Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var

Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili traktorun qoşqusuna çırpılıb. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.