Polşa Almaniyadan reparasiya tələb edir
03.09.2025 [09:25]
Berlin razılaşacaq?
Polşa indi də Almaniyadan təzminat tələb edir. Belə ki, Polşa prezidenti Karol Navrotski İkinci Dünya müharibəsinin başlanmasının il dönümündə Qdansk şəhərində polşalı hərbçilərin məzarı önündə çıxış edərkən Almaniyanın Polşaya rəsmi şəkildə reparasiya ödəməsinin vacibliyini vurğulayıb. Prezident Navrotski bildirib ki, alman işğalı Polşa xalqına misilsiz fəlakətlər gətirib və bu ədalətsizlik hələ də tam şəkildə aradan qaldırılmayıb: “Biz yalnız tarixi xatırlamırıq, həm də ədaləti tələb edirik. Polşa milyonlarla insanını itirib, şəhərlərimiz dağıdılıb. Bu itkilərə görə Almaniya məsuliyyət daşımalıdır”, - deyə Navrotski əlavə edib ki, Almaniya Polşaya nasist işğalı illərində dəymiş ziyana görə təzminat ödəməyə borcludur: “Bunsuz iki ölkə arasında həqiqi mehriban qonşuluq münasibətləri qurmaq mümkün olmayacaq. Qərb qonşumuzla mehriban qonşuluq əsasında münasibətlər qura bilmək üçün biz təzminat məsələsini nəhayət, həll etməliyik, hansı ki, mən Polşa Respublikasının prezidenti kimi ümumi rifahımız üçün qeyd-şərtsiz tələb edirəm”. Xatırladaq ki, Polşa prezidenti Karol Navrotski bundan əvvəl Ukraynadan Volin qətliamına görə reparasiya ödənilməsini tələb etmişdi.
Qeyd edək ki, reparasiya anlayışı beynəlxalq hüquqda bir dövlətin digərinə vurduğu ziyanın ödənilməsi formasını ifadə edir. İkinci Dünya müharibəsindən sonra Almaniya bəzi ölkələrə təzminat ödəsə də, Polşaya təzminatın ödənilməsi məsələsi uzun illər mübahisəli olaraq qalır.
Almaniya Polşaya təzminat ödəyib
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Almaniya 2005-ci ilə qədər Polşaya 228 milyon dollar dəyərində təzminat ödəyib.
“İkinci Dünya müharibəsində Almaniya törətdiyi misilsiz qətliamlara və dağıntılara görə SSRİ, ABŞ, Böyük Britaniya, Fransa, hətta Polşanın özü daxil olmaqla bir çox dövlətlərə təzminat ödəyib. Təbii ki, təzminat böyük məbləğ şəkilində ödənilib. Belə bir hal da olub ki, Almaniya bəzi ölkələrə təzminat ödəmək əvəzinə həmin ölkələri öz istehsalı olan yüksək keyfiyyətli texniki vasitələrlə təmin edib. Polşanın yeni dövlət rəhbərinin Almaniyadan təzminat tələb etməsinə gəlincə, bu məsələdə xüsusi məqamlara diqqət yetirmək lazımdır. Polşanın Beynəlxalq Münasibətlər İnstitutunun 2005-ci ildə açıqladığı rəsmi statistikaya görə, Almaniya tərəfindən Polşaya 228 milyon dollar həcmində müvafiq təzminatlar ödənilib. Buna baxmayaraq, 2019-cu ildə Polşanın o vaxtki dövlət rəhbərliyi yenidən bu məsələni qaldıraraq Almaniyadan əlavə 900 milyon dollar dəyərində təzminat ödənilməsini tələb etdi. Amma sonra Polşa bu iddiasından geri çəkildi”, - deyə R.Bayramov qeyd edib ki, Almaniya Polşaya əlavə təzminat ödəməyə hazırdır. “2024-cü ilin yay aylarında Almaniyanın sabiq kansleri Olaf Şolts İkinci Dünya müharibəsində həlak olan Polşa qurbanlarının ailələrinə təzminat ödəmək, hətta Polşanın müdafiə qabiliyyətinə maliyyə ayırmağa hazır olduğunu bəyan etmişdi - o, bildirmişdi ki, Berlin Nasist Almaniyasının təcavüzünə məruz qalan polşalı qurbanlara 100 milyon avro dəyərində təzminat ayıra bilər. Bu rəqəm çərçivəsində 50 min nəfərə kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdu. Lakin bu məsələ açıq olaraq qalır - hələ ki, nə Almaniya, nə də Polşa tərəfindən bu istiqamətdə addımlar atılmayıb”.
Aİ daxilində siyasi parçalanma baş verə bilər?
“Hazırkı dövrdə Polşanın bu məsələni gündəmə gətirməsi başa düşülən deyil. Amma hesab etmirəm ki, təzminat məsələsi Polşa-Almaniya münasibətlərinə ciddi xələl gətirəcək. Berlin ilə Varşava arasında təzminat ətrafında mübahisənin Avropa İttifaqının daxilində mövcud siyasi vəziyyətə təsir edəcəyinə inanmaq sadəlövhlük olardı. Aİ-nin daxilində heç bir siyasi parçalanma baş verməyəcək,” - deyə R.Bayramov əlavə edib ki, iki ölkə arasında təzminat məsələsini həll etmək üçün xüsusi komissiya yaradıla bilər: “Bu məsələni dialoq çərçivəsində həll etmək mümkündür. Almaniya Polşaya müəyyən miqdarda əlavə təzminat ödəməyə hazırdır. Bu, Berlin üçün problem deyil”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28

