Baş nazir Əli Əsədov İndoneziyanın inzibati və bürokratik islahatlar naziri ilə görüşüb
10.10.2023 [15:29]
Oktyabrın 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anas ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı hörmət və dostluğa əsaslanan münasibətlərin mövcud olduğu vurğulanaraq, ötən ilin iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümü ilə əlamətdar olduğu qeyd edilib.
Siyasi sahədə uğurlu əməkdaşlıq barədə söhbət açan Ə.Əsədov beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstəyi bu əməkdaşlığın mühüm faktorlarından biri kimi dəyərləndirib.
Baş nazir ölkələr arasında ticarət dövriyyəsinin 2022-ci ildə 5 dəfə artdığını nəzərə çatdıraraq, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər ölkələr arasında vətəndaşlara dövlət xidməti sahəsində uğurlu əməkdaşlığın mövcudluğunu təsdiq edərək 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası ilə əlaqədar fikir mübadiləsi aparıblar.
Qeyd edilib ki, Memorandumun icrası çərçivəsində İndoneziyada “ASAN xidmət” modeli əsasında Dövlət Xidmətləri mərkəzləri fəaliyyət göstərməkdədir. Bundan əlavə, İndoneziya tərəfinin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qulluqçularına “ASAN xidmət” ekspertləri tərəfindən ölkəmizdə müxtəlif istiqamətlər üzrə mütəmadi olaraq təlimlər keçirilir.
Görüşdə, həmçinin iki ölkə arasında sərmayələrin qoyuluşu, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

