Sabunçu rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

 

 

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə qeyd olunub ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin olunub. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olub. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyi nəticəsində düşmənin müqaviməti qırılıb, 8 noyabr tariximizə “Zəfər Günü” kimi yazılıb. Vurğulaynıb ki, bu Zəfərin mənəvi əhəmiyyəti yalnız torpaqlarımızın azad olunması ilə məhdudlaşmır – bu Qələbə xalqımızın milli həmrəyliyinin, vətənpərvərlik ruhunun və dövlətçiliyə sədaqətin təntənəsidir. Qazanılmış Zəfər gələcək nəsillər üçün Vətənə xidmət nümunəsi kimi əbədiləşəcək.

Tədbir bədii hissə ilə davam edib.