Livanda vəziyyət gərginləşir
26.07.2025 [09:38]
Növbəti İsrail-Hizbullah müharibəsi
Yaxın zamanda İsrail ilə Hizbullah arasında yenidən müharibə alovlana bilər. Belə demək mümkünsə, Hizbullahın tərk-silah olunması üçün ABŞ və İsrailin Livan hökuməti üzərində təzyiqləri artıb. ABŞ-ın xüsusi elçisi Tom Barak Hizbullahın silahlarının mərhələli təhvili üçün Livan hökumətindən vaxt cədvəli tələb edib. “Al-Arabiyya” telekanalının məlumatına görə, Vaşinqton silahların ən gec oktyabr ayınadək Livan ordusuna verilməsini istəyir. Lakin Hizbullah ABŞ-ın tələbinə mənfi cavab verib. Təşkilatın rəhbərliyi Livan parlamentinin spikeri Nəbih Berri vasitəsilə ABŞ rəsmilərinə çatdırıb ki, onlar silahların təhvil verilməsi istiqamətində heç bir addım atmayacaqlar - Hizbullah bunu hər hansı zəmanətin olmaması ilə əsaslandırır və tərk-silah olmamağı Suriyanın Suveyda regionunda baş verən son hadisələrlə əlaqələndirir. “Al-Arabiyya” telekanalı, həmçinin müəyyən mənbələrə istinadən bildirib ki, Hizbullah tərk-silah olmamaqda qərarlıdır və lazım gələrsə, Livan hökuməti ilə toqquşmağa hazırdır. Livan Prezidenti Cozef Aun isə bəyan edib ki, silahların dövlətə təhvil verilməsi barədə qərar artıq verilib və geriyə yol yoxdur. Hizbullahın bu mövqeyi ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak ilə görüşdə də müzakirə edilib. Nəbih Berri ABŞ rəsmisinə bildirib ki, rəsmi Beyrut Hizbullahın tərk-silah ediləcəyinə dair heç bir öhdəlik götürə bilməz. Hadisələrin eskalasiyasına aparan proseslərin baş verdiyi bir zamanda İsrail Hərbi Hava Qüvvələri yenidən Livanda Hizbullahın mövqelərinə raket zərbələri endirməyi planlaşdırır. Qeyd edək ki, “Reuters” agentliyinin məlumatına görə, on gün bundan əvvəl İsrail ordusu Livanda “Hizbullah”ın elit hərbi qanadı olan “Radvan” qüvvələrinə qarşı hava əməliyyatlara başladığını elan edib.
Xatırladaq ki, 2024-cü ilin sonlarında İsrail Silahlı Qüvvələri Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirmişdi. Bu əməliyyatlarda Hizbullahın bir çox mövqeləri sıradan çıxarılmış və təşkilatın lideri Həsən Nəsrullah, bir sıra rəhbər şəxsləri və komandanları zərərsizləşdirilmişdi.
Silahlar təhvil verilməyəcək
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində bildirib ki, Hizbullahın silahlarını təhvil verəcəyi inandırıcı deyil. “Nəzərə alaq ki, bu təşkilat sadəcə bir siyasi partiya deyil, eyni zamanda İranın bölgədəki hərbi-strateji qoludur. Onun hərbi qanadı Livanda “dövlət içində dövlət” funksiyası daşıyır. Silahları təhvil vermək onun mövcudluğunu sual altına alar. Hizbullah yalnız Livanda deyil, Suriyada, Yəməndə və İraqda da İranın proksi aktoru kimi fəaliyyət göstərir. Silahların təhvil verilməsi regional güc balansında İranın əlini zəiflədir, buna isə Tehran razı olmaz,” -V.Zifəroğlu vurğulayıb ki, Hizbullah müqavimət göstərmək niyyətindədir: “Suveyda bölgəsində baş verənlər, xüsusilə druz üsyanı və İranın təsirinin azaldılması cəhdləri Hizbullah tərəfindən regional təhlükə kimi dəyərləndirilir. Bu da onların tərk-silah olmağa daha da müqavimət göstərməsinə səbəb olur”.
Livan geri çəkilmək məcburiyyətində olacaq
Ekspertin sözlərinə görə, Livan hökuməti Hizbullahı tərk-silah olmağa məcbur edə bilməz. “Livan prezidenti Cozef Aunun açıqlaması rəsmi səviyyədə ciddi bir mesajdır. Lakin Livan daxilində siyasi parçalanma və sektarian tarazlıq səbəbindən, dövlətin bu qərarı icra etmək gücü çox zəifdir. Hizbullah Livan ordusundan daha yaxşı təşkilatlanmış və silahlanmış qüvvəyə malikdir. Nəbih Berri (parlament spikeri) kimi şiə siyasi fiqurların Hizbullahla əlaqəsi dövlətin iradəsini zəiflədən amillərdəndir”.
Növbəti hərbi qarşıdurma
“Təbii ki, Hizbullahın silahları yerə qoymaqdan imtinası halında İsrailin müdaxiləsi realdır. İsrail artıq Livanla sərhəddə yerləşən Hizbullah mövqelərinə qarşı ara-sıra zərbələr endirir. Genişmiqyaslı əməliyyat üçün isə ciddi səbəb və beynəlxalq razılıq tələb olunur. İsrail, İranın nüvə proqramına qarşı yeni hərbi addımlar atarsa, bu kontekstdə Hizbullahı da zərərsizləşdirmək istəyəcək,” - deyə V.Zifəroğlu bildirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36

