Trampdan Kanadaya çağırış...
04.02.2025 [09:51]
Ottava 51-ci ştat olmağa razılaşsa...
“Vətəndaşlar böyük vergi güzəşti əldə edəcəklər”
ABŞ Prezidenti Donald Tramp Kanadanı ölkəsinin 51-ci ştatı etməkdə israrlı görünür. Xatırladaq ki, hələ ötən ilin sonunda Tramp Milad təbrikində qubernator adlandırdığı Kanadanın baş naziri Castin Trüdoya zəng edərək bildirmişdi ki, Kanada əraziləri ABŞ-ın 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60 faizdən çox azalacaq. İndiki halda isə Ağ evin sahibi özünün “şimal planı”nı həyata keçirmək üçün əməli addımlar atmağa başlayıb.
ABŞ-ın təhlükəsizlik arxitekturası...
Belə ki, ABŞ fevralın 1-dən etibarən həm Kanadaya, həm də Meksikaya idxala 25 faizlik rüsum tətbiq edib. Bu rüsumlara neft, qaz, polad, alüminium, mis və mikroçiplər daxildir. Nəzərə alınmalıdır ki, Kanada ABŞ-ın ən böyük ticarət tərəfdaşları sırasında ilk yerlərdən birini tutur. Hətta 2023-cü ilin sonuna olan statistik məlumata görə, Amerikanın bu ölkəyə ixracının həcmi Meksikaya (323 milyard ABŞ dolları) və Çinə (148 milyard ABŞ dolları) çatdırılma həcmini üstələyərək 353 milyard dollara (17,5 faiz) çatıb. Eyni zamanda, Kanadadan idxalın həcmi 2023-cü ilin sonunda 3-cü yeri tutaraq 421 milyard ABŞ dolları (13,7 faiz) təşkil edərək Meksikadan (476 milyard ABŞ dolları) və Çindən (427 milyard ABŞ dolları) sonra üçüncü yerdə olub. Ümumiyyətlə, son onillikdə ABŞ-ın Kanada ilə xarici ticarət dövriyyəsi artan dinamika ilə müşahidə edilib.
Bu baxımdan, uzun illərə söykənən tərəfdaşlığın qısa zamanda “rüsum siyasətinə” məruz qalması birmənalı qarşılanmır. Ekspertlər qeyd edirlər ki, ABŞ son dövrlərdə iqtisadi maraqlarını təhlükəsizlik maraqlarının “arxasına” keçirib. Bu səbədəndir ki, Vaşinqton radikal addımları ilə seçilir:
- Panama kanalı ilə bağlı açıq ritorikadan istifadə olunur;
- Qrenlandiya ilə bağlı Avropaya təzyiqlər göstərilir;
- Nəhayət, Meksika və Kanadanın qısa zamanda ABŞ-ın ən azı “nüfuz dairəsi”nə keçməsi planlaşdırılır.
Təbii ki, ortada iqtisadi maraqlar da var - məsələn, Kanada həm də ən böyük xarici xam neft tədarükçüsüdür. Ötən ilin yanvar-noyabr aylarında ABŞ-a 90 milyard dollar dəyərində yanacaq göndərilib ki, bu da ikinci ən böyük tədarükçü Meksikadan (11 milyard dollar) əhəmiyyətli dərəcədə çoxdur.
“Qubernator Trüdo”...
Tramp isə dediyindən dönmək fikrində deyil. ABŞ prezidenti Şimali Karolinaya səfəri çərçivəsində jurnalistlərə bildirib ki, ABŞ-a birləşəcəyi təqdirdə Kanadaya hərbi və siyasi üstünlüklər vəd edilir. “Mən Kanadanın 51-ci ştat olmasını görmək istərdim. Əgər bu baş versəydi, Kanada vətəndaşları böyük bir vergi güzəşti əldə edəcəklər - onların hazırda çox yüksək vergiləri var. Və onlar ordu ilə bağlı narahat olmayacaqlar. Daha yaxşı sağlamlıq xidməti olacaq”, deyən Tramp həmçinin Vaşinqtonun Ottava ilə ikitərəfli ticarətdə kəsirindən növbəti dəfə şikayət edib: “Kanada ilə ticarətdə biz ildə 200 milyard dollar itiririk”. Prezident ABŞ-ın Kanadadan nə maşın, nə taxta, nə də ərzaq tədarükünə “ehtiyac duymadığına” əmin olduğunu bildirib. Milad təbrikində olduğu kimi, bu dəfə də Tramp Kanadanın istefaya göndərilən baş naziri Castin Trüdonu “qubernator Trüdo” adlandırıb.
Kanadadan etiraz...
Baş verənlər isə Kanada tərəfindən birmənalı qarşılanmır. Dövlət rəsmiləri Trampın bu “istəyi”nə qarşı etirazlarını bildirirlər. Hətta keçmiş dövlət rəhbərləri də bu “kampaniyaya” qoşulublar. Belə ki, Kanadanın sabiq baş naziri Jan Kretyen Donald Trampa xitabən kanadalıların müstəqilliklərini yüksək qiymətləndirdiklərini, təhdid və təhqirlərin onları fikirlərindən döndərə bilməyəcəklərini yazıb. “Birləşmiş Ştatlara qoşulmaq üçün kanadalıların nə vaxtsa dünyanın ən yaxşı ölkəsindən - biz isə, şübhəsiz ki, məhz beləyik - imtina edəcəklərini düşünməyə səni nə vadar edib?.. Donald Tramp, bura bax, mən qoca sən qocaya deyirəm ki, özünə gəl!”, - Kanadanın keçmiş lideri ABŞ-ın yeni prezidentinə məsləhət verib.
Eyni zamanda, ictimaiyyət də Trampın fikrinə aqressivlik nümayiş etdirir - NHL-in “Ottava Senators” - “Minnesota Uayld” xokkey matçı zamanı kanadalı azarkeşlər ABŞ himni səsləndirilən anda fit səsləri ilə etiraz ediblər. Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub və müxtəlif reaksiyalar doğurub.
Kanada “Yaşılları”nın lideri Elizabet Mey isə bildirib ki, şəxsən Trampın sosial şəbəkəsini izləmir, lakin onun bu cür zarafatları gülüş doğurmur. “Bu gülməli deyil və bunun sosial mediada davam etməsi məni getdikcə daha çox narahat edir”, - deyə Mey vurğulayıb. Mey ölkə siyasətçilərini Trampa qarşı diqqətli olmağa çağırıb. Onun fikrincə, bütün siyasətçilər birləşməli, kanadalıları istismar etmək və Kanada haqqında həqiqət olmayan şeylər söyləmək üçün əsas verməməlidir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31

