Qarsda “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirilib
15.05.2025 [10:04]
Mayın 14-də Türkiyənin Qars şəhərində fəaliyyət göstərən Qafqaz Universitetində “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirilib.
AZƏRTAC xəbər verir ki, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi reallaşan tədbirin əsas məqsədi Qərbi Azərbaycanın zəngin mədəni irsini, tarixi yaddaşını və kulinariya ənənələrini nümayiş etdirmək, bu irsi daha geniş auditoriyaya tanıtmaq və gənc nəslə ötürməkdən ibarət idi.
Azərbaycan-Türkiyə münasibətləri kontekstində ümumi tarix yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət daşıyan tədbirdə çıxış edən Qafqaz Universitetinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün rəhbəri professor İlkin Gulusoy bildirib ki, “Qərbi Azərbaycan məsələsi yalnız bir regionun deyil, bütövlükdə türk dünyasının tarixi yaddaşıdır. “Bu kimi tədbirlər mədəni mirasın yaşadılması baxımından son dərəcə dəyərlidir”, - deyə İ.Gulusoy vurğulayıb.
“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev öz növbəsində Qərbi Azərbaycanın irsinin dünyada tanıdılmasını “tarixi və mənəvi borc” adlandırıb. “Layihəmiz bu istiqamətdə mühüm addımlardan biridir”, - deyə o qeyd edib.
Daha sonra çıxış edən ölkəmizin Qarsdakı Baş konsulu Zamin Əliyev Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri bu cür layihələrlə daha da möhkəmləndiyini deyib. “Qərbi Azərbaycan bizim milli kimliyimizin ayrılmaz hissəsidir”, - deyə diplomat vurğulayıb.
Əslən Qərbi Azərbaycandan olan Qars Bələdiyyə başçısı Ötüken Senger isə bu cür tədbirlərin şəhərin beynəlxalq mədəni platformaya çevrilməsinə də töhfə verdiyini ifadə edib.
Onun sözlərinə görə, Qərbi Azərbaycan məsələsi xüsusi əhəmiyyətə malikdir. O, tarixi ədalətin öz yerini tapacağına əmin olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Üzeyir Məmmədov çıxış edərək qeyd edib ki, Qərbi Azərbaycan torpaqları tariximizin qan yaddaşıdır. “Gənc nəsil bu həqiqətləri öyrənməli və gələcəyə daşımalıdır”, - deyə deputat vurğulayıb.
Qərbi Azərbaycanla bağlı layihələrin həm milli kimliyin möhkəmlənməsi, həm də beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdiyini ifadə edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə şurasının üzvü Zaur İbrahimli deyib ki, dövlət dəstəyi ilə həyata keçirilən bu tədbirlər gələcəyə yönəlib.
Daha sonra kürsüyə çıxan Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova qeyd edib ki, Qərbi Azərbaycanın kulinariya irsi tarixi yaddaşın ayrılmaz hissəsidir. “Biz bu irsi qorumalı və nəsildən-nəslə ötürməliyik”, - deyə M.Hüseynova bildirib.
Forum konsert proqramı ilə davam edib.
Sonda Qərbi Azərbaycan mətbəxinin incilərindən olan İrəvan kətəsi, şirin çörəyi, fəsəli və bir çox şirniyyatlar təqdim olunub. Həmçinin İrəvan şəhərinin dağıdılmış tarixi abidələrinin arxiv fotoları sərgilənib.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

