London-Brüssel əməkdaşlığı baş tutsa...
27.05.2025 [10:52]
Böyük Britaniya Aİ-nin müdafiə fonduna çıxış əldə edəcək
Böyük Britaniya Avropa İttifaqı ilə müdafiə-təhlükəsizlik sahəsində münasibətləri genişləndirməyi planlaşdırır. Bu məqsədlə London Aİ-nin müdafiə fonduna çıxış əldə etmək məqsədilə danışıqlar aparmaq niyyətini açıqlayıb. Bu baş tutarsa Aİ və Böyük Britaniya Avropanın yeni təhlükəsizlik arxitekturasının formalaşması istiqamətində koordinasiyalı şəkildə birgə addımlar ata bilərlər. “Politico” qəzetinin məlumatına görə, yaxın zamanda Birləşmiş Krallıq və Aİ Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) layihəsi çərçivəsində birgə silah alışı və istehsalı imkanlarını müzakirə etməyə hazırlaşır. Nəşr yazır ki, hazırda bu istiqamətdə mühüm bir sazişin imzalanması üçün daha gərgin danışıqlara hazırlıq prosesinə qədəm qoyulub.
Qeyd edək ki, bu yaxınlarda Aİ-nin üzv ölkələri arasında Avropanın müdafiə-təhlükəsizliyinin təminatı, o cümlədən Avropanın hərbi sənayesini gücləndirmək üçün 150 milyard avro dəyərində fond yaratmaq ilə bağlı razılıq əldə olunub.
Zərurət nədən qaynaqlanır?
Məsələ ilə bağlı politoloq Zaur İbrahimli “Yeni Azərbaycan” qəzetinə aşıqlamasında qeyd edib ki, Böyük Britaniya kollektiv Avropa müdafiə-təhlükəsizlik sisteminin bir parçası olmaqda maraqlıdır. “Ukrayna cəbhəsində proseslərin Rusiyanın lehinə dəyişməsi, o cümlədən ABŞ-ın hazırkı administrasiyasının Avropa ölkələri ilə trans-Atlantik münasibətlərə yenidən baxması nəinki Aİ-ni, həmçinin Böyük Britaniyanı müdafiə-təhlükəsizlik strategiyasında dəyişikliklərə vadar edir. Ümumiyyətlə, Aİ-nin üzv ölkələrinin birgə yaratdığı müdafiə fondu çox effektiv bir mexanizmdir. Bu, Avropa kontinentinin kollektiv hərbi müdafiə qabiliyyətinin güclənməsinə mühüm töfhə verəcək. Böyük Britaniyanın bu sistemə qoşulması isə həm Londona, həm də Aİ-yə bir çox üstünlüklər qazandıracaq. İlk növbədə Böyük Britaniya öz hərbi xərclərini Avropa ölkələri ilə bölüşəcək və birgə silah alışı, istehsalı həyata keçirəcək. Bundan başqa, hərbi-müdafiə sahəsində öz imkanlarını daha da artıracaq və Aİ ölkələrinin potensialını bölüşəcək. Eyni zamanda Aİ müdafiə fondunun vəsaiti hesabına Avropa kontinentində hava hücumlarını müəyyən edən müdafiə sistemləri quraşdırılan zaman Böyük Britaniyanın hava məkanı da bu müdafiə qalxanı altına alınar”.
Aİ nə qazanacaq?
Politoloq Tural İsmayılov isə qəzetimizə şərhində bildirib ki, Böyük Britaniyanın Avropa İttifaqının müdafiə fonduna çıxış əldə etməsi həm Aİ, həm də Böyük Britaniya üçün siyasi, iqtisadi və strateji nəticələr doğuracaq bir addım sayılır. Onun sözlərinə görə, bu, Aİ üçün kollektiv Avropa təhlükəsizlik arxitekturasını gücləndirmək imkanı yaradır. “Bu, Rusiya-Ukrayna münaqişəsi kimi geosiyasi təhdidlər fonunda Aİ-nin hərbi muxtariyyətini möhkəmləndirə bilər. Böyük Britaniyanın fonda qatılması Aİ-yə NATO ilə daha sıx əməkdaşlıq imkanı verir, çünki bu ölkə hər iki təşkilat arasında mühüm körpü rolunu oynayır. Bundan əlavə, Aİ-nin müdafiə büdcəsinə Böyük Britaniyanın maliyyə və texnoloji töhfələri layihələrin miqyasının genişlənməsinə münasib şərait yaradacaq, eləcə də Aİ-nin ABŞ-dan strateji asılılığının azalmasına kömək edəcək. Xüsusi bir məqamı da vurğulayım ki, Aİ daxilindəki bəzi ölkələr, xüsusən Fransa, bu əməkdaşlığı Avropa müdafiə sənayesinin liderliyini gücləndirmək üçün fürsət kimi görür. Lakin, Aİ-nin daxili siyasətində Britaniyanın təsirinin artması bəzi üzvlər arasında narahatlıq yarada bilər, çünki Brexit sonrası etimad məsələləri hələ də qalır”.
Böyük Britaniya Avropa lideri rolunda...
“Böyük Britaniya üçün isə Brexit sonrası Aİ ilə münasibətləri bərpa etmək adına mühüm bir addım sayılacaq. Qeyd edim ki, 150 milyard avroluq müdafiə fonduna çıxış Britaniya şirkətlərinə yeni iqtisadi imkanlar yaradacaq. Bundan başqa, Britaniya hərbi sənayesinin Aİ layihələrinə qatılması ölkənin qlobal təhlükəsizlik arenasında təsirini saxlamasına kömək edəcək. Siyasi prizmadan isə, bu, Böyük Britaniyanın Avropa təhlükəsizlik siyasətində yenidən söz sahiblərindən biri, bəlkə də birincisi olmasını təmin edə bilər,” - deyə T.İsmayılov əlavə edib. O qeyd edib ki, Böyük Britaniyanın NATO-dakı liderliyi ilə Aİ müdafiə fondu arasında balans saxlaması strateji diplomatik iradə tələb edir: “Bu əməkdaşlıq məsələn Avropa prizmasından baxdıqda, Rusiya kimi ortaq təhdidlərə qarşı vahid mövqe formalaşdırmaqda hər iki tərəfə fayda verəcək. Ancaq Böyük Britaniyanın fonda qatılmasının uzunmüddətli nəticələri Aİ ilə gələcək danışıqların şərtlərindən asılı olacaq”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35

