Ukrayna Rusiya ilə razılaşmaq istəyir?
10.12.2024 [08:48]
Trampın Zelenski ilə görüşdən sonrakı açıqlaması yeni vəziyyətdən xəbər verir
Rusiya-Ukrayna müharibəsində rəsmi Kiyev hər hansı irəliləyişə nail ola bilmir. Qərbin hərbi yardımına baxmayaraq, Rusiya orudusu Ukrayna ərazilərini ələ keçirməkdə davam edir. Müharibədə Kiyevə ən çox hərbi dəstək verən dövlət isə ABŞ-dır. Lakin Bayden administrasiyanın təxminən bir aydan sonra hakimiyyətdən gedəcəyini nəzərə alsaq, növbəti ildə Ukraynanın çətin sınaqlarla üz-üzə qalacağını demək mümkündür. Çünki yeni Prezident Donald Tramp bu müharibənin tezliklə dayandıracağını bəyan edib.
Zelenski: Müharibənin tez və ədalətli şəkildə bitməsini istəyirik
Yeri gəlmişkən, bugünlərdə Donald Tramp Parisdə Ukrayna Prezidenti Zelenski ilə görüşüb. Bu görüşdən sonra Tramp Ukrayna və Rusiyanı atəşkəsə və bunun üçün şərtləri açıqlamağa çağırıb. O, sosial mediadakı paylaşımında yazıb ki, Ukrayna münaqişəni dayandırmaq üçün Rusiya ilə razılaşmaq istəyir.
V.Zelenski isə görüşlə bağlı “X” səhifəsində qeyd edib ki, Kiyev müharibənin tez və ədalətli şəkildə bitməsini istəyir: “Güc vasitəsilə sülh mümkündür. Birgə işi davam etdirməklə bağlı razılıq əldə olunub”.
Xatırladaq ki, Tramp hələ seçki kampaniyası zamanı bu müharibənin tezliklə dayandırılması haqqında fikirlərini dəfələrlə bildirmiş, Zelenski ilə bu mövzuda müzakirələr də aparmışdı. Tramp müharibəni 24 saat ərzində dayandıracağını da bəyan edib. O, müharibəni bitirmək planı çərçivəsində Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının mümkünlüyünü açıqlayıb. Tramp hesab edir ki, sanksiyalar çox vaxt ABŞ-ın təcrid olunmasına gətirib çıxarır və o, sanksiyaların tərəfdarı deyil. Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərini də xatırladıb və vurğulayıb ki, onun prezidentliyi dövründə müharibə təhlükəsi olmayıb və Rusiya heç vaxt Ukraynanı işğal etməyəcəkdi.
Yeni prezidentin fikrincə, Ukrayna münaqişəsi zamanı dünya daha təhlükəli olub və buna görə ABŞ-ın hazırkı prezidenti Co Baydeni günahlandırıb. “Bloomberg” isə yazırdı ki, Trampın planına Ukraynanı hərbi yardımı kəsmək təhlükəsi altında Moskva ilə danışıqlara məcbur etmək daxildir. Digər tərəfdən, Tramp Ukraynaya silah tədarükünü artıracağı ilə hədələməklə Rusiyanı danışıqlar masasına oturtmaq niyyətindədir.
Rusiya ABŞ-la normal münasibətlərin mövcud olmasını istəyir
Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində ABŞ-ın yeni administrasiyası ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Moskva Donald Trampla bağlı siyasətində konkret addımlara əsaslanacaq: “Düşünürəm ki, o, nəticə əldə etmək istəyən, işləri təxirə salmağı xoşlamayan güclü bir insandır. Bu mənim fikrimdir. Söhbətdə olduqca mehribandır. Lakin bu, Donald Trampın rusiyapərəst olması demək deyil. Bəziləri onu belə göstərməyə çalışır. Tramp administrasiyası dövründə tətbiq edilən anti-Rusiya sanksiyalarının sayı çox böyük idi”. Onun sözlərinə görə, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli yalnız Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi və ölkədəki Qərb hərbi bazalarının bağlanması ilə mümkündür.
Nazir, həmçinin vurğulayıb ki, Moskva ABŞ-la müharibə barədə düşünmür, çünki bu, nüvə müharibəsi ola bilər. Eyni zamanda, onun sözlərinə görə, “Oreşnik” zərbəsi Rusiyanın Qərbin “strateji məğlubiyyətinə” nail olmasının qarşısını almaq üçün istənilən vasitədən istifadə etməyə hazır olduğunu nümayiş etdirdi. “Biz ABŞ-la nüvə xarakterli ola biləcək müharibə haqqında düşünmürük. Bizim hərbi doktrinamızda deyilir ki, ən başlıcası nüvə müharibəsindən çəkinməkdir”, - deyə S.Lavrov bildirib. Eyni zamanda, o söyləyib ki, Rusiya ABŞ-la normal münasibətlərin mövcud olmasını istərdi və bu ölkələrin əməkdaşlıq edə bilməməsi üçün heç bir səbəb görmür. XİN rəhbəri onu da bildirib ki, ABŞ və Rusiya arasında qapalı kanallar vasitəsilə əsasən əsirlərin mübadiləsi müzakirə olunur.
Kuleba: Tramp münaqişəni nə 24 saata, nə də 72 saata həll edə bilməyəcək
Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Die Presse” qəzetinə müsahibəsində deyib ki, ABŞ-ın gələcək prezidenti Donald Tramp Ukraynadakı münaqişəni nə 24 saata, nə 48 saata, nə də 72 saata həll edə bilməyəcək. Onun fikrincə, Trampın ilk açıqlamaları və telefon zəngləri böyük səs-küyə səbəb olsa da, hələlik bunlar sadəcə sözlərdir: “Müharibənin tez bitməyəcəyi aydındır. Bu, sadəcə olaraq mümkün deyil. Trampın hansı planı ortaya atmasından asılı olmayaraq, reallıq yoxlamasından keçməli olacaq”.
Lakin Qərb dövlətlərinin, xüsusilə ABŞ-ın Kiyevə silah yardımını dayandırması isə Ukraynanın qısa müddətdə məğlubiyyəti ilə nəticələnə bilər. Bu, Ukraynanın keçmiş XİN başçısına da yaxşı məlumdur. Ona görə də, rəsmi Kiyevin ABŞ-ın sülh planını qəbul etməsi ehtimalı çox yüksəkdir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41

