Avropa Parlamenti Gürcüstana qarşı...
21.06.2025 [09:08]
Qəbul edilən növbəti qətnamənin səbəbi nədir?
Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edildikdən sonra Qərbin bu ölkəyə təzyiqləri xeyli artıb. Buna səbəb sözügedən qanunun Qərb dairələrinin və ölkə müxalifətinin kəskin etirazlarına səbəb olmasıdır. Ötən ilin əvvəllərindən sözügedən qanun səbəbindən tərəflər arasında soyuqluq yaranıb.
AP-nin Gürcüstana “qeyd-şərtsiz” tələbi...
Qərbin Gürcüstana təzyiqləri hələ də davam edir. Belə ki, bugünlərdə Avropa Parlamenti Gürcüstanla bağlı yeni qətnamə layihəsini qəbul edib. “Gürcüstanda media azadlığı, xüsusən də Mzia Amaqlobelinin işi” adlı qətnamənin lehinə 324, əleyhinə 25 deputat səs verib, 87 deputat isə bitərəf qalıb. Qətnaməyə əsasən, Avropa Parlamenti jurnalist Mzia Amaqlobelinin dərhal və qeyd-şərtsiz azad edilməsi, “FARA” qanunun qəbulundan sonra mətbuata təzyiqlərin azaldılması, qrantlarla bağlı qanuna dəyişikliklərin olunmasını tələb edir.
Xatırladaq ki, “Batumelebi” və “Netgazeti”nin təsisçisi və direktoru Mzia Amaqlobeli yanvarın 11-də axşam saatlarında Batumi polis binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı saxlanılıb. Batumi Şəhər Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Qərar hakim Nino Saxelaşvili tərəfindən verilib. M.Amaqlobeli Cinayət Məcəlləsinin 353-cü, yəni polis əməkdaşına hücum etmə maddəsi ilə ittiham olunub. O, aksiya zamanı Batumi polis rəisi İrakli Dqebuadzenin üzünə yumruq vurub. Gürcüstanın “İmedi” televiziya kanalının yayımladığı kadrlarda M.Amaqlobelinin Batumi polis rəisini yumruqla vurması görünür.
Media qurumunun rəhbərinin həbsindən sonra bir sıra Avropa ölkələrindən və beynəlxalq təşkilatlardan M.Amaqlobelinin azadlığa buraxılması barədə Gürcüstan hökumətinə çağırışlar edilsə də, nəticə verməyib. Bu səbəbdən Avropa Parlamenti belə bir qətnamə qəbul edilməsinə qərar verib.
Onu da bildirək ki, bu, təşkilatın Gürcüstana qarşı qəbul etdiyi ilk qətnamə deyil. Məsələn, ötən il oktyabrın 9-da qəbul edilmiş qətnaməyə 495 üzv lehinə, 73-ü əleyhinə səs verib, 86-sı isə bitərəf qalıb. Qətnaməyə əsasən, Avropa Parlamenti Gürcüstanda “demokratiyanın azalmasından” dərin təəssüf hissi keçirib və Avropa İttifaqını Bidzina İvanişviliyə və Gürcüstanda demokratiyaya xələl gətirən bütün şəxslərə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırıb. Gürcüstan hakimiyyəti isə bu qətnamələri qeyri-obyektiv hesab edir.
Xatırladaq ki, Gürcüstanın Qərblə münasibətlərinin gərginləşməsinə səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul olunması sırf milli maraqlara yaranan təhdidlərin qarşısını almaq zərurəti ilə bağlıdır. Qanuna əsasən, illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı “xarici gücün maraqlarını güdən təşkilat” kimi reyestrdən keçməlidir. Reyestrdən keçməyənləri isə maliyyə sanksiyaları gözləyir. Lakin onun normaları fiziki şəxslərə şamil edilmir. Gəlirlərinin 20 faizdən çoxu xaricdən gələn qeyri-kommersiya hüquqi şəxslər və mətbuat orqanları qanunun təsir dairəsinə daxildir. Gürcüstan hakimiyyəti verdiyi şərhlərdə bəyan edib ki, ölkənin milli maraqları bu qanunun qəbul olunmasını zəruri edib.
Rəsmi Tbilisi mövqeyini dəyişməyib
Gürcüstanı təzyiqlər altında saxlamaq istəyən Qərb dairələri isə bu qanunun guya “anti-demokratik olduğunu bildirirlər. Qanunun hələ müzakirə mərhələsində olduğu vaxtlarda gürcü müxalifətinin təşkil etdiyi mitinqlərdə, konkret olaraq may ayında Avropa İttifaqına üzv olan Litva, Estoniya, İslandiya və Latviyanın xarici işlər nazirlərinin iştirak etməsi də Qərbin açıq-aşkar təzyiqlərinin göstəricisi idi. Lakin Gürcüstan hakimiyyəti geri çəkilməyərək sözügüdən qanunu qəbul etdi. Belə bir şəraitdə ABŞ və Avropa İttifaqı Gürcüstan hökuməti ilə əməkdaşlığa yenidən baxıb. Artıq Avropa İttifaqı Gürcüstanın təşkilata üzvlük məsələsi ilə bağlı danışıqları dayandırıb. Eləcə də, Tbilisiyə bəzi maliyyə yardımlarının kəsildiyi də elan edilib. ABŞ-da da Gürcüstana qarşı “cəza” tədbirləri görüb. Belə ki, ötən ilin iyul ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi Gürcüstana qarşı “MEGOBARI aktı”nı qəbul edib. Sənəddə Gürcüstanda demokratik geriləmənin olduğu, bu səbəbdən Gürcüstan hökumətinin fəaliyyətinə və onun Rusiya ilə, eləcə də “digər avtoritar rejimlərlə” əlaqələrinə nəzarətin gücləndirilməsi çağırışı edilib.
Bütün bunların fonunda Gürcüstanda keçirilmiş parlament seçkilərində hakim partiya qalib gəlib. Xarici dairələr və yerli müxalifət seçkilərin nəticələrinə etiraz etsələr də, vəziyyət dəyişməyib. Gürcüstan hakimiyyəti ilə Qərb ölkələri və təşkilatları arasında soyuq münasibət hələ də davam edir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24

