Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Azərbaycana səfərə gələcək.
“Report” xəbər verir ki, sabah, martın 5-də baş tutacaq.
M.Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək.
“Bu gün can Azərbaycana səfərə yola düşürəm”, - Çavuşoğlu deyib..
O qeyd edib ki, Azərbaycana səfər zamanı keçirəcəyi görüşlərdə bir sıra regional məsələləri müzakirə edəcək.