Milli Məclis gələn ilin büdcəsini III oxunuşda qəbul edib

Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında "2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.