Bakıdan Daşkəndə...
03.03.2023 [10:07]
Əcdadlarımızdan miras qalan əbədi dostluq
Günel
Azərbaycan və Özbəkistanın qədim köklərə malik tarixi əlaqələri çoxplanlı xarakter daşıyır. Hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bütün sahələrdə olduğu kimi mədəni, siyasi sahələrdə də əlaqələr davam edir. Yeri gəlmişkən, bir neçə gün əvvəl Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılış mərasimi baş tutub. Muzey mədəni əlaqələrin, tarixi köklərin möhkəmləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Özbəkistanla əlaqələr daim Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır, dövlət başçılarımızın görüşləri, əməkdaşlığımızı strateji müttəfiqlik səviyyəsinə yüksəldir: “Azərbaycan Mədəniyyət Mərkəzinin uzun illər ərzində hazırladığı Azərbaycan-Özbəkistan Dostluq Muzeyində işlər bu günlərdə başa çatıb. Muzeydə Azərbaycan və Özbəkistanın tarixi dostluğu, ümumi dəyərlərimiz, dövlət rəmzlərimiz, xəritələr, milli mədəni irsimiz, xalqlarımızın yaxınlığını əks etdirən guşələr və eksponatlar, maketlər, maraqlı nəşrlər yer alır. Heydər Əliyevin ölkələrimiz arasında münasibətlərin, dostluq və əməkdaşlığın qurulmasında misilsiz xidmətləri var. Məhz bu səbəbdən muzeyin açılışı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib”.
Deputat ulu əcdadlarımızdan bizə miras qalan Azərbaycan və özbək xalqları arasında tarixi dostluğun Nizami Gəncəvi ilə Əlişir Nəvai, Məhəmməd Füzuli kimi tarixi şəxsiyyətlərin timsalında qədim köklərə sahib olduğunu, ümummilli lider Heydər Əliyev və Özbəkistan lideri ilə davam etdiyini, bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin uğurlu siyasəti nəticəsində bu münasibətlərin öz intibah dövrünü yaşadığını söyləyib: “Dövlətlərimizin çoxmillətli və çoxmədəniyyətli ölkələrdir. Ölkələrimizdə müxtəlif millətlərin qarşılıqlı hörmət, dinc, mehribanlıq və tolerantlıq prinsipi ilə yaşayırlar. Mədəni əlaqələrimizin inkişafında Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi rolu var. Qeyd edək ki, muzeydə Özbəkistanda tanınmış azərbaycanlıların büstlərinin qoyulması, onlara dair xüsusi bölümün yaradılması təqdirəlayiq haldır. Bu mənada açılan Dostluq Muzeyi iki qardaş xalq arasında qədim dövrdən başlayan mədəni-ədəbi əlaqələri, dostluq münasibətlərini, çoxsaylı ortaq dəyərlərimizi, adət-ənənələrimizi əyani vəsaitlərlə, unikal eksponatlarla və guşələrlə nümayiş etdirir.
Yüksək muzeyşünaslıq zövqü və yaradıcılıq şövqü ilə qurulmuş bu muzey bir model olaraq gələcəkdə yeni muzeylərin yaradılmasında tətbiq edilə bilər. Bu Dostluq Muzeyi vasitəsilə iki xalq, dövlət arasında tarixi dostluğu, qohumluğu, əməkdaşlığı geniş tərənnüm edən unikal bir ocaq yaradıldı. Nümayiş etdirilən eksponatların düşünülmüş, məntiqli təşkil edilib, ziyarətçiyə təsir edən uğurlu bir təqdimat növü seçilib”, - deyə o qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50

