Regionun nicat yolu sülhdən keçir
02.11.2023 [11:20]
Abdullahiyan və Fidan Ankarada görüşdü...
Y.SAHİB
Dünən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyəyə səfər edib. Abdullahiyan Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunur. Nazirlər həmçinin Yaxın Şərqdəki durum barədə fikir mübadiləsi aparıblar.
Məlum görüş barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən politoloq İlyas Hüseynov bildirib ki, bu yaxınlarda Tehranda “3+3” formatı çərçivəsində baş tutan müzakirələr artıq uzun müddətdir ki, davam edir. Onun sözlərinə görə, bu, Vətən müharibəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqlar konteksində cəlbedici bir platformadır: “Layihənin əsas müəllifləri Bakı və Ankaradır, ancaq məqsəd regional əməkdaşlığı təşviq etmək üçün burada maraqları olan dövlətlərin iş birliyinə, əməkdaşlığa nail olmaq, kənar geosiyasi oyunçuların bu prosesə müdaxiləsini aradan qaldırmaqdır. Görürük ki, Moskvadan sonra Tehranda mühüm bir görüş keçirildi. Əldə olunan razılığa görə növbəti görüş Türkiyədə keçiriləcək. Ardınca Bakı və İrəvanda da bu tipli görüşlərin keçirilməsi məqbul hesab olunur. Gürcüstan bu görüşdə iştirak etməsə də, onun maraqları hər kəsə bəllidir”.
Görüşdə bu məsələ aktuallığını qoruyub...
Abdullahiyanın Türkiyəyə səfərinin qabaqcadan proqnozlaşdırıldığını qeyd edən İ.Hüseynov bildirib ki, səfərin əsas məqsədi Yaxın Şərqdə cərəyan edən hadisələrin müzakirə edilməsidir: “Lakin istisna olunmur ki, Yaxın Şərqdə maraqları olan dövlətlər Cənubi Qafqazda gedən prosesləri də müzakirə etsinlər. Türkiyə Azərbaycanın dostu, qardaşı, hərbi müttəfiqi və “Şuşa Bəyannaməsi”ndən sonra yeni reallıqlar müstəvisində ən yaxın tərəfdaşıdır. İran bu reallıqları qəbul edir. Əlbəttə, “3+3” formatında mümkün müzakirələr hər zaman müsbət nəticələr verə bilər və bu həm ərazi münaqişələrinə, həm əsrlər boyu olan ixtilafların, ziddiyyətlərin aradan götürülməsinə gətirib çıxaracaq. Düşünürəm ki, regionun nicat yolu sülh və təhlükəsizlik arxitekturasının qurulmasında ən önəmli və gələcəyi özündə ehtiva edən bir platformadır. Fikrimcə, nazirlərin görüşü zamanı da bu məsələlər öz aktuallığını qoruyub”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

