/ / Bakıda II İoann Pavelin şərəfinə tikiləcək yeni kilsənin yerləşəcəyi ərazinin təqdis olunması münasibətilə qəbul keçirilib
Bakıda II İoann Pavelin şərəfinə tikiləcək yeni kilsənin yerləşəcəyi ərazinin təqdis olunması münasibətilə qəbul keçirilib
15.12.2024 [09:11]
Azərbaycanda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager tərəfindən təqdis edilməsi münasibətilə dekabrın 14-də Bakıda qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, dostluq və sıx əməkdaşlığa əsaslanan Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələri müsbət məcrada inkişaf edir. O, 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin və 2005-ci ildən etibarən Prezident İlham Əliyevin Vatikana, 2002-ci ildə Roma Papası II İoann Pavelin, 2016-cı ildə isə Roma Papası Fransiskin Azərbaycana səfərlərini xatırladıb, bu səfərlərin iki ölkə arasındakı əlaqələrin indiki səviyyəyə yüksəlməsinə böyük təkan verdiyini vurğulayıb.
“Biz mədəniyyətlərarası və dinlərarası dialoq dəyərlərinin qorunması istiqamətində fəal, səmərəli əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk. Azərbaycanda müxtəlif dinlərə və inanclara malik insanlar əsrlər boyu mehriban, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Heydər Əliyev Fondunun Vatikanın tarixi yerlərinin bərpasında iştirakı əməkdaşlığımızı daha da inkişaf etdirir və qlobal mədəni irsin qorunub saxlanmasına, mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir”, - deyə nazir müavini bildirib.
Sonra çıxış edən Paul Riçard Qallager Bakıda katolik kilsəsinin tikintisi üçün ərazi ayırdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib.
“Mən, həmçinin Bakının mərkəzində bu kilsənin tikintisi mümkün olduğu üçün xeyirxah insanlara təşəkkür edirəm. 2002-ci ildə bu gözəl ölkəyə səfər edən Papa II İoann Pavelin şərəfinə tikiləcək kilsə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında möhkəm dostluğun əbədi rəmzi olacaq”, - deyə o vurğulayıb.
Tədbirin həm də Azərbaycanın zəngin dini və mədəni müxtəlifliyini ifadə etdiyini bildirən Paul Qallager deyib: “Məmnunuq ki, dərin multikulturalizm ənənələrinə sadiq ölkə kimi Azərbaycan bütün dinlərlə, o cümlədən Katolik Kilsəsi ilə dialoqa açıqdır. Müqəddəs Taxt-Tac Azərbaycanla əlaqələrin və xüsusilə ədalət və sülh kimi mənəvi dəyərlərin təbliğində əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsinə sadiqdir”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

