Haaqada beynəlxalq konfrans
24.10.2023 [11:18]
“Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri”
N.BAYRAMLI
Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasının (Tweede Kamer) Haaqada yerləşən “Nieuws poort” media mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın və Niderlandın Dövlət Himnləri səsləndirilib. Sonra Qərbi Azərbaycandan soydaşlarımızın zorla qovulmasını əks etdirən “Zəngəzur” sənədli filmi nümayiş olunub.
BAK-ın sədri Elsevər Məmmədov çıxışında “Zəngəzur” sənədli filminin Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın ağır və əziyyətli həyatını bir daha xatırlatdığını deyib. Bildirib ki, Azərbaycan 30 il separatizmə qarşı mübarizə aparıb, dünya onun haqq səsini eşitməyib. Ancaq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı azad edib. Azərbaycan xalqı “Dəmir yumruq” ətrafında birləşərək, BMT qətnamələrini yerinə yetirib. Növbəti məqsəd Qərbi azərbaycanlıların arzularının reallaşması, onların qədim əcdadlarının yurduna qayıdışıdır. Bu gün Azərbaycanda 30 min erməni yaşadığı kimi, Qərbi Azərbaycandan olan soydaşlarımız da ata-baba yurduna dönərək doğma evlərində yaşamalıdırlar.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov mərkəz haqqında məlumat verərək, yüz il əvvəl qədim Azərbaycan torpaqlarının ermənilərə güzəştə gedilməsi ilə bağlı tarixi ədalətsizliyin aradan qaldırılmasının, bununla bağlı hüquqi prosedurlara başlamağın vaxtının çatdığını bildirib. İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və digər ətraf ərazilərdən olan soydaşlarımızın doğma yurdlarına qayıtmasının vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli Qərbi Azərbaycan İcması və onun Qayıdış Konsepsiyası barədə danışıb. Ermənistandan azərbaycanlıların mərhələlərlə qovulmasından bəhs edən Ə. Ələkbərli soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş fərdi və kollektiv cinayətlərə toxunub. O, Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı prinsipial mövqeyi, icmanın İnzibati binasını ziyarət etməsi, Qərbi Azərbaycan İcmasının üzvlərinin hüquqlarının bərpa olunmasına və onları doğma torpaqlarına qayıtmasına tam dəstəyini ifadə etməsi barədə məlumat verib.
İrəvan xanının Almaniyada yaşayan nəticəsi, Qacar nəslinin yaxın qohumlarından olan Əmir Əli Sərdari İrəvani mövzu ilə bağlı Qərbi Azərbaycanın tarixi-mədəni zəmini və onun azərbaycanlı kimliyinə təsiri, ata-baba tarixini bilməyin vacibliyi, müasir dünyada birliyin və vahid siyasətin əhəmiyyəti kimi üç aspektdən təhlili fikirlərini bölüşüb.
BAK-ın vitse-prezidenti Sima Cəfərova, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəsəmli, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva çıxışlarında Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə Niderlanddakı Azərbaycan və türk icmalarının üzvləri ilə bərabər, Latviya, Litva, Pakistan, Polşa, Ukrayna, yəhudi icmalarının üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

