Ankarada TÜRKSOY Yazıçılar Birliyi təsis edilib
08.03.2023 [11:15]
Türk dünyası mədəniyyətini bir araya gətirərək dünyada tanıdılmasında və təbliğ olunmasında əhəmiyyətli rol oynayan Beynəlxalq Türk Mədəniyyət Təşkilatı-TÜRKSOY-un nəzdində Yazıçılar Birliyi yaradılıb.
Bu barədə “Yeni Azərbaycan”ın Türkiyə Bürosuna açqlamasında TÜRKSOY-un Baş Katibi Sultan Raev bildirib.
Baş Katib deyib ki, birliyin yaradılması onun təşəbbüsü və qurumun təşkilatçılığı ilə baş tutub: “Hesab edirəm ki, bu birlik Türk dünyası ədəbiyyatına yeni bir nəfəs gətirəcək. Məqsədimiz Türk coğrafiyasında yaşayan yazıçıların bir-birini tanımasına, əsərlərinin tanıdılmasına və ortaq problemlərini müəyyən edərək həll olunmasına dəstək verməkdir. Ona görə də biz türk ədəbiyyatının gələcəyini müzakirə etməliyik”.
Sultan Raev TÜRKSOY-un baş katibi olaraq ən mühüm vəzifələrindən birinin türk dünyası mədəniyyətlərini bir-birinə yaxınlaşdırmaq, onlar arasında ünsiyyəti gücləndirmək olduğunu vurğulayıb: “Bu baxımdan türk mədəniyyətinin lokomotivi ədəbiyyatdır. Ədəbiyyat mədəniyyətin ana damarıdır. TÜRKSOY-un müqəddəs borcu bütün türk boylarının mədəniyyətinə möhkəm körpü olmaq, qardaş türk boylarını ədəbiyyat və mədəniyyət vasitəsi ilə bir-birinə yaxınlaşdırmaq, onları birliyə, həmrəyliyə dəvət etməkdir. Ən mühüm şüarımız isə İsmayıl Qaspralının dediyi kimi, dildə, fikirdə, işdə birlikdir”.
Qeyd edək ki, martın 6-da qurumun Ankaradakı məkanında “TÜRKSOY Yazıçılar Birliyi” təsis toplantısı keçirilib.
TÜRKSOY-un baş katibi Sultan Raevin ev sahibliyi ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr Katibi Səlim Babullaoğlu, Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbek Esdaulet, Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlanbek Kalıbekov, Özbəkistan Yazıçılar Birliyinin sədri Sirojiddin Seyid, Türkiyə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Mahmut Erdemir, Avrasiya Yazarlar Birliyinin sədri Yakup
Ömeroğlu və Türkmənistanın Türkiyədəki səfirliyinin ikinci katibi Handurdi Turayev iştirak ediblər.
Toplantıda, həmçinin çıxış edənlər təmsil etdikləri qurumun yaradıcılığından və TÜRKSOY-un ədəbiyyat sahəsindəki mühüm fəaliyyətindən bəhs edərək, yaradılan birliyin Türk coğrafiyasının ədəbiyyat sahəsinə yeni təkan verəcəyinə inandıqlarını vurğulayıblar.
Açılış çıxışlarından sonra iclas sessiyalarla davam edib. İclasın sonunda “TÜRKSOY Yazıçılar Birliyi”nin yaradılması haqqında sənəd iştirakçılar tərəfindən imzalanıb.
Qəbul edilən qərara əsasən, Qazaxıstan Yazıçılar Birliyinin rəhbəri Uluqbek Esdaulet TÜRKSOY Yazıçılar Birliyinin sədri seçilib. Bundan əlavə, TÜRKSOY Yazıçılar Birliyinin ilk toplantısının bu ilin mart ayının sonunda Özbəkistanda keçirilməsi qərara alınıb.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxXəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52

