Azərbaycan voleybol millisi Gürcüstan toplanışını başa vurub

Azərbaycan voleybol millisi Gürcüstan toplanışını başa vurub

Avropa Gümüş Liqasına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, komanda Tbilisidə yerli yığma ilə iki yoxlama oyunu keçirib.

Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv bu qarşılaşmalarda Gürcüstan millisini 3:0 və 3:2 hesabları ilə məğlub edib.

Qeyd edək ki, millimiz yarışda ilk turun oyunlarını iyunun 6-8-də İsveçdə keçirəcək. Rəqiblər isə ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.