduğunu, onların qalıqlarının sərhəd bölgələrində tapıldığını, lakin itkilərin olmadığını bildirib. Polşanın Baş naziri Donald Tuskun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə ölkənin hava məkanı 19 dəfə pozulub. Həmin gün Rusiyanın pilotsuz təyyarələri Rumıniyanın hava məkanında da görünüb. Sentyabrın 20-də isə “Kinjal” raketləri ilə təchiz edilmiş iki rus MİQ31 qırıcıları Baltik dənizində Polşanın “Petrobaltik” neft platforması üzərində uçuşlar həyata keçirib. Polşa Sərhəd Mühafizəsinin məlumatında qeyd olunur ki, rus qırıcıları neft platformasının təhlükəsizlik zonasını pozaraq, aşağı hündürlükdə uçub. Uçuş hündürlüyü 150 metr olub. Təyyarə platformaya o qədər yaxın olub ki, bu, platformaya ciddi təhdid yaradıb. Polşa və Rumıniya ilə yanaşı Estoniya da eyni hallarla üzləşib - sentyabrın 19-da Rusiyaya məxsus üç “MİQ-31” qırıcısı Estoniyanın hava məkanına daxil olub və orada təxminən 12 dəqiqə qalıb. Rusiyanın bu hərəkətlərindən sonra NATO həm Varşava, həm də Tallinin xahişinə əsasən alyans üzvləri arasında məsləhətləşmələrə başlamaq üçün Alyans müqavilənin 4-cü maddəsini işə salıb. Moskvanın Polşa və Estoniyaya təhdidlərinə ABŞda səssiz qalmayıb. Prezident Donald Tramp Ağ Evin mətbuat xidmətinin əməkdaşları ilə son görüşündə bəyan edib ki, ABŞ Rusiya ilə gərginlil artacağı təqdirdə Polşa və Baltikyanı ölkələrə müdafiə yardımı göstərəcək.
Kremlin məqsədi nədir?
Son hadisələri şərh edən Qərb ekspertləri hesab edirlər ki, Rusiya heç bir zaman NATO-nun şərq sərhədlərinə - Şərqi Avropa və Baltikyanı ölkələrə hücum etməyə cəhd etməz - onların fikrincə, Moskvanın Rumıniya, Polşa və Estoniyanın hava məkanını bilərəkdən pozmaqda məqsədi alyansın hərbi münaqişəyə hazır olmaq imkanlarını, xüsusilə ABŞ-ın hazırkı administrasiyasının reaksiyasını yoxlamaqdır. Ağ Ev də artıq Rusiyanın bu hərəkətlərinə reaksiya verib. Kreml çox yaxşı bilir ki, Rusiya NATO ilə genişmiqyaslı müharibəyə cəlb olunmaq üçün o qədər də geniş imkanlara sahib deyil - Şərqi Avropa və Baltikyanı ölkələrin ərazilərinə hərbi müdaxilə olacağı təqdirdə NATO da cavab xarakterli tədbirlər görəcək. Nüvə silahına malik olan ABŞ, Böyük Britaniya və Fransa qeyd-şərtsiz müharibəyə qoşulacaq. Üç ölkə öz ərazisindən ballistik raketlərlə Rusiyanın hərbi obyektlərinə zərbələr endirəcək. Bu, hətta nüvə müharibəsinə də gətirib çıxara bilər. Bu səbəbdən Rusiyanın hərbi-siyasi rəhbərliyinin NATO ilə müharibədə maraqlı olması inandırıcı görünmür. Eyni zamanda ekspertlər vurğulayır ki, Rusiya bu cür hərəkətlərlə, həmçinin Avropa ölkələrinə mesaj göndərir. Qeyd edək ki, ABŞ ilə Avropa ölkələri arasında son görüşlərdə Ukraynada post-müharibə dövründə bu ölkədə cəbhə xətti boyunca atəşkəsi təmin etmək üçün avropalı hərbçilərdən ibarət qoşunların yerləşdirilməsi ilə bağlı aparılan müzakirələr Rusiya tərəfindən birmənalı qarşılanmayıb. İstər XİN rəhbərliyi, istər Müdafiə Nazirliyi, istərsə də prezident səviyyəsində Moskva Ukraynada hər hansı Avropa ölkəsinin qoşunlarının yerləşdirilməsinə razı olmayacağını və həmin qoşunların Rusiyanın hədəfində olacağını bəyan edib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, belə bir hal baş verəcəyi təqdirdə Moskva sərt tədbirlərə əl atacaq - “Əgər NATO baş katibinin dediyi kimi Ukraynada Avropa qüvvələrinin yerləşdirilməsində Rusiyanın heç bir söz haqqı yoxdursa, o zaman bu qüvvələr Ukraynada peyda olan kimi Moskva onları qanuni hədəf elan edəcək”. Bununla yanaşı, sentyabrın 12-dən 16 - dək Belarusda keçirilən, təxminən 13 minə yaxın rus və belarus hərbçilərinin birgə “Zapad-2025” təlimləri də xüsusi hədəfə yönəlib - Rusiya Avropa ölkələrini öz addımlarında diqqətli olmağa çağırır. Görünür, Moskva indidən Avropa ölkələrinə xəbərdarlıq etməyə başlayıb.
NATO Polşa və Baltikyanı ölkələri müdafiə etməyə hazıdır
Bu il Fransa və Almaniya Avropanın hərbi istehsalını gücləndirmək məqsədilə 150 milyard avroluq müdafiə fondu yaratmaq barədə razılığa gəliblər. Fondun strategiyasında bir çox prioritetlər artıq müəyyən olunub. Böyük Britaniya, Norveç, İsveçrə və Türkiyə kimi Aİ üzvü olmayan ölkələr də bu fonda qoşula bilərlər. Xüsusilə, Fransa Prezidenti Emmanuel Makron Polşaya “Rafele” təyyarələri göndərmək niyyətindədir - Makron bu yaxınlarda çıxışında qeyd edib ki, Avropa qitəsinin təhlükəsizliyi rəsmi Parisin ən yüksək strategiyasıdır - “Polşanın hava məkanının Rusiya dronları tərəfindən pozulması ilə əlaqədar olaraq, NATO müttəfiqlərimizlə birlikdə Polşanın hava məkanının və Avropanın şərq qanadının müdafiəsinə töhfə vermək üçün üç “Rafale” döyüş təyyarəsi göndərmək qərarına gəldim.Biz Rusiyanın artan təhdidlərinə qarşı mübarizədə geri çəkilməyəcəyik”. Bundan başqa, Polşa və Böyük Britaniya arasında Avropada artan təhlükəsizlik narahatlıqları fonunda hərbi istehsalı və səmərəliliyi artırmaq üçün birgə müdafiə xərclərinin optimallaşdırıması barədə danışıqlar başlayıb. Polşanın maliyyə naziri Andrzej Domanski müdafiə qabiliyyətini gücləndirmək üçün Varşavanın Böyük Britaniya, Aİ və NATO tərəfdaşları ilə əməkdaşlığının daha da möhkəmlənəcəyini vurğulayıb.
Sankt-Peterburq hədəfdə ola bilər?
2024-cü ilin noyabrında “BILD” Telegram kanalında yayılan məlumata görə, Polşa və Baltikyanı ölkələrin hərbçiləri Rusiya ilə mümkün münaqişə vəziyyətində Sankt-Peterburqa hücum etmək imkanlarını nəzərdən keçirirlər. Məlumatda Litva və Polşa rəsmilərinin fikirləri yer alıb. Litva prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Kyastutis Budris bildirib ki, Ukraynada müharibə bitdikdən sonra Rusiya “ekspansionizm” siyasətini Estoniya, Latviya, Litva və Polşaya yönəldəcək. O, vurğulayıb ki, Belarus tam olaraq İttifaq dövlətinin bir hissəsi olarsa, belə bir ssenarinin baş vermə ehtimalı artacaq. Polşa Baş Qərargahının rəisi Raymund Andjeyçak isə qeyd edib ki, Rusiya qoşunları Litva ilə sərhədi keçərsə, dərhal cavab veriləcək. “Birinci gün deyil, ilk dəqiqədə biz 300 km radiusda olan bütün strateji hədəfləri vuracağıq”, - deyə Andjeyçak bildirib. Polşa rəsmisi söyləyib ki, Avropa ölkələri təşəbbüsü öz əllərinə almalıdırlar və Rusiyaya başa salmalıdırlar ki, Polşaya və ya Baltikyanı ölkələrə hücum hərtərəfli qarşıdurmanın başlanğıcı olacaq.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38

