Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Mehdiyev Münasib Namaz oğlu dəfn edilib
18.04.2025 [17:24]
Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Mehdiyev Münasib Namaz oğlu dəfn edilib.
33 il əvvəl Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Mehdiyev Münasib Namaz oğlunun nəşinin qalıqları Samux rayonuna, doğulduğu Qovlarsarı kəndinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib. Daha sonra şəhid Mehdiyev Münasib Namaz oğlunun nəşi Qovlarsarı kənd qəbristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhidimizin ailə üzvlərinə bir daha baş sağlığı verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin göstərdiyi rəşadətdən danışıb. Qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb. Mərasimdə şəhidimizin tabutu üzərindəki Azərbaycanın Respublikasının üçrəngli bayrağı şəhidin ailəsinə təqdim edilib.
Qeyd edək ki, şəhid Mehdiyev Münasib Namaz oğlu 1973-cü il avqustun 23-də Samux rayonunun Qovlarsarı kəndində anadan olub. 1982-ci ildə Samux rayon Qovlarsarı kənd tam orta məktəbinin 1-ci sinifinə gedib. 1988-ci ildə Gəncə şəhər Peşə Məktəbinə daxil olub. 1992-ci ildə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətə yollanıb.
Mehdiyev Münasib Namaz oğlu Birinci Qarabağ müharibəsində 19 iyul 1992-ci il tarixdə Ağdərə rayonunun Aterk kəndində gedən döyüşlərdə həlak olmuş və itkin düşmüşdür. 2025-ci ilin aprel ayında şəhidin meyiti DNT analizi edilərək aşkar edilib. Subay olub.
Allah rəhmət eləsin.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

