Premyer Liqaya yüksələn klub braziliyalı futbolçusunu saxlayıb

Premyer Liqaya yüksələn klub braziliyalı futbolçusunu saxlayıb

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” heyət çalışmalarını davam etdirir.

AZƏRTAC xəbər verir ki, bölgə təmsilçisi Dioqo Vasques Rollo ilə yeni müqavilə imzalayıb.

Braziliyalı oyunçu növbəti iki ildə komandada çıxış edəcək.