Çirkli pulları yuyan maşın - “Turan TV”...
20.10.2022 [10:52]
Kanalın “rəhbəri” və “eksperti”, fransız nağıllarını dinləyərkən kim olduğunuzu unutmayın!
Makronun siyasi nəzakət prinsiplərinə əks olan məlum açıqlamasından sonra AXCP sədri Əli Kərimli yenidən “danışmağa” başlayıb. Və bu danışdıqları ilə özünü və maliyyə mənbəyinin yerini ifşa edib.
Belə ki, Emmanuel Makronun “fikirlərinə” dəstək verən, Azərbaycan dövlətçiliyinə qarşı asiliyini nümayiş etdirən Ə.Kərimli digər bir “ortağını” da ələ verib. Bu ortaq heç də başqa xalqın nümayəndəsi deyil - ölkəmizdən uzaqlarda özünə “studiya” qurub, türkçülük əleyhinə təbliğat maşını rolunu oynayan “Turan” kanalının “rəhbəri” Qənimət Zahiddir. Q.Zahid pulunu alır, sözünü deyir: ermənilərin lehinə, Azərbaycanın əleyhinə. “Ekspert”i isə Əli Kərimli kimi “siyasi alət”lərdir. İnternet kanalının adını Turan qoyan, amma türk dünyasına həqarətlər yağdıran Qənimətin erməni lobbisindən qopardığı “qənimətlərlə” razı olub-olmadığını söyləmək çətin deyil. Bir verilişi çox yox, 2-3 dəqiqə seyr elədikdən sonra sıravi insan belə anlayar ki, yalnız 2 məqamda belə absurd iddialar ortaya atıla bilər:
- Birincisi, həmin absurd fikirlərin sahibi dövlətinə, Vətəninə xəyanət yolunu tutduğunu açıq-aydın bəyan etmək istədikdə;
- İkincisi isə böyük pullar müqabilində.
Təbii ki, birinci variantı heç kəs etiraf etməz. Yəni, özlərinə “Vətən fədaisiyəm” deyib də təkzib edəcəklər. İkinci variantı isə təkzib etməyə nə faktları, nə də istinad nöqtələri olacaq. Hər kəsə məlumdur ki, hansısa bir media resursunun fəaliyyəti heç də az məbləğə başa gəlmir. Özü də Strasburq kimi dünyanın ən bahalı bir şəhərində yaşamaq, heç bir yerdə rəsmən işləmədən TV yaratmağı düşünəndə burada hansısa bir qüvvənin olmaması şübhə doğurur.
Əldə etdiyimiz məlumata görə, sözügedən TV Qərb və ABŞ-dakı erməni lobbisindən birbaşa maliyyələşir. Və bu maliyyələşmə də dövlətimizə qarşı aparılan çirkin siyasi kampaniyalarda istifadə olunan çirkli pullardan başqa bir şey deyil. Yəni, erməni lobbisi Q.Zahid, Ə.Kərimli kimiləri vasitəsilə həm çirkin niyyətlərini həyata keçirir, həm də bizneslərini “təmizləyərək” güclənir və Ermənistana daha böyük yardımlar göstərirlər. Bunu biz araşdırdıq. Amma sözügedən “həmvətənlərimiz” ya anti-Azərbaycan tezislərinin çoxluğuna, ya da pulların bölüşdürülməsinə başları qarışdığı ucbatından bunu araşdırmağa macal tapmırlar.
Ə.Kərimli də, ortağı Q.Zahid də kiminsə nağıllarını dinləyərkən azərbaycanlı olduqlarını unutmamalıdırlar.
P.S. “Pul əl çirkidir” deyirlər. Çirklənmiş əli də, çirkli pulu da yumaq olar. Amma xainlərin alnındakı ləkə, adındakı damğa əsla yuyularaq silinməz.
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

