Yaxın Şərqin Suriya düyünü...
07.12.2024 [09:32]
Hökumət Suriyanın dörd böyük şəhərini itirmək üzrədir
Türkiyə Prezidenti Milli Təhlükəsizlik Şurasını toplayıb
Yaxın Şərqin ən strateji nöqtələrindən sayılan Suriyada vəziyyət gərgin olmaqda davam edir. Hökumət qüvvələri ilə qiyamçılar arasında gedən döyüşlərlə bağlı bir sıra xəbərlər yayılıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, Suriyanın dördüncü ən böyük şəhəri olan Həma islamçı qiyamçı qrup HTŞ tərəfindən ələ keçirilib. Qeyd edək ki, bundan bir həftə öncə Suriyanın ikinci ən böyük şəhəri sayılan Hələb qiyamçılar tərəfindən tutulmuşdu. Həma Hələbdən sonra hökumət qüvvələrinin tərk etdiyi ikinci mühüm ərazi sayılır.
HTŞ-nin bununla bağlı yaydığı məlumatda bildirilib ki, Həma şəhərinin mərkəzi həbsxanasındakı məhbuslar azad ediliblər. Qeyd edək ki, Həma şəhəri Suriyanın mərkəzi bölgəsində yerləşir və həm hərbi, həm də siyasi baxımdan strateji mövqeyə malikdir. Şəhərin itirilməsi Əsəd rejiminin nəzarətində olan digər əraziləri, xüsusilə Dəməşqə doğru gedən yolları təhlükə altına qoyur. Şəhər Suriyanın qərbində, Orontes çayının sahilində, Dəməşqdən 213 km şimalda və Homsdan 46 km şimalda yerləşir. Həma Qubernatorluğunun əyalət mərkəzidir. 996 min əhalisi olan Həma Suriyanın Dəməşq, Hələb və Homs ilə birlikdə dörd ən böyük şəhərindən biridir.
Salamiyyə döyüşsüz təsim oldu...
Bundan başqa, Suriya müxalifəti ilə yerli icmalar arasında əldə edilən razılığa əsasən, Salamiyyə şəhəri də heç bir döyüş baş vermədən “Hayat Təhrir əş-Şam” qruplaşmasının nəzarətinə keçib. Bildirilib ki, Salamiyyə şəhərindəki ismaili şiə icmasının liderləri ilə müxalifət arasında bununla bağlı razılıq əldə edilib. Razılaşmaya əsas səbəb şəhərin dini əhəmiyyətli bir məkan olması və orada müqəddəs məkanların yerləşməsidir. Həmçinin tərəflər arasında sülhün qorunmasının şəhər üçün əhəmiyyətli olduğu vurğulanıb. Bu, Suriya münaqişəsi tarixində nadir hallardan biri hesab olunur, çünki bu cür razılaşmalar adətən qızğın döyüşlər nəticəsində əldə edilir.
Suriya ordusunun yaydığı məlumatda isə bildirilir ki, “dinc əhalinin həyatını qorumaq və şəhərdə döyüşlərin önünü almaq üçün” mövqelər dəyişdirilib. Bu, mövqe dəyişikliyi isə prezident Bəşər Əsəd və onun müttəfiqləri üçün mühüm itki adlandırılır. Suriya ordusu Rusiya hərbi hava bazası yaxınlığındakı qiyamçıların önünü kəsmək üçün əks-hücuma başlayıb. Dövlət mediası bu xəbəri yayıb.
Türkiyə Qatarda Astana formatını toplayır...
Türkiyə hökuməti Suriyada şiddətlənən vətəndaş müharibəsi ilə bağlı danışıqlar üçün dekabrın 7-də Qətərdə Rusiya və İran xarici işlər nazirləri ilə görüş keçiriləcəyini bəyan edib. Türkiyə mətbuatı xarici işlər nazirliyindəki mənbəyə əsaslanaraq yazıb ki, Türkiyə xarici işlər naziri Hakan Fidan Doha Forumu çərçivəsində Astana prosesi ilə bağlı Rusiya və İran nazirləri ilə görüşəcək.
ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri CNN Türk-ə verdiyi xüsusi açıqlamada bildirib ki, Əsəd rejimi 10 ildir güzəştə getməkdən imtina edib: “Çox güclü üsyanla qarşı-qarşıyadır”.
ABŞ-nin YPG-yə verdiyi dəstəyə gəlincə, Cefri belə deyib: “Biz bu dəstəyi 2015-ci ildən veririk. Türkiyə bizim mövqeyimizi bilir. Suriyanın şimalında YPG ilə işləmək çətindir - PKK ilə əlaqələri var. Bizim Türkiyə ilə 2019-cu ildən o bölgə ilə bağlı “atəşkəs” adlana biləcək razılaşmamız var”
Cefri Trampın prezidentliyi dövründə ABŞ-nin Suriya siyasəti haqda hər hansı bir cavab verə bilməyəcəyini deyib: “Çox yaxşı sualdır, kaş cavab verə biləydim. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Tramp administrasiyası ilk dövründə Türkiyə və Suriya ilə birlikdə razılıq əldə edildi, Suriyadakı münaqişə donduruldu”.
Ərdoğan Quterreş ilə danışdı...
Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan isə Milli Təhlükəsizlik Şurasının iclası əsnasında Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə telefonla danışıb. Telefon danışığının əsas mövzusu Suriyadakı hadisələr olub. Verilən açıqlmada bildirilib ki, telefon danışığı zamanı regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan Türkiyənin arzusunun Suriyanın daha böyük qeyri-sabitlik yaşamaması və mülki insanların ölməməsi yönündə olduğunu dilə gətirib. Prezident Ərdoğan bəyan edib ki, hazırkı mərhələdə Suriya rejimi hərtərəfli siyasi həll üçün təcili olaraq öz xalqı ilə birgə müzakirələrə başlamalıdır. Dövlət başçısı Türkiyənin gərginliyi azaltmaq, mülki insanları qorumaq və prosesin siyasi həll yoluna istiqamətlənməsinə zəmin yaratmaq üçün səy göstərdiyini, bundan sonra da çalışacağını bildirib.
MTŞ bəyanat yaydı...
Prezident Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında 5 maddəlik bəyannamə qəbul edilib. Türkiyənin “Milliyyət” qəzetinin məlumatına görə, toplantıda ölkənin milli birliyinə, həmrəyliyinə və varlığına yönələn hər cür təhdid və təhlükəyə qarşı daxildə və xaricdə əzm, qətiyyət nümayiş etdirildiyi diqqətə çatdırılıb. Bəyannamədə Suriyada baş verən son hadisələrin mülki əhalinin həyat və əmlak təhlükəsizliyinə zərər vurmaması üçün lazımi tədbirlərin görülməsinin vacib olduğu bildirilib. Türkiyənin Suriyanın ərazi bütövlüyü və birliyinin qorunmasına hər zaman güclü dəstək verdiyi açıqlanıb.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32

