MSK seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarlara başlayıb
15.07.2024 [11:01]
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi, o cümlədən müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının (MSK) genişmiqyaslı kampaniyası ardıcıl və sistemli şəkildə davam edir.
AZƏRTAC xəbər verir ki, MSK-nın Milli Məclisə seçkilərlə əlaqədar fərqli istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən maarifləndirmə proqramı çərçivəsində növbəti tədbirlərə - seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlara start verilib. Ümumrespublika miqyaslı layihə qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılmasına, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.
Layihənin açılışı və ilk seminar iyulun 15-də Komissiyanın inzibati binasında MSK sədrinin müavini Rövzət Qasımovun giriş nitqi ilə başlayıb. Tədbirdə MSK nəzdində ekspert qrupunun üzvləri, Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, həmçinin Bakı və ətraf rayonların 52 seçki dairəsi üzrə dairə seçki komissiyalarının müraciətlərin araşdırılmasına məsul 156 eksperti iştirak edib.
Seminarda MSK nəzdində ekspert qrupunda təmsil olunan Komissiya üzvlərinin seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına dair təqdimatları dinlənilib. Əyani vəsaitlərdən də istifadə olunmaqla keçirilən təqdimatlarda seçki hüququnun pozulmasını iddia edən subyektlərin müraciətləri zamanı qarşıya çıxan məsələlər, şikayət və müraciətlərin xarakteri, araşdırılma müddətləri, ardıcıllığı, qaydaları və sübutların qiymətləndirilməsi, ekspert qrupu üzvlərinin həyata keçirəcəyi tədbirlər, qərarların qəbulu və tərtibi, eləcə də digər mühüm məsələlər ətraflı şəkildə izah edilib. Seminara qatılan dairə seçki komissiyalarının bütün ekspert qrupu üzvlərinə MSK tərəfindən hazırlanan Yaddaş kitabçası da təqdim olunub.
Tədbirin praktiki hissəsində seçki qanunvericiliyi, müraciət və şikayətlər, o cümlədən ekspert fəaliyyəti ilə bağlı fərqli kazuslar üzrə məşğələlər keçirilib, iştirakçılar sınaq testlərinin həllinə cəlb edilib.
Sonda fikir mübadiləsi və müzakirələr aparılıb, həmçinin iştirakçıları maraqlandıran məqamlara aydınlıq gətirilib.
Regional seminarların növbəti mərhələsinin iyulun 17-də Gəncə, Naxçıvan, Şəki və Masallıda keçirilməklə ümumilikdə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarının bütün ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxYeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19

