Göygöl rayonunda Azərbaycan Konstitusiyasının 31 illiyi münasibətilə tədbir keçirilib. “İnsan hüquqları və demokratiyaya əsaslanan Milli Konstitusiyamız” mövzusunda keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Göygöl Rayon Prokurorunun köməkçisi Elçin Abbasov, Gənclər və İdman sektorunun müsiri Zaur Abbasov, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, YAP fəalləarı, ziyalılar və gənclər iştirak edib.
Tədbir zamanı ilk öncə Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Göygöl Rayon Prokurorunun köməkçisi Elçin Abbasov, İHB Aparatının Hüquq və kadr məslələri sektorunun müdiri Həmid Nəsirov, 5 saylı tam orta məktəbin tarix müəllimi Ramilə Abbasova, Gənclər və İdman sektorunun əməkdaşı Dünyəvi Məmmədova və Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Günay İsgəndərova çıxış ediblər.
Natiqlər Ulu Öndər Heydər Əliyevin ötən əsrin sonlarında yenidən bərpa edilmiş dövlət müstəqilliyinin qorunub saxlanılması və onun əbədiliyinin təmin olunması istiqamətində müdrik addımlar ataraq, tariximizin ən vacib hadisələrindən biri olan müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanmasını və 1995-ci ilin 12 Noyabrında ümumxalq referendumu yolu ilə qəbul edilməsini diqqətə çatdırıblar.
Qeyd olunub ki, çağdaş Azərbaycan tarixinə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunda ali hakimiyyətin yeganə mənbəyinin məhz xalqa məxsusluğunun bəyan edilməsi, dolğun şərh olunan insan hüquq və azadlıqlarının təminatlı müdafiəsinin icra, qanunvericilik və məhkəmə orqanlarının ümdə vəzifəsi olaraq müəyyən edilməsi bu gün artıq dünya birliyində özünəlayiq yeri olan Müstəqil Azərbaycanın ümumbəşəri demokratik imicini daha da yüksəldib.
Natiqlər Konstitusiyamızın hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıblar, ərazi bütövlüyümüzün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasını tarixdə qazanılan ən parlaq Zəfər kimi səciyyələndiriblər.
Eyni zamanda Müzəffər Ali baş Komandandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan Şanlı Qələbənin tarixi əhəmiyyətindən, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasından, eləcə də Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının əhəmiyyətindən söhbət açılıb.
Tədbirin sonunda Azərbaycanın dövlətçilik tarixinə həsr olunmuş videoçarx nümayiş olunub.