Yaxın Şərqdə yeni mərhələ
15.05.2025 [09:12]
ABŞ Suriyanı “bağışladı”...
Ankara növbəti dəfə gücünü, qətiyyətini və regional çəkisini nümayiş etdirdi...
ABŞ Prezidenti Donald Trampın “Körfəz turu” mühüm məqamları ilə seçilir. Xüsusilə, mayın 13-də Suriya ilə bağlı bütün sanksiyaların ləğv olunduğunun elan edilməsi həm rəsmi Dəməşq üçün, həm də regionda formalaşan yeni nizam üçün mühüm perspektivlər deməkdir. Qeyd edək ki, bu qərar, Bəşər Əsədin 2024-cü ilin dekabrında devrilməsindən sonra hakimiyyətə gələn keçid hökuməti ilə münasibətləri normallaşdırmaq məqsədi daşıyır. Tramp öz nitqində yeni rəhbərliyin ölkədə sabitlik və sülhü təmin etmək üçün bir şans qazanması lazım olduğunu vurğulayıb.
Yeri gəlmişkən, Donald Tramp Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şəraa ilə görüşüb. Bu, son 25 ildə iki ölkənin liderləri arasında ilk görüşdür.
Ləğv edilən sanksiyalar...
Xatırladaq ki, ləğv olunan sanksiyalar, əsasən 2019-cu ildə qəbul edilən və 2020-ci ildə qüvvəyə minən “Sezar Suriya Mülki Müdafiə Qanunu” (Caesar Act) çərçivəsində tətbiq edilmişdi. Bu qanun, Əsəd rejiminin müharibə cinayətlərinə görə enerji, infrastruktur, hərbi və maliyyə sektorlarını hədəf alırdı. 2025-ci ilin yanvarında ABŞ keçid hökumətinə dəstək məqsədilə bəzi sanksiyaları müvəqqəti olaraq yumşaltmışdı. Bu, enerji, su, səhiyyə və digər əsas xidmətlərlə bağlı məhdudiyyətlərin 6 aylıq ləğvini əhatə edirdi. Trampın son qərarı isə sözügedən müvəqqəti addımı tam sanksiyaların ləğvi ilə əvəz edir. Bir çox ekspertlər bu addımın Suriya iqtisadiyyatının bərpasına və beynəlxalq əlaqələrin genişlənməsinə geniş imkanlar yaradacığını önə sürürlər. Eyni zamanda, bu addımı ABŞ-ın Yaxın Şərq siyasətindəki dəyişikliklərin siqnalı hesab edənlər də var. O baxımdan ki, Tramp hakimiyyətə gəldiyi dövrdən Yaxın Şərqlə bağlı həm şifahi, həm də əsaslı olaraq fərqli siyasi xətt yürüdəcəyini bəyan edir. Müəyyən ştrixlərdə bunu görmək isə çətin deyil. Hətta Trampın bu siyasi xəttini məcburi “loyal-liberal” yanaşma prizmasından da dəyərləndirirlər. Amma hər bir halda görünən odur ki, ABŞ yeni münasibətlər sistemini silah gücünə deyil, tam əksinə, iqtisadi rıçaqlar üzərindən qurmağa meyllidir. İnvestisiya planları və Yaxın Şərq- ABŞ münasibətlərinin yeni ab-havası bu faktı təsdiqləyir.
Türkiyə addım-addım irəli...
Qeyd edək ki, Trampın bu qərarı verməsində ən mühüm amillərdən biri Türkiyə faktorudur. Təsadüfi deyil ki, Tramp Suriya ilə bağlı qərarının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla aparılan danışıqlar nəticəsində formalaşdığını bildirib. ABŞ-Suriya münasibətlərinin normallaşdırılması istiqamətində ilk real siyasi addım olaraq qiymətləndirilən sanksiyaların ləğvində Ankaranın mühüm rol oynaması qardaş ölkənin regional anlamda oynadığı rolun təsdiqidir. Paralel olaraq, Trampın bu qərarı Prezident Ərdoğanla məsləhətləşmədən sonra qəbul etməsini bildirməsi həm də bir mesajdır:
- Digər regional mərkəzlərə Türkiyənin Yaxın Şərqdəki siyasi proseslərə təsir imkanları nümayiş etdirilir;
- Yaxın Şərq və Körfəz regionunda yeni nizam qaydalarının formalaşmasında Ankaranın rolu dəyərləndirilir;
- Xüsusilə, keçmiş kataklizmlər zonasında sabitliyin və yeni inkişaf mərhələsinin formalaşdırılmasında Türkiyənin həm siyasi, həm iqtisadi, həm də diplomatik çəkisini xatırladır.
ABŞ Suriya məsələsində ən mühüm məsləhətləşmələri Türkiyə ilə aparmaqla özünün digər regional müttəfiqlərinə mesajlar verir - Ankara ilə münasibətlər normal səviyyədə inkişaf etdirilməlidir...
Vaşinqton Ankara ilə məsləhətləşir...
Tramp verdiyi qərarda Prezident Ərdoğanın Suriyanın bərpası üçün çağırışlarını əsas səbəblərdən biri kimi göstərdi - qərar birbaşa olaraq ABŞ-ın Suriya ilə münasibətlərində dönüş nöqtəsi sayılsa da, Ankara bu prosesin arxa səhnəsində ciddi diplomatik və strateji fəaliyyət göstərib. Türkiyə uzun illərdir ki, Suriyada həm təhlükəsizlik, həm də humanitar sahədə fəal mövqe tutur. Ankara həm Əsəd rejiminə qarşı qətiyyətli mövqeyi ilə seçilir, həm də sərhədyanı bölgələrdə sabitlik yaradılması üçün səfərbər olub. Suriyada yeni keçid hökumətinin formalaşdırılması prosesində də Türkiyə əsas vasitəçilərdən biri sayılır - beynəlxalq arenada bu hökumətə legitimlik qazandırmaq üçün göstərilən səylər bunu təsdiqləyir. Təsadüfi deyil ki, Trampın sanksiyaları ləğv etmək qərarından öncə 2025-ci ilin mart və aprel aylarında Ankarada və Ər-Riyadda keçirilən çoxsaylı ikitərəfli və çoxtərəfli görüşlərdə Türkiyə nümayəndələri ABŞ diplomatları ilə intensiv təmaslarda olmuş, Suriyada yeni siyasi düzənin qurulduğunu və Əsəd sonrası dövrə keçidin dəstəklənməsinin zəruriliyini vurğulamışdılar.
Türkiyənin əhəmiyyəti və rolu...
Ümumiyyətlə, qeyd edilməlidir ki, Donald Tramp həm əvvəlki prezidentliyi dövründə, həm də son 4 ayda yürütdüyü siyasi xəttdə dövlət başçıları ilə münasibətlərə üstünlük verməsi ilə diqqəti cəlb edir. ABŞ prezidenti bu amili xarici siyasətdə əsas alətlərdən biri kimi istifadə edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətləri və birbaşa ünsiyyətləri də Suriya kimi bir çox qərarların formalaşmasına təsir edib və bu Tramp tərəfindən də təsdiqlənib. Məsələn, Tramp Ərdoğanın Suriyada yeni keçid rəhbərliyinə verdiyi dəstəyi və bu rəhbərliyin ABŞ-ın maraqlarına zidd olmadığını açıq şəkildə qəbul etmiş və bunu “bölgədə sabitliyin açarı” kimi qiymətləndirmişdir.
Vurğulanmalıdır ki, Türkiyə də son illərdə həm siyasi, həm də iqtisadi parametrlər üzrə regionun əsas dövləti qismində çıxış edir - hətta qlobal müzakirələrdə artıq Ankara xüsusi söz sahiblərindən biri sayılır. Türkiyə bölgədə baş verən hadisələrlə bağlı həm tənzimləyici, həm də zəmanətverici faktor kimi çıxış edir. Suriya məsələsində də bunu gözdən qaçırmaq olmaz - məsələn, Tramp administrasiyası sanksiyaların ləğvi qarşılığında müəyyən iqtisadi və təhlükəsizlik zəmanətləri ilə bağlı fikirlər səsləndirirdi ki, Türkiyə bu məsələnin də tənzimlənməsində öncül rol oynayıb. Xüsusilə, yeni keçid hökumətinin insan haqları sahəsində öhdəliklər götürməsi, Suriyada xarici radikal təsirlərin azaldılması, Rusiya ilə balanslaşdırılmış münasibətlərin qorunması və terror təşkilatlarına qarşı konkret addımların atılması, xüsusilə PKK-nın özünü buraxması qərarı Türkiyənin apardığı diplomatik siyasətin təntənəsi sayıla bilər.
Eyni zamanda, ABŞ-ın bir çox şirkətlərinin Suriya ərazisindəki bərpa və yenidənqurma layihələrində yaxından iştirakı istisna olunmur. Bu fakt ABŞ-ın iqtisadi maraqlarının da prosesə cəlb edilməsi deməkdir ki, bu da özlüyündə təhlükəsizlik baxımından olduqca mühüm addımdır.
ABŞ təsdiqləyir...
Beləliklə, Trampın Suriyaya qarşı sanksiyaları ləğv etməsi təkcə ABŞ-ın yeni regional siyasətinin göstəricisi deyil, həm də Türkiyənin son illərdə apardığı ağıllı və strateji diplomatiyanın nəticəsidir. Ankara həm müasir reallıqları düzgün oxuyaraq, həm də beynəlxalq güclərlə çevik dialoq quraraq bu mühüm qərarın qəbul edilməsində əsas vasitəçilərdən biri olub.
Bu hadisə Türkiyənin yalnız bölgədəki hərbi varlığını deyil, eyni zamanda diplomatik gücünü də təsdiqləyir. Trampın bu qərarı Suriyada sülhə doğru gedən yolun açılmasında mühüm addım olmaqla yanaşı, Türkiyənin regional güc kimi beynəlxalq siyasətdəki rolunun artdığını da sübut edir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13

